QIZBƏS QƏBƏLƏ - ŞERİ ANLAMAYANLARA - FOTO
Bəzən elə yerdə sən,
Söz deməli olursan,

Olur nə şeri qanan,
Nə də sözü anlayan...

Biri söhbət eyləyir,
Biri qeybət eyləyir,

Bir - Çay gətir - deyir,
Birisə yemək yeyir...

Sözə olan xəyanət,
Vallah qəbimə dəyir.

Dəyər verdim hər zaman
Ulu sözə mən yaman.

Sözü əmanət bildim,
Mən Fizuli babadan.

Əsrlərdən keçibdir,
Şer, sənət dünyası

Nə pisdir bir nadanın
Şerə laqeyd qalması.

Demirəm ki,qoy hamı,
Şer bilsin, söz bilsin.

Deyirəm ki hər yerdə,
Sözə ehtiram olsun.

Bəzən də görürsın ki,
Bir şişman, pəzəvəngi..

Oynadlr qılımc kimi,
Əlindəki qaşıgı,

Çagırtdırır ordakı,
Fagır, sısqa aşıgı...

- Oxu görüm a gədə,
Oxu görüm nəyin var -

- Bax pis olsa, dünyanı,
Başına edərəm dar...

Aşıq da qorxa - qorxa,
Allb sarı ,,beşliyi "

Çeynəyub kişi verən
Quru tikə - şişliyi.

Ələ alır sazını,
Başlayır bir havanı.

İstəyir razı salsın,
O ağızdan yavanı.

Axı o nə anlayır,
Şer nədir, söz nədir?

Sənətə olan bu hal,
Ürəyimi göynədir...

Əgər olmasa bilin,
Sözə, saza ehtiram.

Vallah milyon versələr,
Mən o yerdə olmaram.
***
Elə də olur bəzən,
Bir şer paylaşırsan.

O şerlə dünyanı,
Xəyalən dolaşırsan.
Ürəyinin yagını,
Verirsın o şeirə...

Əmanət eyləyirsən,
Onu bütün ellərə..

Şer sənə əzizdir,
Öz əziz balan kimi.

O həm səni qoruyur,
Yenilməz qalan kimi...

Ürəyinə dəyəcək,
Ona atılan hər daş,

Şerinə dəyən sözlər,
Qəlbinə dəyir qardaş..

Sən axı bütün xalqdan,
Umursan sözə hörmət.

Sözə sevgi, məhəbbət,
Sözə qaygı, mərhəmət,

Amma bəzən görürsən,
Şerə pis münasibət.

Səhər durub görürsən,
Biri həmən o şerə

Gülüş şəkli gödərib,
Bir qıcıq verə - verə...

Bilmirsın ki, güləsan,
Ya da ki aglayasan...

Bilmirsın ki bu isə,
Dinib, nə söyləyəsən...

QIZBƏS QƏBƏLƏ - ŞERİ ANLAMAYANLARA - FOTO

Son xəbərlər

Quba-Xəzəryanı neft-qaz regionunda geofiziki məlumatların toplanması payızda başa çatacaq

İran Prezidentinin qızı Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib

SEPAH: İran və Oman Hörmüzdə gəlirlərin bölüşdürülməsi barədə razılığa gəliblər

Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

Sabahdan Bakıda və rayonlarda külək güclənəcək

10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə başlanılır

Bakıda 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub

Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib

Pakistanda xəstəxanada yanğın olub, azı 15 körpə ölüb

Prezident İlham Əliyev "Sabah"ı təbrik edib

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ötən ili mənfəətlə başa vurub

Bu gün Laçın Şəhəri Günüdür

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Laçın şəhərinin Azərbaycanın nəzarətinə keçməsinin ildönümüdür

Məşhur amerikalı müğənni Dolli Parton dünyasını dəyişib

Bu gün Laçın Şəhəri Günü təntənə ilə qeyd ediləcək

Prezidentin Təhlükəsizlik Xidmətinə işə düzəldəcəyini deyib, dələduzluq edirmiş

610 bal topladı, universitetə qəbul olmadı

“Dünyanın ən xoşbəxt baş məşqçisiyəm” - Dambrauskas

"Sabah"a məğlub olan İsrail klubunun baş məşqçisindən AÇIQLAMA

Bakıya təcili eniş üçün icazə istədilər

İNSANIN YAXŞILIĞA ÇEVRİLƏN İZİ

XEYİRXAHLIĞIN İŞIĞI

“Gönül Dağı” serialında böyük dəyişiklik

Birinci vitse-prezidenti təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

Bütün paylaşımlarını silib 5 il öncəki bu fotosunu saxladı

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31