Səmimi deyim ki, imzasına ilk şeirləri ilə hörmət etdiyim şairlərdən biri də
Hikmət Məlikzadədir.

Hələ 1993-cü ildə Hikmət qəzetdə dərc olunan beş-üç şeiri ilə diqqətimi çəkmişdi. Bu şeirlərdəki səmimiyyət, qabarıq-poetik məna, modernçi ənənə hələ o vaxtlar məndə bu gənc haqqında bitkin fikirlər formalaşdırmışdı. İllər ötdü, mən Hikmətin ayrı-ayrı janrda şeirlərini oxudum və qənaətim belə oldu: Mən onun haqqında yanılmamışam. O vaxtlar şeirləri barədə nə demişəmsə, bu gün də eyni fikirdəyəm, hətta daha artıq fikirdəyəm...
Allah Hikmət Məlikzadəyə, mən deyərdim, Xaqani, Nəsimi, Seyid Əzim, Sabir, Hadi və Abbas Səhhətin şeir xəzinəsindən söz zinətləri verib. O, bu zinətlər hesabına bir şeirdə diqqətimizi bəlkə də on mənaya çəkir. Düşünür, təsirlənir və ədəbi nəticə çıxarırıq.

Fikirlərimi təsdiq etmək üçün Hikmətin Hikmət dünyasına səyahət edək:
Qəmin sevdaları zədədi, adam,
Əcəl söz tapmayan vəkilə oxşar...
Daşında iki ad cızdığın ömür
Ağ-qara düşdüyün şəkilə oxşar.
***
İçimin səs-küyü başıma vurub,
Yenə qoşqudakı atlar qocadı.
Sığal da ovutmur canımı daha,
Boş ver, sinəmdəki çatlar “qocadı”.
***
Biz nə vaxt sevdik ki, ayrılaq da, qız?
Şəhvət acıları ürəyə yükdü...
Gəl, qəmə bu qədər bel bağlamayaq,
Qəm qoca adamtək kürəyə yükdü.
***
Allaha baxmağa üzün yoxdusa,
Əllər boş badədi, ha qaldır, düşürt…
Nə üzlə gəlirsən qapıma indi?
Sevgi bir tabutdu, ya qaldır, düşürt.
***
Beş gündü köçmüşəm tindəki evə,
Küçədə bir it var, ulayır elə...
Rəssama dedim ki, şəklimi çəksin,
Gördüm ki, kağızı bulayır elə…
***
Günah ağacında nə çox zülüm var,
Saatı axşamdan bur, səsi gəlir.
Kimə güvənək ki, son saatlardı,
Bir də görəcəyik sur səsi gəlir.
***
Bilet tapmadığım qatarlar dönməz,
Dünya gözlərimdə tük olar qəfil.
Daşla çox oynadım, ancaq bilmədim,
Nə vaxtsa üstümdə yük olar qəfil.

Bu parçalarda fikir qatı çox mürəkkəb – dərin situasiyalıdır. Hikmət bu şeirlərdə sadə sözlərlə modern ruh qurur, oxucuda təəccüb doğuran təfərrüatlara varır. Məsələn, onun “Allaha baxmağa üzün yoxdusa, Əllər boş badədi, ha qaldır, üşürt… Nə üzlə gəlirsən qapıma indi? Sevgi bir tabutdu, ya qaldır, düşürt” fikrində dolayısı ilə neçə-neçə mətləbə poetik işarə var. Hikmət bu və bu kimi labirint xarakterli hislərlə ruhumuzda xoş – dəli-çılğın ovqat yaradır, bizi gah düşündürür, gah da dediyi fikrin içində azdırır, ancaq çıxış yolu da qoyur…
Nə deyim, mən sadəcə, Hikmətin şeirə az vaxt ayırmasına təəssüf edirəm.Mən əvvəlki illərdə də demişəm, indi də deyirəm, (bunu özünə də dəfələrlə demişəm,) təəssüf ki, Hikmət Məlikzadə məhsuldar deyil, yəni dediyim kimi, poeziyaya çox az vaxt ayırır. Anlayıram, Hikmət vaxtının çoxunu sosial rifaha həsr edir; yəni çörək pulu qazanmaq üçün jurnalistikada külüng çalır. Bəllidir ki, jurnalistika da şairi ədəbi səmtlətdən uzaq salır. Hikmət Məlikzadənin isə ədəbiyyatdan, xüsusən də poeziyadan kənarda qalması heç də yaxşı hal deyil.
Hikmətin Hikmət dünyasından daha bir neçə mənaya diqqət çəkmək istəyirəm:
Həyat tənlik qədər yorucudur ki,
Mən düz əlli ildi vurub-çıxıram.
Üç dənə tuz vermir kart şoğərib də,
Pulumu udurlar, durub çıxıram.
***
Edam kötüyünün üstünə çıxıb
Cəlladı güdürəm ayıq göz ilə.
Küləkdi, limandı, bir də ki, mənəm,
Nə kiçik görünür qayıq, göz ilə.
***
...Namaz qıla-qıla günaha batmaq
Şeytanın verdiyi qayıbdı, bala.
Hikmət neçə vaxtdı Allahdan küsüb,
Bir deyən yoxdu ki, ayıbdı, bala...
***
Mən sənə demişdim, köç gələn vaxtı,
Tabut basdırdığım çəpərə baxma...
Hər tora bir qadın, bir günah düşür,
Daha dizimdəki təpərə baxma.
***
Soyuyub uşağa həsrət qucaqlar,
Kimdi, gəlib deyir: - Adını unut?
Bu qız kökdən düşüb piano kimi,
Sən o uzaqdakı qadını unut...
***
Şeytan adam kimi təsbeh çevirir,
Gəl, indi adamtək zarı fikirli...
Ürəyim çatlayıb gülöyşə nartək,
Mən yarı oyağam, yarı fikirli.
***
Əcəl ikibaşlı yol kimi sərtdi,
Gör neçə pəri var şamın üstündə.
Bilmirik şeytandı, yoxsa əzrayıl, -
İki quş oturub damın üstündə.
***
Matəm libası var neçə əyində,
Sözün tabutu yox, təbin kağızı...
Nə vaxt imza atdıq bu eşqə, nə vaxt,
Nədən yad əldədi kəbin kağızı?

Bu şeirlərdə də fikir şüurüstü kod vasitəsilə açılır. Hikmətin dediyi, əslində isə demək istədikləri min illərlə əvvəldən qaynaq götürür, min illərlə sonraya diqqət çəkir. Biz ola bilsin, bəzən, - əşi, yazıb da, adi fikirlərdir, - deyib keçə bilərik, ancaq əmin olmalıyıq ki, Hikmət boş yerə söz demir, onun hər şeirində dünən, bu gün və sabah üçün mütləq bir məna kəsbi var. Dəqiq çözə bilsək, dürüst poetik anlam verə bilsək, bəlli ki, çox mətləblərin üstünü açmış olarıq. Məsələn, “Matəm libası var neçə əyində, Sözün tabutu yox, təbin kağızı... Nə vaxt imza atdıq bu eşqə, nə vaxt, Nədən yad əldədi kəbin kağızı?” fikrində dərin izah, qabarıq təəssürat var. Gəl, indi yoz, çöz gərüm, şair nə demək istəyir, diqqətimizi hansı məcralara çəkir, bizi hansı dövrün təlatümləri ilə üz-üzə qoyur… Əlbəttə, bu misraları dərhal oxuyub nəsə yaza, deyə bilərik. Ancaq sonra anlaşılacaq ki, Hikmətin eyham vurduğu əslində, bu deyil, tamam başqa qənaətdir və s.
Hikmətdən bir neçə fikrə də rəng qataq:
Yaltaq nə bilir ki, təmənna nədir,
İçində nəyi var, qırağa tökər...
Qəmə nöyüt vursan can buna dözməz,
Yetən öz günahın çırağa tökər.
***
Düsturla yozuram yuxumu indi,
Neynim, inamım yox ələmə, daha.
Qayıt, köksündəki əmanəti ver,
Ta axsaq xəyaltək mələmə daha.
***
Eşq yastıq deyil ki, söykənim hərdən,
O köhnə baxışın “sapını” açma...
Şeytan mənim qədər həyalı deyil,
Sən hər tıqqıltıya qapını açma.
***
Sevda qarğışı da duadı sanki,
Sənə nə verəcək xoş xəyallar, get.
Eh, pulum yoxdu ki, meraca çıxım,
Kəbinsiz qadındı boş xəyallar, get.
***
Sabah ad günüdü sevdiyim qızın,
Təbrikə gedirəm kəndə, piyada.
Yenə əvvəlkitək cib boş, üz qara,
Yenə pul atlıdı, mən də piyada.

Mən Hikmətdən bu və ya bu kimi yüzlərlə nümunə gətirə bilərəm. Məsələ isə bu yazıda sitatlara və təhlilə daha çox yer vermək deyil, əslində isə bu yazıda məqsəd Hikmətin Hikmət dünyasının qapısını açmaqdır.Bir şeyə də təəssüf edirəm ki, Hikmətin Hikmət dünyasının qonağı çox azdır. Niyə? Hansı səbəbdən? Bu azlıq Hikmətin özünə və şeirlərinə biganəlikdən irəli gəlir. Bu, tam mənada belədir. Çünki Hikmətin nə bir dürüst vəzifəsi, şanı-şöhrəti yoxdur, nə də əməlli bir maddi imkanı. Əminəm ki, hazırkı vaxtda - maddiyyatın böyük önəm daşıdığı məqamda Hikmətin də karlı – tutarlı halı, vəziyyəti olsa, o da təbliğat maşınına atılar, poeziyasının içindən çox fəlsəfi-mistik dəyərlər aşkarlanar.
Ancaq narahat da deyiləm, çünki bu istedadı, bu qabiliyyəti Hikmətə Allah verib, demək ki, Allah Hikmət üçün də nə vaxtsa parlayacaq bir vaxt ayırıb. Bu, şəksiz-şübhəsizdir.
Sənə yaradıcılıq uğurları arzu edirəm, Hikmət! İnanıram ki, bir gün sən də Xaqani, Nəsimi, Seyid Əzim, Sabir, Hadi, Abbas Səhhət... kimi xalq yaddaşında qalacaqsan, poeziyamız sənin ədəbi xəzinəndən çox şey götürəcək və əxz edəcək.

Son xəbərlər

QIZBƏS QƏBƏLƏ : SƏKSƏKƏ - ALLAH BU YUXUNU XEYİRƏ CALA - FOTO

Sabah 17 dərəcə isti gözlənilir

ƏZİZƏ AĞAHÜSEYNQIZI : YURDUMA BAHAR GƏLİR - FOTO

Qadın hərbçilər üçün MAXE müddətinin 3 ildən 6 ayadək azaldılması son oxunuşda qəbul edilib

Milli Məclisin növbəti plenar iclası başlayıb

Sabunçuda avtomobillə motosiklet toqquşub, ölən var

DİN və FHN Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib

Bakının bir sıra yollarında tıxac yaranıb

ABŞ İranla müharibəyə nə qədər pul xərcləyib?

İran bu Avropa ölkəsinə xəbərdarlıq etdi

İran Hörmüzü bu şərtlərlə açacaq

Dediklərinizə diqqət edin - Dinləyirlər

Tramp Starmeri müşavirlərindən həddən artıq asılı olmaqda tənqid edib

Berlin hava limanında bütün uçuşlar ləğv edilir

"Putin ABŞ-dən və ordumdan qorxur" - Tramp

Xameneinin səhhəti ilə bağlı rəsmi açıqlama

Bu gün ilaxır çərşənbə – Torpaq çərşənbəsidir

Adı kimi əziz və hörmətli rəfiqəmə ad günü təbriki... - FOTOLAR

Yeni işi bəlli oldu

Sonuncu Qədr gecəsidir

Litva Ukrayna Dəstək Fonduna 10 milyon avro ianə edəcək

“Hazırda biz “kağız pələng”lə məşğuluq” - Tramp

Mobil telefonlar sağlamlıq üçün zərərlidirmi, xərçənglə əlaqəsi varmı?

İnsanların çoxu liftdə bunu hər gün edir - təhlükəli səhvlər

Bakının bu prospektində yenilik - Yaxın günlərdə...

38 yaşlı qadın xəstəxanada vurulan iynədən sonra öldü

İyirmi yeddinci günün duası - İmsak və iftar vaxtı

Aİ XİN rəhbərləri Hörmüz boğazına gəmi göndərməkdən imtina edib

Bütün xəbərlər
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031