Xəbərlər
8.03.2026, 01:36
Məlahət Behbudqızı : Qadın dünyamızın incə varlığı - FOTO
Qadın
Bir bahar mehidir qadının ruhu
Səssizcə könüllər mülkünü gəzər.
İçində bir dünya sirri gizlənər
Baxışı qəlbləri uzaqdan sezər.
Səsində laylanın isti nəfəsi,
Sözündə nə qədər hikməti vardır.
Bir ana məhrəmi, bir yar sevgisi
Dünyanı isidən şəfqəti vardır.
Addımı torpağa bərəkət səpər,
Gül açar daima, qoxla doyunca.
Çiçəktək görünər, zəriflik, amma,
Qayatək dayanar ömür boyunca.
Təbəssüm dodaqdan qopdu,gözəllik
Kədəri sevincə döndərən o sehr.
Bir damla sevgisi bəzən yetər ki,
Ümidə aparan, bağlayan o mehr.
Qadın dünyamızın incə varlığı
Sevginin, şəfqətin ən gözəl adı.
Tanrı Yer üzünə bəxşiş elədi,
Qadınlıq şəklində verdi o dadı.
Səssizcə könüllər mülkünü gəzər.
İçində bir dünya sirri gizlənər
Baxışı qəlbləri uzaqdan sezər.
Səsində laylanın isti nəfəsi,
Sözündə nə qədər hikməti vardır.
Bir ana məhrəmi, bir yar sevgisi
Dünyanı isidən şəfqəti vardır.
Addımı torpağa bərəkət səpər,
Gül açar daima, qoxla doyunca.
Çiçəktək görünər, zəriflik, amma,
Qayatək dayanar ömür boyunca.
Təbəssüm dodaqdan qopdu,gözəllik
Kədəri sevincə döndərən o sehr.
Bir damla sevgisi bəzən yetər ki,
Ümidə aparan, bağlayan o mehr.
Qadın dünyamızın incə varlığı
Sevginin, şəfqətin ən gözəl adı.
Tanrı Yer üzünə bəxşiş elədi,
Qadınlıq şəklində verdi o dadı.
03. 07. 26.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












