Xəbərlər
16.03.2026, 14:43
Afiq Göyçəli : El dərdindən yaz, ay şair! - FOTO
Zaman bu gün dalayırsa,
Haqq sevəni talayırsa,
Ev-ev kədər paylayırsa,
El dərdindən yaz, ay şair!
Ürəyə ah doldurursa,
Qəmə saçı yoldurursa,
Gözləri köz soldurursa,
El dərdindən yaz, ay şair!
Dərin kökə budaq yüksə,
Kölgəsində bel büküksə,
Tutdurduğu tal çürüksə,
El dərdindən yaz, ay şair!
Biz dövrana yalanıqsa,
Gendən baxan kalanıqsa,
Xətrinə ac qalanıqsa,
El dərdindən yaz, ay şair!
O nifrətə kürünürsə,
Yerdə ruhu sürünürsə,
Xalq kininə bürünürsə,
El dərdindən yaz, ay şair!
Verirsə çox ömrü yelə,
Yaşadırsa elə-belə,
Qurdurursa Afiq tələ,
El dərdindən yaz, ay şair!
Haqq sevəni talayırsa,
Ev-ev kədər paylayırsa,
El dərdindən yaz, ay şair!
Ürəyə ah doldurursa,
Qəmə saçı yoldurursa,
Gözləri köz soldurursa,
El dərdindən yaz, ay şair!
Dərin kökə budaq yüksə,
Kölgəsində bel büküksə,
Tutdurduğu tal çürüksə,
El dərdindən yaz, ay şair!
Biz dövrana yalanıqsa,
Gendən baxan kalanıqsa,
Xətrinə ac qalanıqsa,
El dərdindən yaz, ay şair!
O nifrətə kürünürsə,
Yerdə ruhu sürünürsə,
Xalq kininə bürünürsə,
El dərdindən yaz, ay şair!
Verirsə çox ömrü yelə,
Yaşadırsa elə-belə,
Qurdurursa Afiq tələ,
El dərdindən yaz, ay şair!
16.03.2026
@актуальное
@актуальное
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay










