Xəbərlər
21.03.2026, 20:00
Məlahət Behbudqızı : Sevginin boy atdığı yer - FOTO
Qəlbimdə səssiz bir sahil var bu gün,
Dalğası gəlməyən dəniz kimidir.
Bir söz saxlamışam dilin ucunda
Yaddaşda ilişən bir iz kimidir.
Küləklər pıçıldar ötən günlərdən,
Sükutun içində səslər oyanar.
Bir damla ümidtək düşər qəlbimə,
Qaranlıq gecəmdə ulduz boylanar.
Bəlkə də boşluqdur ruhun nəfəsi,
Bəlkə də göylərdən doğar yeni söz.
Sükutun içində bitən ən gözəl,
Şeirlər, dualar, bir də açıq göz.
Bir gün bu boşluqda çiçək açacaq,
Könüldə baharın nəfəsi gülər.
Çünki ən gözəl yer qəlbin içidir,
Sevginin səssizcə boy atdığı yer.
21. 03.26.
Dalğası gəlməyən dəniz kimidir.
Bir söz saxlamışam dilin ucunda
Yaddaşda ilişən bir iz kimidir.
Küləklər pıçıldar ötən günlərdən,
Sükutun içində səslər oyanar.
Bir damla ümidtək düşər qəlbimə,
Qaranlıq gecəmdə ulduz boylanar.
Bəlkə də boşluqdur ruhun nəfəsi,
Bəlkə də göylərdən doğar yeni söz.
Sükutun içində bitən ən gözəl,
Şeirlər, dualar, bir də açıq göz.
Bir gün bu boşluqda çiçək açacaq,
Könüldə baharın nəfəsi gülər.
Çünki ən gözəl yer qəlbin içidir,
Sevginin səssizcə boy atdığı yer.
21. 03.26.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











