Xəbərlər
27.05.2026, 01:15
“Turan Tovuz”un futbolçusu DÇ-2026-ya gedir - Premyer Liqada ilk
“Turan Tovuz” müdafiəçisi Roderik Miller Panama millisinin heyətində DÇ-2026-ya dəvət alıb.
"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə Tovuz təmsilçisi sosial şəbəkə hesabında məlumat yayıb.
Məlumata görə, Panama yığmasının baş məşqçisi Tomas Kristiansen Amerika Birləşmiş Ştatları, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi dünya çempionatında iştirak edəcək yekun heyəti açıqlayıb. Siyahıda ölkəmizdə çıxış edən Roderik Millerin də adı yer alıb.
Qeyd edək ki, bu dəvətlə Miller Azərbaycan futbolunun tarixinə keçib. Belə ki, təcrübəli müdafiəçi Azərbaycan Premyer Liqasında çıxış edərək dünya çempionatına vəsiqə qazanan və turnirə dəvət alan ilk futbolçu olub.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay