O dağların dərdi nədir?
Yaman solub bər-bənizi,
O dağların dərdi nədir?
Ona qurban mən kənizi,
O dağların dərdi nədir?

Gözlərindən yaş axıdır,
Təpəsindən daş axıdır,
Xumarlanıb baş axıdır,
O dağların dərdi nədir?

Quzeyləri buz bağlayır
Güneyləri can dağlayır,
Qayaları yas saxlayır,
O dağların dərdi nədir?

Sığal çəkmir bəyaz telə,
Görünməyib belə hələ...
Dərd yüklənib şələ-şələ,
O dağların dərdi nədir?

Kəm taleyi yatıb bəlkə?..
Sirkələnə,dərdi tökə,
Qəmi ola tikə-tikə,
O dağların dərdi nədir?

Oturubdu çox yuvarlaq,
Kürəyimi görüb şallaq?
Öz yerini tapacaq Haqq...
O dağların dərdi nədir?

Sığal çəkmir boy-buxuna,
Qaranlıqdı sirr çoxuna...
Dəydimi namərd oxuna?
O dağların dərdi nədir?

Göyə baxdı, yerə baxdı,
Sinəsindən sellər axdı,
Gündüz gördüm... Gecə yoxdu?
O dağların dərdi nədir?

Sənə qurban olum, əmi,
Ya şairi, ya qələmi
Qarşılayıb o beləmi?..
O dağların dərdi nədir?

Yurd-yuvası tirə-tirə,
Onu vuran girsin yerə,
Yoxsa o da düşüb şərə?..
O dağların dərdi nədir?

İl istərəm ömrü çəkə,
Üstünə ay səkə-səkə,
Yalqız qalıb döşdə təkə,
O dağların dərdi nədir?

Ay bulannıq, ulduz şəffaf,
Ona yaxın görünür Qaf,
Bulaqları axmayır saf,
O dağların dərdi nədir?

Atəş sevmir dərdi, qəmi,
Yerindədi zili, bəmi,
Bəlkə istəyir "Dilqəmi"...
O dağların dərdi nədir?

13.09.2025.




Son xəbərlər

Formula 1-ə görə metroda iş saatı uzadılacaq

Hicran Fuad Əhmədli : BAĞIŞLA AĞAC - FOTO

Paşinyan və Pezeşkian regionda sülhün və sabitliyin təmin edilməsinin vacibliyini vurğulayıblar

Əli Nağıyev: Beynəlxalq təhlükəsizlikdə ənənəvi mexanizmlər yeni təhdidlərə çevik cavab verə bilmir

Qırğızıstanda prezident seçkilərinin vaxtı açıqlanıb

Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində işıq olmayacaq

Flora Kərimova — bir səs var ki, yer üzündə təkdir

“TRIPP davamlı regional sülhə töhfə verəcək” - Fotolar

Zülfiyyə İsmayılova : Sən yoluma işıqsan - FOTO

Ağ Ev dizel ixracına 90 günlük qadağa hazırlanması barədə məlumatı təkzib edib - YENİLƏNİB

10 illik məhkum edilmiş Martin də əfv olundu

Peskov: Rusiya Putinin G20 sammitinə dəvət olunmasını alqışlayır

Əbədi olaraq İsrailin nəzarətində qalacaq - Kats

Alimlərdən qorxulu proqnoz: 451 min insan ölə bilər

“O, bizim simvolumuzdur”

Vaqif Vüqar : Şəhid məzarının yaxınlığında - FOTO

QOŞA QANAD — DÖVLƏTÇİLIK YOLUNDA BİRGƏ FƏALİYYƏT

Niderlanddan “Avroviziya” ilə bağlı şok qərar - Yarışmanı boykot etdilər

Leyla Əliyeva milli geyimdə - Fotolar

Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - Fotolar

Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu

Əl çəkirsən, qəmi başdan "calayir" hicranın - FOTO

Ərdoğan Paşinyanı qəbul etdi

“A.B.İ.” ilə bağlı gözlənilməz qərar

Endirim rəfdə qalır, kassada qiymət dəyişir - Supermarketlər alıcıları necə məğlub edir

Biri Zabit, digəri Böyük zabit oldu

Novruzəli Aslanov: “Dövlət Proqramında alüminium, mis və qızıl istiqamətlərinin əsas prioritetlər sırasında yer alması istehsal bazasının şaxələndirilməsinə imkan verir”

Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930