MƏN QARA BULUDAM TƏK DOLANIRAM
(Gənc şair Məhərrəm Orucsoyun yaradıcılığına baxışım .)

Qarşımda bir qalaq şeirlər var, bir - birindən məzmunlu, tutarlı..Öz boyu, öz çəkisi olan şeirlər ..Kövrək, həzin, həyatdan incik, sevgidə həsrətli, intizarlı, dərin düşuncəli, fəlsəfii duyumlu şeirlər məni də ovsunladı. Bu şeirləri qəlbi, ruhu hər zaman şeirə, sözə ehtiyacı olan, öz duyğularını ağ kağiza boşaldanda rahatlıq tapan gənc şair Məhərrəm Orucsoydur.
Məhərrəm Orucsoy Beyləqan rayonunun Dünyamallar kəndində doğulub.Ruhuyla, canıyla öz kökünə bağlı olan söz adamını tale çox sınaqlara çəkib..Doğma kəndindən qıraqda yaşasa da ruhunda hər zaman böyüdüyü kəndini, onun isgüzar, zəhmətkeş adamlarını heç vaxt unutmur..O həm adıyla, həm də doğulduğu torpaqla mənə əziz olan eloğlumdur..Doğulduğum Dünyamallar kəndinin duğusal şair övladının könül pıçıltıları məni onun şeirlərini oxumağa vadar etdi.
Müasir dövrümüzdə, sosial şəbəkələrin, kampüter əsrinin sürətli yenilikləri olan bir zamanda, informasiya tezliyinin, şair, yazıçı çoxluğunun içindən seçilmək heç də asan deyil. O üzdən Məhərrəmin şeirləri onun özü boyda, ruhu boydadır.Nə yazıbsa özünə uyğundur, öz həyatı, öz dünyasıdır. Bəlkə də onun məşğul olduğu sənəti, İşi də şeir yazmağına stimul olub..bəlkə də..Dəryalar, dənizlər aşan, bəzən təlatümlü, bəzən həzin, kövrək dalğaların qoynunda öz gəmisində, öz taleyini, şeirlərini yazıb Məhərrəm:
Başımı çiyninə qoysam dənizin,
Kövrək dalğaların atsa, bəsimdir.
Xəyalım boynuna dolansa gizlin,
Axan göz yaşıma batsa, bəsimdir.

Ürəyim sızlasa sınıq tar kimi,
Ləpələr qoynuma girsə yar kimi,
Bir sevgili kimi, vəfadar kimi,
Dərdimin başını qatsa, bəsimdir.
deyir ..
Dəniz duyğulu " Külək" şeirində isə:
Əsir möhkəm külək, gəlir fırtına,
Göydə buludların şimşək fitnəsi.
Qoymur ki, yuxuya gedim mən bir az,
Gəminin ləngəri, lövbərin səsi.

M, Orucsoyun sevgi şeirlər çox maraqlıdır, orijinaldır:
Sənsiz günəş belə doğmur şəhərdə,
Dərdim dərdlilərin dərdinə şahdır.
Və yaxud;
Getdiyim yollarda tıkan da bitmir,
Divarlar ayrılıq sözüylə dolu..
Digər bir şeirində isə:
Qaranlıq ömrümə ay ol, ulduz ol,
Zülmətdən işığa yürüyə bilim...
Dumanlı beynimdə günəş görünsün,
Ruhumu sevginə bürüyə bilim.

Gənc şairin sevgi hissləri bəzən həsrət duyğuları ilə əvəzlənir, o öz sevgisinə inandığı kimi qarşı tərəfin də sevgisini saf, təmiz, ülvi görmək istəyir:
Mənə əllərini uzatmayan qız,
Mən sənə könlümdə yer eləmişəm.
Dönürdüm sevginin başına hər gün,
Qəlbimi eşqimə pir eləmişdim.
Kücələr soyuqdur, yolum qaranlıq,
Sevgisiz dünyada itmiş kimiyəm...
kimi ifadələr onun sevgisinin ülviliyindən xəbər verir..
Məhərrəmin " Yaxşı ki, varımsan" şeirində deyilir:
Səni bəxş edənə şükürlər olsun,
Yaxşı ki, varımsan, yaxşı ki, varsan.
Alnıma yazılan ən gözəl yazı,
Yaxşı ki, varımsan, yaxşı ki, varsan.

Şairin bir sıra sevgi şeirlərində:
"Sən yoxsan", "Qəm yemə", "Ehtiyacım var", "Gecələr", "İmkan verin öz dərdimi çəkim mən", "Kədər", "Oğlum Hüseynə", "Səniydinmi", və bu kimi şeirlərində həm sevgi, həm həyat həqiqətləri, Adəm övladının qəmi, kədəri, dərin düşüncəli, həssas və fəlsəfi ifadələrlə çox aydın şəkildə oxucusuna çatdıra bilib. Onun "Səniydinmi" şeirində deyilir:
Bir az ciddi, bir az çılğın,
Bir az gülər, bir az solğun,
Gah şadyana, gah da qırğın,
Səniydinmi?
Yaxınlaşıb salam verdim,
Yanağından çiçək dərdim,
Qara zülfün sümbül hördüm,
Səniydinmi?

Məhərrəm Orucsoyun "Payız", " Fələk saydığını sayacaq", "Olsaydı əlimdə əlacım əgər", "Yenə düyünlənib alnı göylərin", "Qaranlıq gecəyə dönürəm hərdən", adlı şeirlərində onun söz dünyasına az, çox bələd olduğunun, ruhunun süzgəcindən keçirtdiyi mövzulara, şeirlərə könlünün odunu vermək bacarığını görürük .Onun "Yenə düyünlənib alnı göylərin" adlı şeirində;
Yenə düyünlənib alnı göylərin,
Kədər çöhrəsində tumurcuq açıb.
Xətrinə dəyiblər göy cisimləri,
Çəkilib bir küncə, istahı qaçıb.

Başqa bir "Dönürəm hərdən" şeirində deyir:
Qaranlıq gecəyə dönürəm hərdən,
Kiçik hissələrə bölür ay məni.
Ətrafa dağılır qırıntılarım,
İndi topla məni, indi say məni..

Ümumiyyətlə, Məhərrəmin şeirlərində kainat, səma, göy cisimləri,təbiət hadisələri bulud, külək, fırtına, yağış, dəniz, gəmi kimi ifadələr məndə belə bir təəssûrat yaratdı ki, ona dəniz şairi deyəm.Çunki, şeirlərinin ruhunda ana təbiət dayanır:
Sükutun qoynunda mürgü vururam,
Ulduzlar qarovul çəkir gecələr.
Üzündən, gözündən xainlik yağır,
İmkan vermir yatam məkr gecələr.

Bəlkə də yeniyetmə oxucu bilməyəcək "məkr" nədir..amma, ümidvaram ki, istəkli oxucular xalq danışıq dilimizdə işlənən ifadələrin yenidən poeziyamızda, ədəbi dilimizdə qorunub saxlanmasına, işlədilməsinə sevinəcəklər.(məkr - hiyləgər, aldadan, çoxbilmiş, xain mənasını verməklə, həm də ərəb sözüdür).Şeirlərinin davamı olaraq ruhu sözlə oynayan
Məhərrəmin "Şusqun şəhər" şeiri də çox maraqlıdır:
Bu şəhər adımı unudub deyən,
Kölgəm yoxa çıxır dar küçələrdə.
İçimdəki səsi duyur səkilər,
İçində danışır dar küçələr də.

M.Orucsoyun şeirlərinin adları çox orijinaldı, bəzən də elə misralara rast gəldim ki, o misralardan böyük bir şeir yazmaq olardı...
məsələn:
"Qoca kainatın təzyiqi qalxıb,"
"Həyatın dərsindən kəsir almışam,"
"Dənizlər ağlayır ay tutulanda,"
"Heçliyin sükutu kəlməyə sığmır,"
"Yenə düyünlənib alnı göylərin,"
"Mən qara buludam, tək dolanıram,"
"Bu şəhər adımı unudub deyən,"
"Məndə səssızliyə sığınan səs var" və s...

Elə üzərində işlədiyim şeirlərin içindən doğan bir misra da Məhərrəmin ilk şeir kitabının adı olacaq:
Məndə səssizliyə sığinan səs var .inanıram ki, canında, ruhunda, duygularında səssizliyə sığınan Məhərrəmin könlünün səsini onun şeirlərindən daha yaxından eşidəcək, duyacaqsınız..Çünki, bu şeirləri hər biri onun könlündən qopan qəlpələrdir.Özünü qara buluda, küləyə bənzədən Məhərrəmin buludları hələ yağlayıb., hələ də qarala - qarala ağ varaqlarını gözləyir..O qara bulud yagmağa məqam axtarır..Hələ göyün şimşəkləri buludun yağışa, leysana hazır olacağını gözləyir. O tənha dolanan qara buluddan çox ümidlər gözlənilir. O qara buludun yağmurundan neçə könül oxşayan şeir pöhrələnqcək, kitablar ərsəyə gələcək..
Ümidvaram ki, elimin, kəndimin, Beyləqanımın şair övladının səsi daha da ucalardan gələcək. Ona söz ömrü arzulamaqla ilk şeir kitabı olan "Məndə səssizliyə sığınan səs var" ın davamlı olmağını arzulayıram.
Səmimiyyətlə:
ƏZİZƏ AĞAHÜSEYNQIZI
AYB VƏ AJB UZVÜ, QIZIL QƏLƏM VƏ İTİ QƏLƏM MEDİA MÜKAFATI LAUREATI, PREZİDENT MÜKAFATÇISI
08.01.2026

Son xəbərlər

Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir

Süni intellektlə 371 kitab buraxan yazıçı milyonçu oldu

Hörmüz boğazında iki tanker minaya düşüb

Onu öldürmək üçün 49 dəqiqə damarını axtarıblar - Uğursuz edamın detalları

Oleşkidə atəşkəslə bağlı razılığa gəldilər - Melaniya Trampın iştirakı ilə

1 həftə ərzində İtaliyanın cənubunda 60 zəlzələ olub

Qəzzaya ayrılan pulları yeyiblər? - Türkiyə Dəyanət Vəqfindən açıqlama

Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı

Pezeşkian Putinlə görüşəcək

Bakıda ilk kazinonun açılacağı tarix bəlli oldu

Orbanın qızı ölkəsindən qaçdı

Akif Əyyubov dünyasını dəyişdi

SƏSSİZ TƏHLÜKƏ: SOSİAL ŞƏBƏKƏLƏRDƏ DEZİNFORMASİYA

Bir qızın ürəyində Laçın nisgili, barmaqlarında muğamın nəfəsi... - FOTOLAR

Qırx il bundan əvvəl dəhşətli-təlatümlü müharibə haqqında heç düşünməzdik... - FOTO

Qazancına görə bütün futbolçuları geridə qoydu

Bir şəhidin adını daşıyan balaca Səlimdən geriyə acı xatirələr qaldı…

Google telefon nömrənizi xəbəriniz olmadan istifadə edir: necə deaktiv etmək olar

Evinizdəki "Wi-Fi" sizi izləyə bilər – Divarların arxasını görən texnologiyanın sirri

Hər soyuducuda olan bu məhsullar xərçəng riskini artırır

Avropa çempionatı: Üç boksçumuz finala yüksəlib, ikisi bürünc medal qazanıb

Lilpar Cəmşidqızı : Qəlbimin nurunu çöhrəmdə çəkibdir Rəssam,

Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb

Rusiya Azərbaycandan meyvəni yeni quru yolu ilə tədarük etmək istəyir

Rayonlardakı yağıntılı hava şəraiti növbəti 2 gün davam edəcək - Xəbərdarlıq

Sazın və Sözün Şirvan Zirvəsi

Salyanda avtoqəza olub, ölən və yaralananlar var

MSK nümayəndə heyəti Serbiyada parlament seçkilərini müşahidə edəcək

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031