Xatirələrdə yaşayan  doktor Əflatun Bayramov - FOTO

AKİF HACIYEV,
Azərbaycan Memarlıq və İnşaat Universitetinin Dosenti

Ötən əsrin 60-70-ci illərində Qəbələ rayonunda əhalinin sağlamlığı keşiyində dayanan ağ xalatlı,əli şəfalı həkimlərdən biri də kardioloq
Əflatun Bayramov idi.

Əflatun Bayramov 1929-cu il mayın 15-də Tərtər rayonunun Evoğlu kəndində anadan olub. Gənclik illərində xoş bir təsadüf nəticəsində yolu Qəbələdən düşüb. İlk baxışdan bu yerlərin təbiəti, zəhmətkeş insanları onu valeh edib və o, gələcək ömür yolunu bu rayonla bağlamaq qərarına gəlib.

Beləliklə, bir müddət keçdikdən sonra Əflatun Bayramov rayon mərkəzi xəstəxanasında işə düzəlmiş və ixtisasca həkim olan Şəfiqə adlı bir xanımla ailə qurmuşdu. 1963-1969-cu illərdə isə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsində təhsil almışdı.
Tibb Universitetini əla və yaxşı qiymətlərlə bitirən Əflatun Bayramovu Qəbələdə hamı ürək-damar xəstəlikləri üzrə ən savadlı, işini gözəl bilən kardioloq kimi tanıyırdı. O, indiki müasir tibb aparatlarının olmadığı bir dövrdə pasiyentlər üzərindəki müayinələrini Tibb Universitetində öyrəndiyi nəzəri biliklərlə, tibbə aid oxuduğu yeniliklərlə düzgün aparardı. Əli hər yerdən üzülən xəstələr, hətta ətraf rayonlardan---Ağdaşdan, Oğuzdan, İsmayıllıdan onun yanına pənah gətirərdilər.
Əflatun doktor həkim peşəsi ilə yanaşı, sadəliyi, səmimiliyi, təvazökarlığı ilə də gözəl xüsusiyyətlərə malik bir insan idi. Rayonun xeyrindən, şərindən heç vaxt qalmazdı. Halal zəhməti ilə dolanan Əflatun doktor həm də gözəl ailə başçısı idi.
O, 1977-ci il dekabrın 26-da tanınmış bir həkim kimi ömrünün çiçəkləndiyi 48 yaşında qəflətən vəfat etmişdir.
Mehribançılığı, səmimiyyəti, gözəl qəlbi, qayğıkeş münasibəti ilə yaddaşlarda qalan Əflatun Bayramova Allah rəhmət eləsin, ruhu şad, məkanı cənnət olsun!
Onun əziz xatirəsi bu gün övladlarının, nəvələrinin, qohumlarının, dost, tanışlarının, onu yaxından tanıyanların qəlbində yaşayır...

Son xəbərlər

QIZBƏS QƏBƏLƏ : OXU,ELNARƏ - ANA MUĞAMI - FOTO

Elxas Comərd : DANIŞIR - FOTO

Məşhur amerikalı modelyer vəfat etdi

Bakının işğaldan azad edilməsindən 108 il ötür

Məlahət Behbudqızı : Sən olan yeri - FOTO

Türkiyədə daha bir əməliyyat keçirildi - 1600-dən çox adam saxlanıldı

Zabitə Alıyevanın toyudur - Fotolar

BƏXTİYAR ƏMİRASLANOV – MƏZARSIZ QƏHRƏMANIN ŞƏRƏFLİ ÖMÜR YOLU

Hacıməmməd Məmmədov : Tərifdən uca duran insan - Sərkar Mərdanov-73

Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama

Ayda nəhəng yaşayış məntəqəsi qurulacaq: Evlər belə olacaq

Süni intellektin böyük təhlükəsi: 10 il ərzində insanlıq məhv ola bilər

Azərbaycanda əməyin təhlükəsizliyi üzrə yeni dövət standartları qəbul edildi

Bir neçə gün yatmamaq ölümə səbəb ola bilər - Həkimdən dəhşətli xəbərdarlıq

Bir bahar gecəsi.

BİR GÖZƏL İNSAN DA BU DÜNYADAN KÖÇDÜ...

Sizi sevən bütün ürəklərin sevgisi daim Sizinlə olsun - FOTO

Tələbəlik illərindən başlayan ömür yolu

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb

Sabahdan Bakıda dövlət qurumlarında iş rejimi dəyişir

Almaniyada təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb

Nazir: Təhsilin keyfiyyəti aşağı olan kənd məktəblərinin bağlanması məsələsinə baxılır

Şeyxülislam: İslamdaxili dialoq olduqca aktual və zəruridir

KİV: Rusiyanın 51-ci ordusunun komandanı Sergey Milçakov öldürülüb

Azərbaycanın AİB ilə əməkdaşlığı üzrə 5,6 mlrd. dollarlıq maliyyələşmə həyata keçirilib

ÖMRÜN İŞIQLI TƏRƏFİ

“XATİRƏLƏR YAŞADIR MƏNİ” – YADDAŞIN, AĞRININ VƏ VƏTƏN BORCUNUN KİTABI

İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın sertifikatı təqdim olunub

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930