Gəncə Dövlət Universitetində professor Orucəli Rzayevin 70 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib.

"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, Ümummilli Liderin əziz xatirəsi hörmətlə anılıb.

Yubiley tədbirində professor Orucəli Rzayevin həyat və elmi fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Daha sonra Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva çıxış edərək görkəmli alim, professor Orucəli Rzayevin keçdiyi şərəfli ömür yolundan danışıb. Bildirib ki, Rzayev Orucəli Hüseynqulu oğlu 1956-cı ildə anadan olub, 2026-cı ilin fevral ayında dünyasını dəyişib. O. Rzayev 1973-1977-ci illərdə Gəncə Dövlət Universitetində Riyaziyyat ixtisası üzrə ali təhsil alıb. 1977-ci ildən Gəncə Dövlət Universitetində müxtəlif vəzifələrdə işləyib. O, 2004-cü ildə fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi alıb.

1997-2006-cı illərdə Gəncə Dövlət Universitetinin Tədris işləri üzrə prorektoru vəzifəsində çalışıb. 2023-cü ildən 2026-cı ilə qədər Gəncə Dövlət Universitetində Riyazi analiz kafedrasının müdiri vəzifəsində işləyib. O da diqqətə çatdırılıb ki, professor O.Rzayev 2008-2012-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialının, 2012-2016-cı illərdə Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialının, 2016-cı ildə isə Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialının direktoru vəzifəsində işləyib.

Görkəmli alimin təhsilə verdiyi töhfələr dövlət tərəfindən də yüksək qiymətləndirilib. Belə ki, 2011-ci ildə “Tərəqqi” medalı, “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub. Professor Orucəli Rzayev 100-dən artıq kitabın və elmi məqalənin müəllifidir.

Xatirə gecəsində Fizika və texniki fənlər fakültəsinin dekanı Muğan Quliyev, Azərbaycan dili kafedrasının professoru Mübariz Yusifov, Gəncə şəhər İcra Hakimiyyətinin sektor müdiri Yadigar Bədəlov, Azərbaycan dili kafedrasının müdiri Telman Quliyev, ÜTF və texnologiya kafedrasının müdiri Elçin Cavadov, Riyazi analiz kafedrasının dosenti Tahir Məmmədov, İnformatika və cəbr kafedrasının professoru Mehriban Həsənova, kafedranın dosenti Nərgiz Tağıyeva, dosent Kəmalə Salmanova, Fizika kafedrasının dosenti Səyyarə İsgəndərova çıxış edərək professor Orucəli Rzayevin həyat və fəaliyyətindən danışıblar.

Çıxış edənlər Gəncə Dövlət Universitetinin inkişafında və tərəqqisində xidmətləri olmuş Orucəli Rzayevi xoş xatirələrlə anıblar.

Tədbirdə Riyaziyyat və informatika müəllimliyi ixtisasının 4-cü kurs tələbəsi Rəbiyyə Hacıyeva Orucəli Rzayevə həsr edilən “Son görüş” şeirini səsləndirib.

Sonda alimin oğlu Anar Rzayev Professor Orucəli Rzayevin xatirə gecəsini keçirdikləri üçün Universitetin rektoru Yusif Yusibova, eləcə də bütün kollektivə dərin minnətdarlığını bildirib.







Son xəbərlər

Ən çox gəlir gətirən aktyor oldu

Tramp onların Ağ Evə girişini qadağan etdi

“Gəlin, sülh içində yaşayaq, yoxsa...” - Putin

"Qarabağ"ın 5 legioneri millidən dəvət aldı

Ukraynaya 3,3 milyard avro verəcəklər

SÖZÜN İŞIĞI, İNSANIN ÜRƏYİ

Qarabağdakı antiterror əməliyyatından 3 il ötür

Kubanın elektrik şəbəkəsi yenidən sıradan çıxıb

Nüsrət Kəsəmənli : “Yalançı dostlarım”

Süni intellekt kinonu əvəz edəcək? – Gələcəyin ssenarisi açıqlandı

Rusiya və Çin peyklərinə qarşı ABŞ-ın yeni silahı

Kosmosda saçlarını necə yuyurlar: Astronavt AÇIQLAYIR 10 0

Təbiət və müasir istirahət bir arada - Şamaxıda “Pirqulu Park” hoteli

Adilə Aslanova : ÜZEYİR — XALQIN RUHUNDAN GƏLƏN SƏS

Həbsinə heç kim inanmırdı... - 1 ildir içəridədir

Novruzəli Aslanov: “Mövcud reallıqlar regional təhlükəsizlik məsələlərinin Azərbaycan üçün nə qədər mühüm olduğunu aydın göstərir”

Bədən bu yaşdan sonra daha sürətlə qocalır?

Fərhad Əsgərov (Ramizoğlu) : QAYDALARA RİAYƏT EDİLMƏLİDİR

Sevda Məmmədzadə dünyasını dəyişdi

Putinə "müharibəni dayandır" deyən rejissoru "xarici agent" elan etdilər

Nobel mükafatının məbləği artırıldı

“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar”

‘’Ümumdunya İlk Yardım Günü’’ - FOTOLAR

Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - Foto

Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb

Azərbaycan Alban-Udi xristian dini icması Ermənistanda revanşist əhval-ruhiyyəli münasibəti qınayıb

18 sentyabr – Milli Musiqi Günü: Üzeyir bəyin qoyduğu yol və milli musiqinin yeni mərhələsi

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930