TƏBRİK EDİRİK!

“Bəşəriyyətin əxlaqi sərvətlərinin qızıl fondunu insaniyyət təşkil edir. İnsan insanın dostu, yoldaşı və qardaşıdır “ prinsipi insaniyyət anlayışının praktik ifadəsidir. İnsaniyyət insana qayğı, həssas münasibət bəsləmək, insan ləyaqətinə hörmətlə yanaşmaq deməkdir. İnsaniyyət insanlar arasında həqiqi bərabərliyi nəzərdə tutur. Vəzifə və mövqedən asılı olmayaraq bütün insanlara eyni münasibət bəslənilməsi insaniyyətin mühüm şərtidir”. Xalq şairimiz, bir neçə dəfə Dövlət mükafatı laureatı, böyük Azərbaycan şairi Səməd Vurğun sadə əməkçi insanlarla dostluq edər, onların ailə üzvləri ilə maraqlanardı. Yaylaqlarda olarkən, dincələrkən adamlarla birgə odun yığar, tonqal qalayıb kabab çəkərmiş. Dahi şair bir dəfə də olsun hərəkətlərilə yüksək mövqeyini hiss etdirməyib. Bu da ölməz şairin dahiliyi, yüksək insanpərvərliyini təcəssümü olan prinsipləri həyata keçirməkdən ibarətdir.
Bir dəfə Sokratdan soruşurlar: İnsanda ən çox nəyi qiymətləndirirsən? Filosof deyir: “İnsaniyyəti”. Bəs insaniyyət deyəndə nəyi başa düşürsən sualına isə mütəfəkkir: “İnsana layiq keyfiyyətləri”. Xeyirxahlıq, insana məhəbbət hissi, qayğıkeşlik və s. müsbət keyfiyyətlər insaniyyət məfhumunun mühüm tərkib hissəsidir.

Bi sitatları verməkdə məqsədim vəfalı, etibarlı dostumuz Hamlet Tofiqoğlunu insanlara tanıtmaq, onun əməlisalehliyini, insanpərvərliyini, Vətənə bağlılığını nəzərə çatdırmaqdır.
İnsana xoş münasibət bəslənilməsi onun şəxsiyyətinə və ləyaqətinə hörmətin ifadəsidir. İndi müstəqil, demokratik ölkədə ən mühüm əxlaqi vəzifə insansevərliyin təcəssümü olan prinsipləri həyata keçirməkdən, insanlar arasında münasibətlərdə qarşılıqlı hörmətin təntənəsini təmin etməkdən ibarətdir. İnsana hörmət böyük yaradıcı qüvvədir, böyük dayaqdır, şəxsiyyəti öz gözündə ucaldır, yüksəldir, ona öz qüvvəsinə inam verir. Özünə hörmət olduğunu hiss edən şəxsiyyət öz şərəf və ləyaqətini daha dərindən dərk edib qiymətləndirir və qoruyur. Hörmətə layiq olmaq böyük səadətdir, hörmət edənə hörmət olunur, bu, həyatın obyektiv qanunudur.
Sadəlik, səmimiyyət, hörmətcillik həqiqi böyüklüyün və mənəvi zənginliyin, insaniyyətin ən bariz əlamətidir. Yaxın dostumuz Hamlet Tofiqoğlu da bu mənəvi zənginliyi, insaniyyəti özündə ehtiva edən ziyalılarımızdandır.
Əsl dost insan üçün vuran ürəkdir,
Dar gündə, xoş gündə arxa köməkdir,
Yaxşı dost həyatda qardaş deməkdir,
Qürurlanır insan yaxşı dostlara,
Canım da qurban yaxşı dostlara

Hörmətcillik onun daxili mənəviyyatının - mədəniyyətinin, şəxsiyyət bütövlüyünün göstəricisi, ictimai və əxlaqi davranışlarının meyarıdır. Müasir intellektual bilikli və nümunəvi, tərbiyəli gənclər yetişdirməyi, onları vətənə sevgi və məhəbbət ruhunda tərbiyələndirməyi, maarifləndirməyi özünün mənəvi borcu sayır. İnsaniyyətin mühüm keyfiyyətlərindən biri xeyirdə-şərdə iştirak etmək, bir-birinin dərdinə şərik olmaq, çətin anlarda öz köməyini əsirgəməməkdir. Aqillər deyib: “Bədbəxtlər arasında xoşbəxtlik, ağlayanlar arasında şadlıq yoxdur”. Ünsiyyətin ən mühüm əlaməti və təzahür forması xeyirxahlıqdır. Xeyirxahlıq əxlaqi sərvətlərin əsası, insanların birgə yaşayışının təməl daşı, etikanın əsas kateqoriyasıdır. İnsanlara yaxşılıq etməyə çalışmaq, onlarla münasibətdə xeyirxah olmaq insaniyyətin ən vacib şərtidir. Dostumuz Hamlet müəllim də bu xüsusiyyətləri daim qoruyub saxlayıb.
Hamlet Tofiqoğlu həyatı boyu müxtəlif sahələrdə çalışıb, hərtərəfli istedada malik bir insandır, onun qurub-yaratmaq eşqi hüdudsuz, eyni zamanda, universaldır. Onu tanıyan, onunla birgə işləyən hər bir kəs bu adı və soyadı ehtiramla anır, xatırlayır.

Hamlet müəllim həm özünə, həm də başqalarına yüksək tələbkarlığı, insanlara həssas, qayğıkeş münasibəti ilə seçilən ziyalılardandır. O, yüksək intellektual keyfiyyəti, təşkilatçılıq qabiliyyəti, işgüzarlığı, təşəbbüskarlığı ilə hamının hörmətini qazanıb. O, həm də əsl vətənpərvərdir. Onu da qeyd edək ki, gözəl yazılar müəllifidir. Maraqlı yazıları Cəmil Zəbhullaoğlunun rəhbəri olduğu “Turaz.Tv”-də tirajlanır, geniş oxucu auditoriyasına çıxır. Cəmil müəllim Hamlet müəllimin ad gününü yada salanda və onun haqqında kiçik bir təbrik yazmağı xahiş edəndə tərəddüd etmədim. Çünki tanıdığım dostdur. Bu münasibətlə həm Cəmil müəllimin, həm də öz adımdan onu qəlbən təbrik edir, ona cansağlığı, nəhayətsiz işlərində, fəaliyyətində mübarizlik, cəsarətlilik prinsipini gözləməyi arzu edirəm!

AD GÜNÜN MÜBARƏK HAMLET MÜƏLLİM!

Daşdəmir ƏJDƏROĞLU

Son xəbərlər

Rubio Avropanı “yuxudan oyanmağa” çağırıb

Qaradağda vətəndaş qəbulu keçirilib - Fotolar

Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü

“Artıq darıxıram, amma doğru addım atdım” - Messi

Azərbaycanda yeni cəzaçəkmə müəssisələri tikilir

100 milyon təklif olundu, qəbul etmədi

Tramp Nobel almasa, nə olacaq?

Səs klonlama ilə "ana, pul göndər" dələduzluğu” - İKT fırıldaqları - ARAŞDIRMA

QƏLƏMİ İLƏ İNSANLARA İŞIQ SAÇAN QAZİ - FOTO

Moldovada su qıtlığı - Nazir xalqa çağırış etdi

Məhkumlar niyə iş tapa bilmir? - Ədliyyə naziri səbəbi açıqladı

Nicat Novruzoğlu : YARANMISAN - FOTO

Vətən qızı Brilyant Atəş : Şükürlər olsun - FOTO

Türkiyədə paraşütlə havaya qalxan Rusiya vətəndaşı qayalara çırpıldı (FOTO)

Berna Laçinə sosial mediadakı paylaşımına görə cinayət işi açıldı

Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU

Dünyada dizel böhranı: hansı təsirləri olacaq?

SƏSİNDƏN BİR ÖMÜR KEÇƏN SƏNƏTKAR

M.Ə.Sabirin Şamaxıdakı Ev-Muzeyində Ümumdünya Layiqli Əmək günü ilə əlaqədar maarifləndirici tədbir keçirildi - FOTOLAR

Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib

Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib

İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib

Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib

Qubada iki avtomobil toqquşub, ölən var

Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb

Müşfiq Borçalı : Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

Rauf İLYASOĞLU : KİTABIN TOZUNU UDDUQCA

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031