Sənubər Səhər

Səhər duran kimi nə edirik? Uşaqlar yemək üçün ağlayır, oxuyanlar dərsə qaçır, işləyənlər işə, işsizlər internetə, qocalar isə... nə edəcəklərini düşünürlər.
“Nə edim bu gün?”
“Ay, durum dərmanlarımı içim.”
“Uşaqları görəcəm görəsən bu gün?”
“Televizorda görüm nə verirlər.”
“Gedim, gəzim bir az...”
Qocaların düşündükləri əsasən bunlar olsa da, vəziyyətlərindən asılı olaraq fərqli olur.
Mənim düşündüklərim və eşitdiklərim isə belədir:
“Şükürlər olsun, ya Rəbbim.”
Sevdiklərimi düşünüb dua edirəm, işlərimi planlaşdırıram, xəbərlərə baxıram, düşündüklərimi yazıram. Ev işlərini yola qoyub iş başına keçirəm, axşam isə sevdiklərimlə görüşürəm...
Allah hamıya kömək olsun!

Vicdanı da ruhumuz yaradır


Səhər duranda təkcə sevdiklərimizi deyil, itirdiklərimizi də düşünürük.
Saysız-hesabsız hisslərin məkanı olan qəlbimiz həyatımızın qurucusudur. Dünyamızın təməli oradan başlayır. Doğrudur, təsirlər də təməldən və yaşayışdan asılıdır.
Əsrlərdən keçən təməllər var. Onun həyat siması isə çox vaxt görünməz olur. İnsani cizgilər hər zaman əməllərimizlə bilinmir. İnsanları tanımaq üçün çox zaman illər lazım olur.
Bəs özümüzü tanımaq üçün necə?
Məncə, buna da özümüzə qıraqdan baxanda — yəni ruhumuzdan ayrılanda nail ola bilərik.
İnsanların simasının tərbiyədən, öyrəndiklərindən asılı olduğunu deyirlər. Amma bu da həmişə belə olmur. Qəlbimizin təməli ilə yanaşı, yaşadıqlarımızın təsiri də həyat albomuna öz möhürünü vurur.
“Hər şey sənin özündən asılıdır”, — deyirlər.
Bu fikrin də fərqli cavabları var.
Yox, hər şey bizdən asılı deyil. Kənar təsirlərin gücü çoxdur. Ətraf mühit, hadisələr, qəzalar da öz rolunu oynayır.
Bizdən asılı olan isə iradəmizi, gücümüzü imkanımız daxilində idarə etməkdir.
İmkanımız da nədir?
Yenə də ağıl, güc, iradə, məsuliyyət...
Və vicdan.
Bu da qəlbimizdən, ruhumuzdan gəlir — yaranışdan, təməldən, həyatdan.
Mənim yazılarımı yəqin ki, vicdanlı insanlar oxuyur.
Yoxsa, çoxdan atəşə tutulmuşdum...
Vicdan həyati anlamların, hisslərin zirvəsində durur. O, gözəl insani simvolların və yaşamın qoruyucusudur.
“Vicdanını itirmə”, — deyirlər. Əgər o varsa, daimidir — onu itirmək mümkün deyil.
Gözəl insan kimi tanıdığın birindən illər sonra pislik görürsənsə, demək ki, onun qurduğu süni həyat pərdəsi cırılır.
Bir çox ruhları ifşa edən ya həyatın zərbələridir, ya da ölüm qorxusu...
Buna nə deyim, bilmirəm. Allah bilən məsləhətdir.
Ən çox inandığım və arzuladığım isə budur: təmiz vicdan və xeyirxah əməllərlə bu dünyanı başa vurmaq.


Son xəbərlər

Rusiya millisi Azərbaycanda dördillik həsrətə son qoyacaq

ƏZİZƏ AĞAHÜSEYNQIZI : BU PAYIZI ÖZÜN İLƏ APARMA - FOTO

Vaqif Vüqar : Nizamı məqbərəsində düşüncələrim - FOTO

Arzu Yaqub qızı : Saçını meh darasa... - FOTO

Vəsiyyəti açıqlanmadan mübahisələrə səbəb oldu - İnanırın mirasına nələr daxildir?

"Teşkilat" nə vaxt yayımlanacaq?

“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...”

Tarverdi Abbasov Ömrünün Yaradıcılıq Salnaməsi

ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi

Bakıda ev almaq sərf etmir? – 25 illik hesabın ŞOK NƏTİCƏSİ

Nicat Novruzoğlu : Nolar ki,bir salam yolla.. - FOTO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır

Şəhid (Antiterror hadisələri zamanı) Vüsal Şəhriyarovun anası Tatış Ananın 45 yaşı tamam olur - FOTOLAR

Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək

8 il sonra yenidən “Leyli” olacaq

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTOLAR - YENİLƏNİB - FOTO

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Prezident: Azərbaycan məlum mərkəzlərdən maliyyələşən media strukturlarının təxribatlarına qarşı böyük uğurlar əldə edib

Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

İlham Əliyev və Mehriban Əliyeva Şamaxıya səfər ediblər

Dövlət Agentliyinin əməkdaşlarının tibbi təminatı Daxili İşlər Nazirliyinə həvalə olunub

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Rusiyanın 3 təyyarəsi və helikopterləri bir gecədə məhv edildi

Karantin rejimi yanvara qədər uzadıldı

Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib

Bu şəhərlər 100 il sonra yox ola bilər - Siyahı

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930