BİR İNSAN KÖÇÜRSƏ, DÜNYADAN ƏGƏR...

Bir insan köçürsə, dünyadan əgər,
Sən elə bilmə ki, tək bir can gedir.
Hər sönən baxışda saysız diləklər,
Hər kiçik tabutda bir cahan gedir.

O gedir... Qalırıq biz yana-yana,
Bu dərdi ürəkdə daşımaq çətin.
Hər gün yer üstündən yerin altına
Köçür bir parçası bəşəriyyətin.

Böyük şairimiz Məmmədhüseyn Şəhriyarın şeirindən kiçik parçanı yazımın əvvəlində verməyimin əsası var. Elə bil ki, ustad bu şeiri qələmə alanda dünənədək hamızın gözü önündə olan insan, fəal həyat tərzi ilə seçilən idarə rəhbəri SabirAbbasovun kövrək ürəyinin pıçıltılarını (elə ürəyini də tutub getdi...) nəzərdə tutub. Ömrünün son gününədək şən, şux olan Sabir müəllim dostların bir tədbirində əl götürüb oynaya-oynaya, gülərüzlə bu dünyadan köçdü axirət evinə. Bəlkə də kiməsə “mən öləndə arxamca ağlamasın” demişdi, amma bu vəsiyyətinə əməl edən olmadı. Arxasınca gözüyaşlı qoyduğu ailəsi, doğmaları, qohum-qardaşı, ən yaxın dostları ağladılar. Çünki Sabir müəllim əsl Vətən övladı, hamının halına yetən KİŞİ idi.

Ölümündən qabaq çox adamı ölümdən xilas edən, ilk tibbi yardım göstərən Sabir müəllimi ölümün pəncəsindən qurtaran olmadı. Daha doğrusu, buna cəhd edildi, amma... O beləydi. Kömək lazım idisə, SabirAbbasov orada olurdu, kiminsə xahişini, ricasını gözləmədən. Ali təhsili var idi, həkim deyildi. Amma minlərlə insanın dərdinə dərman oldu, loğmanına çevrilməyi bacardı.
O bəlkə də çox az sayda məmurdan biri idi ki, həmişə insanların içində idi, kollektivin yanındaydı. Həftəninmi, ayınmı elə günü, saatı olmurdu ki, Sabir müəllimin sorağı oradan gəlməsin. Laçınlıların ümid yeri idi. “Azərişıq”ın tabeliyində olan Laçın İşıq İdarısinin rəisi kimi hamıya pür diqqət qulaq asar, əlindən gələni də, gəlməyəni də etməyə çalışardı, insanlara nur paylayardı. Bəlkə də çöhrəsinin nuru o nurdan qidalanmışdı, pay almışdı... Onu hətta ilk dəfə görən adamları belə mehribanlıqla qarşılayıb, bağrına basmağı var idi. Yaddaşlara da belə köçdü- gözəl, mehriban, üzügülər...
Bu dünyadan Sabir adlı bir şəxsiyyət keçdi. Dövlətinə, Millətinə, Vətəninə bağlı bir türk övladı! Cismi torpağa qoyulsa da, ürəklərdə dəfn olundu sanki.
El-obasının sevgisini vicdanlı davranışı, mərhəməti, işgüzarlığı, əsl insan olması ilə qazanmışdı. Adları ürəklərə qazınanlar ölmürlər. Xatırlandıqca bir az kövrəldir, göynədirlər insanı. Elə mənim kimi. Bu yazını qələmə alanda acı göz yaşlarım tökülür, içim göyüm-göyüm göynəyir. Elə bil ən yaxın insanımı, doğmamı itirmişəm...

Sabir müəllim onu tanıyanların dilindən yana-yana çıxan bir söz var. “Heyf ondan”. Bu söz hamı üçün işlənmir. Hər gedən üçün belə təəssüflənmirlər. Hamının dilindən ürəkdən gələn rəhmət kəlməsini eşitmək üçün yaşamın boyu çətin bir missiyanı yerinə yetirməlisən – həyatın gətirdiyi bütün sürprizlərə qarşı insan olaraq qalmağı bacarmalısan.
O, əsl insan kimi yaşadı, əsl insan kimi köç etdi. Öldü demək istəmirəm. Əsl insanlar missiyaları bitincə sadəcə başqa bir aləmə köç edirlər. Sağlıqlarında etdikləri yaxşı əməlləri xatırlayan son insan ölməyənə qədər yaşayırlar.
Həyatda elə yaşamalısan ki, dünyadan köçəndə sənin yoxluğun üçün yansınlar, göz yaşı axıtsınlar.
Bu gün həqiqətən özümə dost, qardaş bildiyim, həftədə bir neçə dəfə əlaqə saxladığım Laçın İşıq İdarəsinin rəisi Sabir Abbasov barədə yazıram. Bu ilin fevral ayında onun qarlı-boranlı, tufanlı bir qış günündə Yasamalda “Sünbül” restoranında ad gününə yığışmışdıq. 30 nəfərdən çox dostunu həmin hava şəraitində ətrafına toplaya bilmişdi. Özü də heç kəs qorxmadan, tam cəsarətlə həmin məkana gəlmişdi. Orada çıxışım zamanı bir ifadə işlətmişdim. Onun haqqında bir yazı yazacağıma söz vermişdim. Son günlərin gərginliyi, səhhətim buna imkan verməmişdi. Haqqında xoş sözlər yazdığım insanın bu gün ölümünə nekroloq yazıram. Onu indiki zamanda yazacaqdım, nekroloqu isə keçmiş zamana yönəldirəm.
Dünənki tədbirdə çoxumuz bu görüntüyə çox sarsıldıq, həyəcan keçirdik, şoka düşdük.

Yoxluğuna inana bilmirəm, Sabir müəllim, sən gözəl ziyalı, insan kimi insan, əsl dost kimi dost, qardaş kimi qardaş, sədaqətli insan idin. Mən yüzlərlə insanın ölümünü görmüş, mərasimində iştirak etmişəm, barələrində yazmışam da. Amma sənin ölümün məni çox yandırdı.
İnsan şərəflə yaşamalıdır. Sağlığında da, həyatdan köçəndə də ətrafındakılara nümunə olmalıdır. Sən sağlığında da, ölümünlə də ətrafındakılara nümunə oldun, Sabir müəllim.
Allah sənə rəhmət eləsin, qardaş, məkanın cənnət olsun! İşıqlı xatirələrin həmişə ürəyimizdə yaşayacaq.

Son xəbərlər

Azərbaycan XİN İraqa başsağlığı verib

“Sevənlərin nə qədərmiş, ay ata…”- FOTO

Səməd Bəşirli: "Azərbaycan Pakistanla ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə sadiqdir"

Azərbaycan nefti ucuzlaşmaqda davam edir

Bakıxanov qəsəbəsinin bəzi hissəsində işıq olmayacaq

Britaniyada dörd deputat Leyboristlər Partiyasından uzaqlaşdırılıb

Zelenski yeni hökumətin tərkibini açıqladı

Suriya keçid hökumətinin qüvvələri Əs-Süveyda şəhərindən çıxarılır

Alyaskada 7,2 bal gücündə zəlzələ oldu - Sunami gözlənilir

Çempionlar Liqası: “Şelburn” “Qarabağ”ın II təsnifat mərhələsindəki rəqibi olub

Paytaxtın bu ərazilərində 3 saat işıq olmayacaq

BMT Suriyaya görə iclas keçirəcək

Moskvada kütləvi dava - Yaralılar var

Zelenski Ukraynanın Baş naziri vəzifəsinə Yuliya Sviridenkonun namizədliyini irəli sürüb

Azərbaycan çempionu su kanalında boğulub

“Həmkarım mənə evlilik təklif edib” - FOTOLAR

“Cihan”la “Ecmel” eyni layihədə

“Real”ın futbolçusu əməliyyat olundu

Şamaxıda media nümayəndələri üçün dini ibadətgahlara mediatur təşkil olunub - FOTOLAR

İslandiyada vulkan püskürməsi nəticəsində bir kilometr uzunluğunda yarğan əmələ gəlib

Leyla Əliyeva Azərbaycanda təbiətin mühafizəsinin 100 illiyinə həsr olunmuş fotosərginin açılışında iştirak edib - FOTOLAR

Tanınmış teleaparacı qiyabi həbs olundu

“Hudutsuz sevda”nın aktyoru vəfat etdi

Ümumdünya Yay Universiadasının açılış mərasimi başlayıb

Azərbaycan Prezidenti və Türkmənistan Xalq Məsləhətinin sədri “Sea Breeze”də olublar - FOTOLAR

Leyla Əliyeva həmin görüşdən fotolar paylaşdı

Tramp administrasiyası İsraili Suriyaya hücumları dayandırmağa çağırıb

Səhiyyə Nazirliyi: İsrailin Dəməşqə endirdiyi zərbələr nəticəsində 13 nəfər yaralanıb

Bütün xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031