Xəbərlər
22.02.2026, 12:16
Elxas Comərd : Mənzərəsi bir loğmandı dağların - FOTO
DAĞLARIN.
Ana yurdum — bir-birindən vüqarlı,
Mahnı, qəzəl, bir dastandı dağların.
Göz oxşayan, qürur verən insana,
Sirlə dolu bir ümmandı dağların.
Yaradanın möcüzəsi, sirri var,
Hər bir şeyi yerindədi dürrü var,
Səcdə yeri, inam yeri, piri var,
Çalmasıda ağ dumandı dağların.
Külək, tufan səliqəli xanım tək,
Üst-başının toz-torpağın süprəcək,
Səhər mehi ilıq sığal çəkəcək,
Mənzərəsi bir loğmandı dağların.
Gözəl olar hər fəsildə, hər yaşda,
Çəkər başa, bəyaz yorğan hər qışda,
Yorğunluğun bir az alar yoxuşda
Dincə qalan bir insandı dağların.
Haray salar, leysan döyər daşını,
Yağış yuyar, sığallayar başını,
Sirli qalar, bilməz heç kəs yaşını
Hər əsrdə bir cavandı dağların.
Sübh şəfəqi, doğar onun üzündən
Şeh damcısı çiçəklərin gözündən
Gəl incimə, sən Elxasın özündən
Xəyalıyla yaşayandı dağların.
Mahnı, qəzəl, bir dastandı dağların.
Göz oxşayan, qürur verən insana,
Sirlə dolu bir ümmandı dağların.
Yaradanın möcüzəsi, sirri var,
Hər bir şeyi yerindədi dürrü var,
Səcdə yeri, inam yeri, piri var,
Çalmasıda ağ dumandı dağların.
Külək, tufan səliqəli xanım tək,
Üst-başının toz-torpağın süprəcək,
Səhər mehi ilıq sığal çəkəcək,
Mənzərəsi bir loğmandı dağların.
Gözəl olar hər fəsildə, hər yaşda,
Çəkər başa, bəyaz yorğan hər qışda,
Yorğunluğun bir az alar yoxuşda
Dincə qalan bir insandı dağların.
Haray salar, leysan döyər daşını,
Yağış yuyar, sığallayar başını,
Sirli qalar, bilməz heç kəs yaşını
Hər əsrdə bir cavandı dağların.
Sübh şəfəqi, doğar onun üzündən
Şeh damcısı çiçəklərin gözündən
Gəl incimə, sən Elxasın özündən
Xəyalıyla yaşayandı dağların.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay














