Əgər bir xalq mövcuddursa, onun mütləq bir tarixi vardır. Bu tarixdə isə ona aid olan məxsusi vərdişlər, milliliyini əks etdirən adət və ənənələr onun varlığının özülü, əsasıdır. Xalqımızın zəngin olan adət- ənənələrindən biri də toy, xeyir məclislərinə aiddir. Bununla bağlı Hacallı Kənd Ağsaqqallar Şurasının Sədri Şahid Rəsulovla söhbət aparmış, bir ağsaqqal kimi onun fikirlərini öyrənmişik.
Şahid Fətullah oğlu Rəsulov 1945- ciildə Hacallı kəndində doğulmuş, 1952-1963 - cü illərdə ( o zaman orta təhsil onbirillik olmuşdur) orta təhsil almış, Göyçay Tibb Kollecində iki il yarım oxumuş və tibb qardaşı ( feldşer) ixtisasına yiyələnmişdir. Təhsilini başa vurduqdan sonra Nic konserv zavodu nəzdində tibb işçisi, sonra Nic xəstəxanasında, Həmzəlli kəndində öz ixtisasına uyğun işləmişdir. 27 yaşında ordu sıralarında ( 1967- 1969) qulluq etmişdir. Ukrayna Respublikasında, Yalta və Saxalin adasında əsgəri xidmətdə olan Şahid Rəsulov xidmətdə olduğu müddətdə də ixtisasına uyğun xidmət etmişdir. Ailəlidir, ömür- gün yoldaşı Xavər xanım uzun müddət müəllim işləmişdir. 4 övladları,10 nəvələri vardır.Toy adət- ənənələrimizlə bağlı onunla olan müsahibəmizi oxucularımıza təqdim edirik.
- Şahid həkim, bir el ağsaqqalı kimi adət- ənənələr haqda nə deyə bilərsiniz?
- Adət- ənənə bir cəmiyyət içərisində müəyyən keçmişə sahib olan simvolik və ya xüsusi əhəmiyyət kəsb edən nəsildən nəslə ötürülərək mədəni vərdişlər, davranış və inanc toplusudur. Adət- ənənələr bütün vərdişlərə aid edilməz. Nəsildən nəslə ötürülərək yaşayan adətlər müqəddəsləşər və xalqın mövcudluğuna aid olaraq sınaqlardan keçər. Həmçinin hr zamanla da qismən dəyişilsə belə mövcudluğunu itirməz. Bu toy adət- ənənələrimizə daha uyğundur.

- Əvvəlki toy- adətləri ,ənənələrində millilik xüsusiyyətləri daha çox hiss olunurdu. 4 övlad toyu etmiş və ətraf mühitdə bu ənənələrin canlı şahidi kimi bu haqda söhbətlərinizi dinləmək istərdik.
- Adət- ənənələr söz yox ki, hər zamana görə dəyişir, müasirləşir. Ancaq elə adət- ənənələr var ki, dəyişilməyinə rəğmən öz milliliyini qoruyub saxlayır. Əlbəttə təbii haldır ki, keçmişin bütün adətlərini bu günə daşımaq yeknəsəklik sayılar. Cəmiyyət inkişaf etdikcə inkişaf etmiş ölkələrin adətləri də ətraf mühitə öz təsirini göstərəcəkdir. Ancaq çalışmaq lazımdır ki,əsrlərcə öz əhəmiyyətini itirməyən və millilik xüsusiyyətlərini qoruyub saxlayan adətlərimizi yeniləşsə də ,özəlliyini qoruyub saxlayaq. Axı bu bizim tarixi keçmişimizdən bu günümüzə mirasdır.
- Toylar necə başlanır və necə keçirilirdi?
-Bu adətlər bir millətə xas olsa da, hər zonanın, bəzən hər məkanın özünəxas olması ilə fərqlənərdi. Bizim zonada oğulevləndirmə və qızköçürmə adətlərində iki nüans həmişə diqqət mərkəzində olardı. Qız və oğlanın bir- birini tanıması, sonra isə böyüklərin bu işə qarışması. Ya da ətraf aləmdən+ qohum, qonşu, tanış adamların soy- kökünə baxaraq qız seçilməsi. Hər ikisi də ağsaqqal və ağbirçəklərin fikirləri nəzərə alınardı .Əvvəlcə qadınlar qız evinə tanışlığa gedər, sonra elçilik; bəzən qız evinin " hə"- sini almaq üçün bir neçə dəfə oğlan evi onlara qonaq gedər, məsləhətləşmədən sonra razılıq alınardı. Daha sonra nişan, " parçakəsdi" məclisləri keçirilərdi. Nişan məclisindən sonra qız evi " nişan qablarının ( xonça qabları) qaytarılması adı ilə oğlan evinə yaxın qohumları ilə, xonçalarla gedərdi. Bu isə oğlan evini görmək, ona uyğun cehiz verməyi qərarlaşdırmaq, həmçinin ailə və qohumları qismən tanımaq üçün keçirilən məclis idi. " Parçakəsdi" zamanı qıza alınan hədiyyələr,geyim və zinət əşyaları qız evinə aparılar və qız toyu keçirilərdi. Sonra " xınayaxdı" və nəhayət , toy məclisi qurulardı.
- Şahid həkim, toylar neçə keçirilərdi?
- Toy məclisləri oğlan və qız ailələrinin öz həyətlərində qurulardı. Aşbazlar, camaata xidmət edənlər öz qohum- əqrabalardan seçilərdi.Gəlin günortaya kimi( başqa rayonlardan olarsa,bir gün əvvəldən) gətirilərdi. Gəlin gətirilərkən oğlan evinin təşkil etdiyi maşın karvanı musiqiçilər ilə birgə qız evinə gedərdilər. Bəy dostları ilə getsə də, gəlini qapıdan özü düşürməzdi.,gəlini qardaşı evdən düşürərdi ,həmçinin, gəlin toy məclisində ( oğlan toyunda) oturmazdı. Sonralar bu adətlər dəyişdi, gəlini bəy özü ata evindən " Vağzalı" musiqisi sədaları ilə düşürür, bəzədilmiş gəlin maşınına gətirərdi.Çox zaman gəlin aparıldıqdan sonra bir axşam və səhəri günü də axşama kimi toy çalınardı. Məclisdə " yuxarı başda" ağsaqqallar və toya uzaq məkanlardan qonaq gələnlər , sonra cavanlar , sonra da qadınlar oturardı." Bət tərifi" keçirilər, bəyə hədiyyələr verilərdi. Hədiyyələr isə pul və bəyin boynuna,qoluna sərilən parçalar, baş örtükləri olardı.Gəlin gətirildikdən sonra da 3 gün xeyir məclisləri davam edərdi.
- İndiki toy adətləri ilə əvvəlki adətlər arasında fərq barədə nə deyə bilərsiniz?
- Bütün adət- ənənələrə yaşanılan dövr, zaman öz təsirini göstərir. Çünki zaman keçdikcə, inkişam etdikcə bəzi adətlər sıradan çıxır və zamanın tələbinə uyğun olmadığı üçün yalnız " köhnə " adamların xatirə və söhbətlərində qalır. Biz bununla barışmalı oluruq. Ancaq onu da qeyd etmək lazımdır ki, müasir toyların 80 faizi hazırda toylar üçün ayrıca tikilmiş restoranlarda keçirilsə də, milli adətlərimizi nəzərə almaq lazımdır. Təbii ki, restoran toylarına xas olan adətlər də başqadır.Burada yemək adətlərindən tutmuş geyim formaları,oyun " formaları" belə bam- başqadır. Təbii ki, yaşadığımız zamana uyğunlaşmalıyıq. Ancaq yaşadığımız zamana uyğun, öz maddi vəziyyətinə əsasən məclislər keçirilməlidir ki, toydan sonra uzun müddət gənc ailə və ya onların valideynləri "borc" ödəmədin,çətinliklər yaşamasın. Həmçinin müasir dövrdə də qız və oğlan tanışlığında, evliliyində ağsaqqal və ağbirçək fikri nəzərə alınmalıdır. Əgər nəzərə alınarsa, fikrimizcə boşanmalar( aliment hesabına övlada baxmaq fikri), övladları atalı- analı " yetim " qoymaq halları aradan qalxar.
- Şahid həkim, yaşadığımız informasiya - texnologiya əsrinin adət ənənələrimizə mənfi təsirləri varmı?
- Əlbəttə var.İnmişaf etmiş zamanın övladları bu inkişafdan həyatına müsbətmənada təsir edəcəklərdən daha düzgün istifadə etməlidir. Telefonlardan, oradakı ayrı- ayrı proqramlardan işinə, həyatına- ailəsinə uyğun və əhəmiyyətli olanlardan istifadə edilərsə, bu millilik və adət- ənənələrimizə xas olan xüsusiyyətlərin də yaşadılması deməkdir. Bax,düzgün tərbiyə, ağsaqqal və ağbirçəklərə hörmət və ehtiram nəzərə alınarsa, ailələr qurularkən onların öyüd- nəsihətləri,fikirləri nəzərə alınarsa , bu gün gündən - günə çoxalan ailədağılmaları; bəzən ailəsi ola - ola övladlarını belə atıb, nəslinin adına xələl gətirəcək sosial səhifələrdən təsadüfi tanışlıqlarla evdən qaçma,ailəsini qoyub özünə daha " gözqamaşdırıcı" həyat, müasirlik, " tərz" axtarma halları baş verməz. O ailələrdəki körpə və gənclərin sabahkı həyat tərzi düşünülməlidir. Bu bizim xalqa vas olan adət deyil və ola da bilməz! Bir sözlə, toy adət- ənənələrini bayağılaşdırmamalı, xalqın keçmişindən mirad qalanənə ələrimizin " kökünü" yaşatmalıyıq!
- Şahid həkim,bu mövzumuz çox zəngindir,mövzunu qəzetimizin növbəti nömrələrində də davam etdirəcəyik! Bu gün isə müsahibəyə görə sizə təşəkkür edirik!
Bibixanım.

Son xəbərlər

Rusiya millisi Azərbaycanda dördillik həsrətə son qoyacaq

ƏZİZƏ AĞAHÜSEYNQIZI : BU PAYIZI ÖZÜN İLƏ APARMA - FOTO

Vaqif Vüqar : Nizamı məqbərəsində düşüncələrim - FOTO

Arzu Yaqub qızı : Saçını meh darasa... - FOTO

Vəsiyyəti açıqlanmadan mübahisələrə səbəb oldu - İnanırın mirasına nələr daxildir?

"Teşkilat" nə vaxt yayımlanacaq?

“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...”

Tarverdi Abbasov Ömrünün Yaradıcılıq Salnaməsi

ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi

Bakıda ev almaq sərf etmir? – 25 illik hesabın ŞOK NƏTİCƏSİ

Nicat Novruzoğlu : Nolar ki,bir salam yolla.. - FOTO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır

Şəhid (Antiterror hadisələri zamanı) Vüsal Şəhriyarovun anası Tatış Ananın 45 yaşı tamam olur - FOTOLAR

Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək

8 il sonra yenidən “Leyli” olacaq

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTOLAR - YENİLƏNİB - FOTO

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Prezident: Azərbaycan məlum mərkəzlərdən maliyyələşən media strukturlarının təxribatlarına qarşı böyük uğurlar əldə edib

Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

İlham Əliyev və Mehriban Əliyeva Şamaxıya səfər ediblər

Dövlət Agentliyinin əməkdaşlarının tibbi təminatı Daxili İşlər Nazirliyinə həvalə olunub

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Rusiyanın 3 təyyarəsi və helikopterləri bir gecədə məhv edildi

Karantin rejimi yanvara qədər uzadıldı

Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib

Bu şəhərlər 100 il sonra yox ola bilər - Siyahı

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930