
Xəbərlər
13.05.2026, 21:49
BİR YOL VƏ ÜÇ ÖMÜR - FOTO
TƏBRİK EDİRİK!
Atalarımız Sabir əmi ilə Əjdər uzun müddət yaxın dostluq edib, ailəvi bir-birinə gedib gəliblər. Elə yazıya bu mərhələdən, bu məqamdan başlamağım da təsadüfi deyil. Elşadla mən bir-birimizə “əmioğlu” deyə müraciət edirik. Belə bir çağırış, müraciət təbii ki, hər kəsə nəsib olmur. Arada o qədər istilik, hərarət və yaxınlıq yaranır ki, adam müraciətin bu mərtəbəsinədək yüksəlir. Şəxsən, bu, mənimçün böyük fəxarətverici haldır.
70 yaşı olsa da, yetərincə gümrah, qıvraqdır Elşad əmioğlum.
Atalarımızdan başlayan dostluq əlaqələri onların övladları tərəfindən şərəflə davam edir.
Yaxşı yadımdadır, anam rəhmətə gedəndən sonra biz atamızın yanında olmayan vaxtlarda ən çox atamı yoluxan, ondan xəbər tutan dostlardan bəlkə də birincisi elə Sabir əmi idi. Atamın sadiq dostları çox olub – Miryavər Hüseynov, Nağı Rəcəbov, Rəşid Mustafayev, Əziz Hüseynov, Dəmir Nəzirov, Paşa Ağayev, Axtər Quliyev, Sahib Rəcəbov, eləcə də iş yoldaşları. Amma Sabir əminin mənim qəlbimdə məxsusi yeri var idi və bu münasibət indi də qalmaqdadır. Anamın yoxluğundan sonra atam deyirdi ki, Sabir əmi onu tək buraxmır, başını qatmaq üçün evlərinə dəvət edirdi. Atam evdənkənar yerlərdə nə çay içir, nə də yemək yeyirdi. Amma rəhmətlik Şükufə xalanın bişirdiyi təamlardan könül xoşluğu ilə dadırdı. Təəssüf ki, indi nə Sabir əmi, Şükufə xala var, nə də atam, anam Samiyə. Torpağın üzü qara olsun. Amma əslində torpağın yox, əslində vaxtın üzü soyuqdur. Yel kimi uçub gedir, hər acını da, ən yeridoldurulmaz itkiləri də soyudur, unutdurur.
Artıq onların cismani yoxluqlarından xeyli zaman keçir. İnsanıq, bu yoxluğa da alışmışıq, bu itkiylə də barışmışııq.
Hərçənd müxtəlif söhbətlərimizdə, yaddaşlarımızda, gündəlik həyatımızda Sabir əmi, atam elə indi də hər gün mənimlədir.
Sabir əminin Elşaddan əlavə, Elton, Tofiq adlı övladları ilə də mən də, qardaşım Qənbər də dostuq. Rəhmətlik Elşən də hörmət etdiyimiz tay-tuşlarımız idi. Onun cismani yoxluğu ilə hələ də barışa bilmirik. Qəfil gediş oldu bu gediş...
Elşada gəldikdə isə onu deyə bilərəm ki, o, elə bütöv və miqyaslı şəxsdir ki, onun haqqında bir kitablıq da yazmaq olar, iri bir məqalə də. Həmin qələmin sahibi Elşadın dünyasına bələd adamdırsa, nə həcmdə yazmağından asılı olmayaraq, mütləq sevimli surətin hansısa başlıca cizgilərini canlandırmağı bacaracaq.
Onu yaxından tanıyanlar da, uzaqdan bələd olanlar da, hətta yanında oturmasalar belə, kənardan müşahidə edənlər də hamısı təsdiqləyərlər ki, bilikli adamdır, yaxşı ziyalıdır, insanlığına söz ola bilməz, incə yumoru var. Sözü yerində və vaxtında deyəndir. Sinəsi el deyimləri ilə doludur. İxtisasca ədəbiyyatçı olmasa da, kitablara marağı və həvəsi çox olub. Bildiyimə görə, zaman-zaman onun topladığı Basqal deyimləri hələ də nəşrini gözləyir... Bunu dostu, elə mənim də dostum rəhmətlik Dəmir əminin oğlu Ramazan Bağırv da təqdiqləyə bilər. Çox istərdim ki, folklorumuza gözəl bir nümunə hesab oluna biləcək həmin kitab işıq üzü görsün.
Onunla birgə işləyənlər, yol yoldaşı, qonşu olanlar səmimiyyətini, mehribanlığını, tikansız insan olduğunu etiraf edirlər.
Və bu keyfiyyətlər Elşad Əliyevdə o qədər qabarıqdır ki, lap üz-üzə ünsiyyətdə olmayanlar da hansısa məclisdə sifətini görməyib səsini eşitsələr belə, həm mükəmməl savadını, haqqında bəhs etdiyi mövzulara incəliyinə qədər bələdliyini, həm də səsinin həlimliyindən, istiliyindən qəlbindəki hərarəti, təbiətindəki gizlədilməsi mümkünsüz qabarıq rəhmdillilik ovqatını hiss edərlər.
Elşad qardaşımızın hamınınkı hesab edlə bilən az adamlardan, nadir ziyalılardan, hələ öz varlığında ikən yaxşı adam və yaxşı ziyalı, aydın anlayışlarını üzvi şəkildə qovuşdurmağa nail olmuş təklərdəndir. Özü həmişə deyir ki, oğul istər toxunduğu məsələləri qələmə alsın, bunu bacarsın. Kimdənsə yazmağa nə var ki... Əsas budur ki, heç kəsin yazmadığı, toxunmadığı məsələlərdən yazasan gərək.
HAŞIYƏ:
Sözün düzünü demək də, yazmaq da həmişə çətin olub. Dünyanın hər yerində və bütün zamanlarda. Bəzən elə təəssürat yaranıb ki, guya haralardasa həqiqətin böyüyünü də, düşüncəndən, qəlbindən keçənləri də tam həcmdə ifadə edə bilərsən, sənə gözün üstündə qaşın var söyləyən olmaz.
Dili daha bağlı, gözü daha qıpıq, səsini çıxara bilməyən ölkənin insanları uzaqdan- uzağa onlara həsəd də aparıblar.
Amma nahaq!
Gendən gülümsəyən sərablar adətən boş xəyaldan başqa bir şey olmur.
Guya hər gördüyünü və duyduğunu, hər bildiyini və bildirmək istədiyini dilə və qələmə gətirmək yolunda azad sandığınız yerlərdə həm əl altından, həm də aşkarca bir ucdan elə manelər yaradılıb ki, o məkanlarda ömür sürənləri azad sayıb həsədlə köks ötürənlər hər təfərrüatdan agah olsaydılar, “yenə bizə şükür” deyərdilər.
Azadlığı verəndə, uçmaqçün üfüqləri sərbəst elan edəndə heç vaxt vacib “əmma”nı yaddan çıxarmayıblar. Sərbəstliyin, asudəliyin hədlərini, sərhədlərini də hökmən cızıblar. “Əlbəttə azadsan, lakin bu verilmiş cızığın içində!”.
Tarixin qəmli səhifələri nə qədər desən! Sözün düzünü, gerçəyin xalisini söyləyənləri, qələmə alanları zaman-zaman zindanlara da atıblar, sürgünlərdə də çərlədiblər, dərisini də soyublar, daşqalaq da ediblər, tonqalda da yandırıblar, çarmıxa da çəkiblər, gülləyə də tuş salıblar.
“Desəm öldürərlər, deməsəm ölləm” çıxılmazlığı düşüncə və söz adamını həmişə ömür boyu sıxıntısına tabşamalı olduğu dar çəkmə kimi incidib, ürəyini qabar, beynini döyənək edib.
Beləcə, nə qədər deyilməli söz deyilməmiş, nə qədər yazılmalı fikir yazılmamış qalıb.
Bu cümlələri də Elşadla dəfələrlə etdiyimiz söhbətdən sonra gəldiyim qənaətə əsasən yazıram...
Elşad Əliyev uzun müddət neft-yanacaq təchizatı sahəsində çalışıb. Əmək fəaliyyəti dövründə işgüzarlığı, çevikliyi, təşkilatçılığı, işə olan sevgisi ilə hörmət qazanıb. O, işıqlı, xeyirxah, nəcib bir Azərbaycan kişisinin ömrünü yaşamaqdadır.
E.Əliyev heç də rəvan, əziyyətsiz həyat sürməyib. Belə yaşayış hər kəsin həyatında olur. Uşaqlıqda zəhmətə alışan Elşad savada, təhsilə də önəm verib. Ali məktəbə daxil olandan sonra təhsil illərində də ən nümunəvi tələbə kimi müəllimlərin hörmətini, sevgisini qazanmışdı. Amma həyatı boyu rastlaşdığı xoşagəlməz münasibətlər, sərt davranışlar, bədxahlıqlar onu daxilən küskün edə, qabalaşdıra, qəddarlaşdıra bilməyib.
O mülayimlik, o səbirlilik, o qılıqlılıq, o xoşrəftarlılıq ki, Elşadda olub, deyərdin bu insanın ömrü elə həmişə naz-nemət içində, rahatdan-rahat ötüşüb. Əslində isə bunun tam əksi olub axı!
Pərvərdigarın ana duasını eşidərək Elşad Əliyevə bağışladığı iki insan ömründən biri onun sürdüyü adi həyat olubsa, Tanrı töhfəsi sayılası ikinci ömrü də örnək insan həyatını yaşaması sayılmalıdır.
İki paralel və bir-birinə dayaq olan ömür.
Artıq üçüncü ömrü başlayıb Elşadın. Ahıllıq, müdriklik dövrünün təqib etdiyi ömür...
Sınaqlarla dolu və şərəfli həyat yolu keçən eloğlum, qardaşım, əmioğlum Elşad Əliyev bu ömrü də şərəflə, layiqincə, qədərincə yaşayır... İftixar etməyə, ibrət götürməyə layiq ömür...
Dəyərli əmioğlum! Sonda səni bağrıma basıb 70-ni gecə də olsa, təbrik edirəm. Sən əsl basqallısan, əsl vətənpərvərsən, yurdsevərsən, torpaqcanlısan. Kaş biz də sənin kimi belə təəssübkeş olaydıq! Kaş...
Hələliksə xoş əhvali-ruhiyyə ilə yola saldığın 70-nlə biz də sağollaşıb 71-nə “xoş gəldin!” deyirik.
Gün olsun nəvə-nəticə xeyir məclislərinə şahidlik eləsən, ay əmioğlu!
Sənin haqqında çox yaza bilərdim, amma vaxt çatışmamazlığından bunu edə bilmədim. Daha geniş yazını, təbrikimi, inşəAllah, 75-ində yazacağam. Buna söz verirəm…
Daşdəmir ƏJDƏROĞLU
ELŞAD QARDAŞIMIZIN YUBİLEY YAŞINA!
Bu günlərdə dostum, eloğlum və əmioğlum Elşad Əliyevin
növbəti ad günü – yubiley yaşı tamam olub
növbəti ad günü – yubiley yaşı tamam olub
Atalarımız Sabir əmi ilə Əjdər uzun müddət yaxın dostluq edib, ailəvi bir-birinə gedib gəliblər. Elə yazıya bu mərhələdən, bu məqamdan başlamağım da təsadüfi deyil. Elşadla mən bir-birimizə “əmioğlu” deyə müraciət edirik. Belə bir çağırış, müraciət təbii ki, hər kəsə nəsib olmur. Arada o qədər istilik, hərarət və yaxınlıq yaranır ki, adam müraciətin bu mərtəbəsinədək yüksəlir. Şəxsən, bu, mənimçün böyük fəxarətverici haldır.
70 yaşı olsa da, yetərincə gümrah, qıvraqdır Elşad əmioğlum.
Atalarımızdan başlayan dostluq əlaqələri onların övladları tərəfindən şərəflə davam edir.
BÖYÜKLƏRİMİZDƏN BAŞLAYAN DOSTLUQ ƏNƏNƏSİ....
Yaxşı yadımdadır, anam rəhmətə gedəndən sonra biz atamızın yanında olmayan vaxtlarda ən çox atamı yoluxan, ondan xəbər tutan dostlardan bəlkə də birincisi elə Sabir əmi idi. Atamın sadiq dostları çox olub – Miryavər Hüseynov, Nağı Rəcəbov, Rəşid Mustafayev, Əziz Hüseynov, Dəmir Nəzirov, Paşa Ağayev, Axtər Quliyev, Sahib Rəcəbov, eləcə də iş yoldaşları. Amma Sabir əminin mənim qəlbimdə məxsusi yeri var idi və bu münasibət indi də qalmaqdadır. Anamın yoxluğundan sonra atam deyirdi ki, Sabir əmi onu tək buraxmır, başını qatmaq üçün evlərinə dəvət edirdi. Atam evdənkənar yerlərdə nə çay içir, nə də yemək yeyirdi. Amma rəhmətlik Şükufə xalanın bişirdiyi təamlardan könül xoşluğu ilə dadırdı. Təəssüf ki, indi nə Sabir əmi, Şükufə xala var, nə də atam, anam Samiyə. Torpağın üzü qara olsun. Amma əslində torpağın yox, əslində vaxtın üzü soyuqdur. Yel kimi uçub gedir, hər acını da, ən yeridoldurulmaz itkiləri də soyudur, unutdurur.
Artıq onların cismani yoxluqlarından xeyli zaman keçir. İnsanıq, bu yoxluğa da alışmışıq, bu itkiylə də barışmışııq.
Hərçənd müxtəlif söhbətlərimizdə, yaddaşlarımızda, gündəlik həyatımızda Sabir əmi, atam elə indi də hər gün mənimlədir.
SİNƏSİ EL DEYİMLƏRİ İLƏ DOLUDUR
Sabir əminin Elşaddan əlavə, Elton, Tofiq adlı övladları ilə də mən də, qardaşım Qənbər də dostuq. Rəhmətlik Elşən də hörmət etdiyimiz tay-tuşlarımız idi. Onun cismani yoxluğu ilə hələ də barışa bilmirik. Qəfil gediş oldu bu gediş...
Elşada gəldikdə isə onu deyə bilərəm ki, o, elə bütöv və miqyaslı şəxsdir ki, onun haqqında bir kitablıq da yazmaq olar, iri bir məqalə də. Həmin qələmin sahibi Elşadın dünyasına bələd adamdırsa, nə həcmdə yazmağından asılı olmayaraq, mütləq sevimli surətin hansısa başlıca cizgilərini canlandırmağı bacaracaq.
Onu yaxından tanıyanlar da, uzaqdan bələd olanlar da, hətta yanında oturmasalar belə, kənardan müşahidə edənlər də hamısı təsdiqləyərlər ki, bilikli adamdır, yaxşı ziyalıdır, insanlığına söz ola bilməz, incə yumoru var. Sözü yerində və vaxtında deyəndir. Sinəsi el deyimləri ilə doludur. İxtisasca ədəbiyyatçı olmasa da, kitablara marağı və həvəsi çox olub. Bildiyimə görə, zaman-zaman onun topladığı Basqal deyimləri hələ də nəşrini gözləyir... Bunu dostu, elə mənim də dostum rəhmətlik Dəmir əminin oğlu Ramazan Bağırv da təqdiqləyə bilər. Çox istərdim ki, folklorumuza gözəl bir nümunə hesab oluna biləcək həmin kitab işıq üzü görsün.
Onunla birgə işləyənlər, yol yoldaşı, qonşu olanlar səmimiyyətini, mehribanlığını, tikansız insan olduğunu etiraf edirlər.
Və bu keyfiyyətlər Elşad Əliyevdə o qədər qabarıqdır ki, lap üz-üzə ünsiyyətdə olmayanlar da hansısa məclisdə sifətini görməyib səsini eşitsələr belə, həm mükəmməl savadını, haqqında bəhs etdiyi mövzulara incəliyinə qədər bələdliyini, həm də səsinin həlimliyindən, istiliyindən qəlbindəki hərarəti, təbiətindəki gizlədilməsi mümkünsüz qabarıq rəhmdillilik ovqatını hiss edərlər.
Elşad qardaşımızın hamınınkı hesab edlə bilən az adamlardan, nadir ziyalılardan, hələ öz varlığında ikən yaxşı adam və yaxşı ziyalı, aydın anlayışlarını üzvi şəkildə qovuşdurmağa nail olmuş təklərdəndir. Özü həmişə deyir ki, oğul istər toxunduğu məsələləri qələmə alsın, bunu bacarsın. Kimdənsə yazmağa nə var ki... Əsas budur ki, heç kəsin yazmadığı, toxunmadığı məsələlərdən yazasan gərək.
HAŞIYƏ:
Sözün düzünü demək də, yazmaq da həmişə çətin olub. Dünyanın hər yerində və bütün zamanlarda. Bəzən elə təəssürat yaranıb ki, guya haralardasa həqiqətin böyüyünü də, düşüncəndən, qəlbindən keçənləri də tam həcmdə ifadə edə bilərsən, sənə gözün üstündə qaşın var söyləyən olmaz.
Dili daha bağlı, gözü daha qıpıq, səsini çıxara bilməyən ölkənin insanları uzaqdan- uzağa onlara həsəd də aparıblar.
Amma nahaq!
Gendən gülümsəyən sərablar adətən boş xəyaldan başqa bir şey olmur.
Guya hər gördüyünü və duyduğunu, hər bildiyini və bildirmək istədiyini dilə və qələmə gətirmək yolunda azad sandığınız yerlərdə həm əl altından, həm də aşkarca bir ucdan elə manelər yaradılıb ki, o məkanlarda ömür sürənləri azad sayıb həsədlə köks ötürənlər hər təfərrüatdan agah olsaydılar, “yenə bizə şükür” deyərdilər.
Azadlığı verəndə, uçmaqçün üfüqləri sərbəst elan edəndə heç vaxt vacib “əmma”nı yaddan çıxarmayıblar. Sərbəstliyin, asudəliyin hədlərini, sərhədlərini də hökmən cızıblar. “Əlbəttə azadsan, lakin bu verilmiş cızığın içində!”.
Tarixin qəmli səhifələri nə qədər desən! Sözün düzünü, gerçəyin xalisini söyləyənləri, qələmə alanları zaman-zaman zindanlara da atıblar, sürgünlərdə də çərlədiblər, dərisini də soyublar, daşqalaq da ediblər, tonqalda da yandırıblar, çarmıxa da çəkiblər, gülləyə də tuş salıblar.
“Desəm öldürərlər, deməsəm ölləm” çıxılmazlığı düşüncə və söz adamını həmişə ömür boyu sıxıntısına tabşamalı olduğu dar çəkmə kimi incidib, ürəyini qabar, beynini döyənək edib.
Beləcə, nə qədər deyilməli söz deyilməmiş, nə qədər yazılmalı fikir yazılmamış qalıb.
Bu cümlələri də Elşadla dəfələrlə etdiyimiz söhbətdən sonra gəldiyim qənaətə əsasən yazıram...
ONUN AİLƏDƏ DƏ, ELDƏ_OBADA DA, CƏMİYYƏTDƏ DƏ BÖYÜK HÖRMƏTİ VAR
Elşad Əliyev uzun müddət neft-yanacaq təchizatı sahəsində çalışıb. Əmək fəaliyyəti dövründə işgüzarlığı, çevikliyi, təşkilatçılığı, işə olan sevgisi ilə hörmət qazanıb. O, işıqlı, xeyirxah, nəcib bir Azərbaycan kişisinin ömrünü yaşamaqdadır.
E.Əliyev heç də rəvan, əziyyətsiz həyat sürməyib. Belə yaşayış hər kəsin həyatında olur. Uşaqlıqda zəhmətə alışan Elşad savada, təhsilə də önəm verib. Ali məktəbə daxil olandan sonra təhsil illərində də ən nümunəvi tələbə kimi müəllimlərin hörmətini, sevgisini qazanmışdı. Amma həyatı boyu rastlaşdığı xoşagəlməz münasibətlər, sərt davranışlar, bədxahlıqlar onu daxilən küskün edə, qabalaşdıra, qəddarlaşdıra bilməyib.
O mülayimlik, o səbirlilik, o qılıqlılıq, o xoşrəftarlılıq ki, Elşadda olub, deyərdin bu insanın ömrü elə həmişə naz-nemət içində, rahatdan-rahat ötüşüb. Əslində isə bunun tam əksi olub axı!
Pərvərdigarın ana duasını eşidərək Elşad Əliyevə bağışladığı iki insan ömründən biri onun sürdüyü adi həyat olubsa, Tanrı töhfəsi sayılası ikinci ömrü də örnək insan həyatını yaşaması sayılmalıdır.
İki paralel və bir-birinə dayaq olan ömür.
Artıq üçüncü ömrü başlayıb Elşadın. Ahıllıq, müdriklik dövrünün təqib etdiyi ömür...
Sınaqlarla dolu və şərəfli həyat yolu keçən eloğlum, qardaşım, əmioğlum Elşad Əliyev bu ömrü də şərəflə, layiqincə, qədərincə yaşayır... İftixar etməyə, ibrət götürməyə layiq ömür...
Dəyərli əmioğlum! Sonda səni bağrıma basıb 70-ni gecə də olsa, təbrik edirəm. Sən əsl basqallısan, əsl vətənpərvərsən, yurdsevərsən, torpaqcanlısan. Kaş biz də sənin kimi belə təəssübkeş olaydıq! Kaş...
Hələliksə xoş əhvali-ruhiyyə ilə yola saldığın 70-nlə biz də sağollaşıb 71-nə “xoş gəldin!” deyirik.
Gün olsun nəvə-nəticə xeyir məclislərinə şahidlik eləsən, ay əmioğlu!
Sənin haqqında çox yaza bilərdim, amma vaxt çatışmamazlığından bunu edə bilmədim. Daha geniş yazını, təbrikimi, inşəAllah, 75-ində yazacağam. Buna söz verirəm…
Daşdəmir ƏJDƏROĞLU
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











