MƏNƏ ŞAİR DEMƏ - Bəradər SƏMƏNDƏRLİ
MƏNƏ ŞAİR DEMƏ
(Kəndimizdə təziyə mərasimlərinin birində Molla Fərzağa moizəyə klassik şairlərimizdən
birinin şeiri ilə başladı və bu zaman üzünü mənə tutub:-
şair bağışlasın-dedi.)


Bu dünya diriykən ölülərindi,
O dünya ölüykən dirilərindi.
Mənə şair demə molla Fərzağa,
Şair Hüseyn Cavid, Əli Kərimdi.

Şair haqq yolunda qalxır ayağa,
Tanımır başqa bir qoruq qadağa.
Mənə şair demə molla Fərzağa,
Bu ad Əhməd Cavad, Müşfiqlərindi.

Zindana bağladı ömrü Şirvani,
Eylədi həyatın "Gümrü" Şirvani .
Sağımız halallıq, solumuz cani,
Dünya dərk eyləyən müdriklərindi.

Sanmayın, şairlər dəli, xəstədi,
Şair ömrü bizdən çox yüksəkdədi.
O taylı, bu taylı iki həsrəti
Bir qəlbdə yaşadan "Xudafərin"di.

Şair mübtədasız xəbər yazmayır,
Olmasa sözündə kəsər, yazmayır.
Mənasız bir sətir, əsər yazmayır,
Həyatı yazdığı cümlələrindi.

Molla, xitabını belə yozuram,
Şair olmasam da, şeir yazıram.
Xalqın qulluğunda daim hazıram,
Əlimdə qələmim müxtəsər indi.

Bəradər, ömür də gəldi gedərdi,
Yükləmə bu qədər qəlbinə dərdi.
Taxtanın açdınsa düz oyna nərdi,
Qismətin atdığın qoşa zərdədi.


Bəradər SƏMƏNDƏRLİ
(Xanəliyev)
13.02.2022

Son xəbərlər

Miri Yusifin ailəsindən yeni - Fotosessiya

Bu dəfə rəqibi Həmidə Ömərova oldu - Qalib gəldi - Yenilənib

Sabah 31 dərəcə isti olacaq - PROQNOZ

Şənbə günü 31° isti olacaq

29 məktəbli yanaraq öldü - Konqoda dəhşət

Hacıməmməd Məmmədov : KİŞİLİK NƏDİR? - FOTO

Emin Əmrullayev: Biz kimisə məktəb direktoru işləməyə məcbur etmirik

Xəstəxanadan çıxan kimi ilk işi atası ilə nərd oynamaq oldu - Foto

Amansız xəstəliklə mübarizə aparır

FT: İran Körfəz ölkələri ilə Hörmüzlə bağlı danışıqlar aparacaq

Bu ərazilərdə sentyabr pensiyaları ödənildi

Problemlərinizi süni intellektlə uzun müddət müzakirə edirsinizsə... - Psixiatr riskləri sadaladı

Cümşüd Aydəmir : Divanın mübarək,Mövlud Ağamməd!

Yusif Nəğməkar : BİRLƏŞİR

Ağdərədə atlı minaya düşüb, xəsarət alıb

Milli Məclis Quba-Xəzəryanı regionu üzrə kəşfiyyat, işlənmə və hasilat sazişini müzakirə edəcək

Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşır

Nyu-Yorkda barjada partlayış olub, ölən və yaralananlar var

Həkəri çayına qanunsuz müdaxilə edən şəxs bu şirkətin rəhbəri imiş

“Fənərbaxça” Çempionlar Liqasına xalla başlayıb - YENİLƏNİB

Almaniyada zəlzələ oldu

Beş nəfərin yanaraq öldüyü qəzadan təkcə o sağ çıxdı - Təfərrüat

Vüsalə Sədi Tağızadə : Qalib şəhid atası, çalış, başını dik tut! - FOTO

Hər an ABŞ-yə göndərilə bilərlər - Kral ailəsində qalmaqal böyüyür

Leyla Əliyeva Madriddə qayğıya ehtiyacı olan uşaqlar üçün məktəbdə - Fotolar

Məlahət Behbudqızı : Xatirələr solmur

Azərbaycanda gömrük və qiymətli metallarla bağlı qaydalar dəyişdi

MÜƏLLİFİ MƏN SEÇMİRƏM, ŞEİR SEÇİR

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930