Xəbərlər
28.03.2026, 14:07
Zöhrə müəllimin şeirlərində bir musiqi, bir şəlalə səsi var - FOTO
ZÖHRƏ QARA QIZI MƏMMƏDOVA
Hörmətli şair, gözəl insan Zöhrə Məhəmmədovanın çapdan yeni çıxmış "KÖNÜL BOĞÇASI" şeirlər kitabı stolumun üstündədi. Bir- birindən maraqlı şeirlər ilk növbədə oxucunu çəkir. Zöhrə müəllim Vətənpərvər şairdir. Millətini, doğulduğu yerləri, yurdu- yuvanı hədsiz dərəcədə sevir. İşğal altda olan torpaqlarımızı düşmən caynağından çıxarmaq uğrunda qələm çalır.
Mövzu əlvanlığı onun şairlik istedadından xəbər verir.
Zöhrə müəllimin şeirlərində bir musiqi, bir şəlalə səsi var. Lirik şeirlərində saz ahəngi, bayatı nəfəsi duyulmaqdadı.
Əzizim, bu boğçada,
Bu bağça, bu boğçada.
Baxın görün nələr var,
Könlümdəki boğçada!
Zöhrə müəllimi yeni kitabı münasibətilə təbrik edirəm. Ona yeni yaradıcılıq uğurları arzulamaqla, yeni- yeni kitabları ilə bizi sevindirəcəyinə inanıram.
AZƏRBAYCAN ƏSGƏRİ
Rəşadətli Azərbaycan
ordusunun igid əsgərlərinə
Millətin qeyrət yeri,
Güvənc yeri, and yeri...
Qarabağı al geri,
Azərbaycan əsgəri!
Sən ayıq- sayıq dayan,
Düşmənə vermə aman...
Qiymət verəcək zaman,
Azərbaycan əsgəri!
Qələbəni sən qazan,
Gözləyir səni anan.
Vətəni ana sanan
Azərbaycan əsgəri!
Vətən sənə can deyir,
Şərəf, şöhrət, şan deyir.
Yalnız qana qan deyir,
Azərbaycan əsgəri!
Şuşada bayrağı tax,
Qürurla dünyaya bax.
Düşmənləri oda yax,
Azərbaycan əsgəri!
MƏN GƏLDİM Kİ...
Gəlmədim ki, bu dünyaya
Harasa bir daş atmağa...
Mən gəldim ki, bu dünyaya
Cənnət məkana çatmağa.
Gəlmədim ki, bu dünyaya
Gecə- gündüz hey yatmağa.
Mən gəldim ki, bu dünyaya
Ləyaqəti ucaitmağa.
Gəlmədim ki, bu dünyaya
Şöhrətə, ada çatmağa.
Mən gəldim ki, bu dünyaya
İnsanlığı ucaltmağa!
ELDAR İSMAYIL BÖYÜKTÜRK
ALLAH TÜRK DÜNYASININ USTAD ŞAİRİ ELDAR İSMAYIL BÖYÜKTÜRKƏ RƏHMƏT ELƏSİN! ONUN XEYİR DUASINI ALDIĞIM ÜÇÜN ÇOX ŞANSLIYAM.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay