
Xəbərlər
24.02.2026, 00:11
İŞIQLI ADAMDI, İŞIQ ADAMDI - FOTO
İşıqlı adamdı, işıq adamdı,
Yıxılan olanda qaçıb gələr o.
Hər kəsin dərdinə ürək yandırıb -
Hər kəsin dərdini dərdi bilər o.
Yıxılan olanda qaçıb gələr o.
Hər kəsin dərdinə ürək yandırıb -
Hər kəsin dərdini dərdi bilər o.
Hüseyni neçə illərdir ki, tanıyıram. Özüylə, sözüylə yaxşı tanışam.Onun haqqındayazmaq istəyirəm, amma nə yazacağımı bilmirəm, axı yaxından tanıdığın, demək olar ki, hər gün görüşdüyün insandan söz açmaq asan deyil.Həm də bilmirsən ki, onun yüksək insanlıq keyfiyyətlərindən, yoxa yazıçılıq və jurnalistlik fəaliyyətindən söz açasan. Ancaq söz açmalıyam, o dəyərli insan haqqında ürəyimdən gələn səsləpri qələmə almalıyam.
Hüseynin çox sayda tanınan, sayılıb- seçilən, özü xarakterli dostları, tanışları, iş yoldaşları var. Onu yaxından tanısam da, yenə də onu tanıyanların bir çoxu ilə söhbətləşməli oldum və eyni cavabları aldım: "Quşun qoşa qanadı olduğu kimi, onun da ömrünün iki əsas cəhəti var: biri insanlığı, xeyirxahlığı, digəri isə işini sevməsi, peşəsinə vurğunluğudur.
Ömür yarpaqlarından: Hüseyn İsa oğlu Məmmədov 16 oktyabr 1961- ci ildə Gədəbəy rayonunun Hacılar kəndində- kolxozçu ailəsində anadan olub.
1968- ci ildə Hacılar kənd orta mək
təbinin birinci sinfinə gedib. 1978- ci ildə həmin məktəbin onuncu sinifini bitirib sənədlərini V.İ.Lenin adına APİ - nin ( indiki ADPU -nin) filologiya fakültəsinə versə də həmin ili tələbə adını qazana bilməyib.
1979-1981- ci illərdə Sovet Ordusu sıralarında xidmət eləyib. Ordu sıralarından təxris olunandan sonra Bakı qənnadı fabrikində fəhlə kimi işə başlayıb.
1983- cü ildə APİ-nin filologiya fakültəsinin qiyabi şöbəsinə qəbul olunub.
1985- ci ildə Bakı qənnadı fabrikində Komsomol komitə katibi seçilib.
1988- ci ildə institutu bitirib 12 saylı texniki peşə məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyətə başlayıb. Beş ildən çox müəllimlik fəaliyyəti ilə məşğul olub. Şagirdlərə Azərbaycan dili və ədəbiyyat fənnini tədris edib, onlara dilimizin incəliklərini öyrədib, aşıq poeziyasının vurğunu olduğu üçün şagirdlərinə Dədə Ələsgər, Dədə Şəmşir, Mikayıl Azaflı, Aşıq Əkbər, Aşıq İmran, Aşıq Şakir və başqalarının zəngin yaradıcılığından söhbət açıb, onları şagirdlərə daha çox sevdirib.
Hüseyn İsaoğlu hazırda müəllim kimi fəaliyyət göstərmir, ancaq müəllim məzun dostları ilə sıx əlaqələrini davam etdirir, hər birinin müəllim kimi qazandığı uğuruna öz uğuru kimi sevinir.
Mən Hüseyn müəllimin xeyirxahlığını, nəcib hərəkətlərini xüsusi qeyd etmək istəyirəm. O, deyərdim ki, Viktor Hüqonun " İnsan xeyirxah, təmiz, ədalətli, namuslu olmaq üçün doğulub" kimi müdrik kəlamını özünə həyat devizi seçib.
Viktor Hüqonun başqa bir fikiri də sanki Hüseyn müəllimin alnına yazılıb: "Həm gözəl insan olmaq, həm də işə yaramaq, böyük adam olmaq deməkdir." - Bəli, o, həmi gözəl insan, həm də hamının işinə yarayan eloğludur. Burada A.P. Çexovun da bir kəlamı yadıma düşdü. O deyirdi: "İnsanı gözəlləşdirən,ona zinət verən ən mühüm cəhətlərdən biri də onun təvazökar və sadə olmasıdır"
Bu gün " Bütöv Azərbaycan" qəzetində çalışan, müxbir kimi fəaliyyət göstərən Hüseyn İsaoğlunun yazdığı publisist yazıları onu yaxşı tanıdıb, oxuculara sevdirə bilib.
O, eyni zamanda "Respublika," " KREDO", qəzetlərində, " Yurd", " Qızıl Zəngilan", "Ozan Dünyası", "Xəzan"və başqa qəzet- jurnallarda müntəzəm olaraq çap olunur.
Hüseyn müəllimin həm də gözəl yazıçıdır. Səkkiz kitab müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
Hüseyn İsaoğlunun qələmindən çıxan bütün kitabları oxucular tərəfindən rəğbətlə qarşılanıb. Onun haqqında səmimi, kövrək hisslərimi yazarkən özümdən asılı olmayaraq pıçıldayıram: "Hüseyn doğrudan da mərd, gözü tox, başı uca, amalı doğru, saf ürəkli, qayğıkeş və mehriban adamdır, sözün əsl mənasında təmiz adamdır, işıqlı adamdır. Və həmin o işıqlı adama Vaqif İsaqoğlunun yazmış olduğu "İşıqlı adamsan, işıq adamsan" şeirini oxuculara təqdim eləyirəm:
İşıqlı adamsan, işıq adamsan,
Nurundan hamıya pay düşür, qardaş!
Səninlə əl tutub görüşən hər kəs,
Sanki Şah dağıyla görüşür, qardaş!
İşıqlı adamsan, işıq adamsan,
Dostum, işığına gələnlər çoxdu.
Sənin tək hər kəsə ürək yandıran,
Sənin tək qayğıkeş bir insan yoxdu.
İşıqlı adamsan, işıq adamsan,
Ürəkdən silirsən kədəri, qəmi.
Dərdli ürəklərə sevinc gətirən,
Dərdli ürəklərin sənsən həmdəmi.
İşıqlı adamsan, işıq adamsan,
Harda qaranlıq var, işıq saçırsan.
Hər kəsə yanaşıb öz doğman kimi,
Hər kəsə sevinclə qucaq açırsan.
İşıqlı adamsan, işıq adamsan,
Dünyanın özündə dünya qurmusan.
Sən haqqın özüsən, haqqın səsisən,
Haqqın arxasında dağ tək durmusan.
İşıqlı adamsan, işıq adamsan,
Üzündən, gözündən nur ələnir, nur.
Dağ tək vüqarlısan, əzəmətlisən,
Səndədi böyüklük, səndədi qürur.
İşıqlı adamsan, işıq adamsan,
İşıqlı adamlar ər oğlu ərdi.
Yaxşı ki, sənin tək mərd kişilər var,
Mərdi olan elin daha nə dərdi?
İşıqlı adamsan,işıq adamsan,
Sənə "qardaş" deyir, "dost" deyirik biz.
Saymaqla qurtarmaz savab işlərin,
Sənə ehtiramla vurur qəlbimiz.
İşıqlı adamsan, işıq adamsan,
Can qurban verərəm qardaşa, qardaş!
Yüz il yaşamağa haqqın var sənin,
Sən ellər oğlusan, çox yaşa, qardaş!
Nurundan hamıya pay düşür, qardaş!
Səninlə əl tutub görüşən hər kəs,
Sanki Şah dağıyla görüşür, qardaş!
İşıqlı adamsan, işıq adamsan,
Dostum, işığına gələnlər çoxdu.
Sənin tək hər kəsə ürək yandıran,
Sənin tək qayğıkeş bir insan yoxdu.
İşıqlı adamsan, işıq adamsan,
Ürəkdən silirsən kədəri, qəmi.
Dərdli ürəklərə sevinc gətirən,
Dərdli ürəklərin sənsən həmdəmi.
İşıqlı adamsan, işıq adamsan,
Harda qaranlıq var, işıq saçırsan.
Hər kəsə yanaşıb öz doğman kimi,
Hər kəsə sevinclə qucaq açırsan.
İşıqlı adamsan, işıq adamsan,
Dünyanın özündə dünya qurmusan.
Sən haqqın özüsən, haqqın səsisən,
Haqqın arxasında dağ tək durmusan.
İşıqlı adamsan, işıq adamsan,
Üzündən, gözündən nur ələnir, nur.
Dağ tək vüqarlısan, əzəmətlisən,
Səndədi böyüklük, səndədi qürur.
İşıqlı adamsan, işıq adamsan,
İşıqlı adamlar ər oğlu ərdi.
Yaxşı ki, sənin tək mərd kişilər var,
Mərdi olan elin daha nə dərdi?
İşıqlı adamsan,işıq adamsan,
Sənə "qardaş" deyir, "dost" deyirik biz.
Saymaqla qurtarmaz savab işlərin,
Sənə ehtiramla vurur qəlbimiz.
İşıqlı adamsan, işıq adamsan,
Can qurban verərəm qardaşa, qardaş!
Yüz il yaşamağa haqqın var sənin,
Sən ellər oğlusan, çox yaşa, qardaş!
Hüseyn İsaoğlu hazırda "Bütöv Azərbaycan" qəzetində şöbə müdiri vəzifəsində çalışır. İnanıram ki, böyük sələfimiz Zərdabi demiş, gecə yuxusunda maket, kompüter, çap, qəzet görür.
O, hazırda Bakının Sulutəpə qəsəbəsində yaşayır. Ailəlidir, həyat yoldaşı Rəsmiyə xanımla üç qız övladı böyüdüb. Altı nəvələri var.
Onun ömür karvanı bax beləcə davam edir, tarixin pozulmaz səhifələrinə yazılır...
Sözümü Hüseyn müəllimin yaxın dostu, rəhmətlik İdris Hacızadənin ona yazdığı şeirdən bir bəndlə tamamlayıram:
Sən dağlar oğlusan, dağ vüqarlısan,
Dağlardan almısan əzəməti sən.
Keçdiyin ömür yol olmayıb asan,
Eldən qazanmısan məhəbbəti sən.
Dağlardan almısan əzəməti sən.
Keçdiyin ömür yol olmayıb asan,
Eldən qazanmısan məhəbbəti sən.
Sabir Hüseynov,
yazıçı, jurnalist
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay



