(Gecikmiş dost sözü, dost təbriki)

Həyatda, cəmiyyətdə elə insanlar var ki, onların keçdikləri ömür yolu, yaşantıları, mübarizələri, uğurları, mənəvi dünyaları yetişən gənc nəsil üçün örnək məktəbi olur. Bu şəxslərin timsalında böyüməkdə olan nəsil tərbiyə olunur, onlardan öyrənir, cəmiyyətdə, həyatda fəal mövqe tutur və həyat dərsi keçir.
Hazırda haqqında söhbət açdığım belə bir ziyalımız da sadaladıqlarımdan xali deyil. Mənalı və şərəfli ömür yaşayan Gülnarə Əmirquliyeva da Azərbaycanda medianın inkişafına, mətbuat sahəsinə layiqli töhfələr verib, gənc qələm sahiblərinin yetişməsində, Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi həyatına cəlb edilməsində böyük rolu olub.

Həm media mənsubu, həm də qadın hərəkatının öncüllərindən biri kimi məşhurlaşan Gülnarə Əmirquliyeva həm “Carçı” jurnalının təsisçi və baş redaktoru kimi, həm də Yasamal rayonu Qadınlar Cəmiyyətinin sədri kimi hər iki sahədə fəaliyyət göstərən insanların dərin hörmət və məhəbbətini qazanıb. Dünən mətbuat sahəsinə qədəm qoymuş hansısa gənc bu gün uğurlarına görə Gülnarə xanıma minnətdarlıq edir.
Gülnarə xanımın həyatı saf çeşmə kimi daim qaynayır. Üzündən insanlara saflıq, duruluq, təmizlik, nur saçır. Nəciblik mücəssəməsidir Gülnarə xanım. Vətən üçün, millət üçün qayğı çəkən, narahat olan bir insandır. Yüksək insani keyfiyyətləri, alicənablığı, xanımana hərəkətləri, davranışı, xoş rəftarı , kübarlığı ilə tanınır və sevilir Gülnarə xanım.
Gülnarə Əmirquliyeva, qeyd etdiyimiz kimi, jurnalistdir. Öz intellektual səviyyəsini, dərin biliyini, zəngin təcrübəsini bugünkü gənclərə aşılayan, onların peşəkatr qələm sahibi kimi yetişmələrinə bir qərinəlik ömür sərf edən jurnalist. Ziyalı ailəsində doğulduğu üçün ziyalı adını uca tutan, şərəfləndirən böyük qəlb sahibi Gülnarə xanım bu fikri tez-tez təkrarlayır: “İnsan həyatında üç nəfərə borcludur: dövlət rəhbərinə, valideynlərinə və müəllimlərinə”.
Rayonlara səfərləri zamanı görüşlərdə onun danışığına diqqət kəsilən insanlar, sadə zəhmət adamları ona özlərinin ehtiramlarını, hörmət və sevgilərini bildirirlər.
Həqiqətən insan yaşadığı həyatda xeyirxah, nəcib əməlləri ilə daha çox yadda qalır. Bəli, insanı yaşadan da elə onun əməlləri olur. Xoşbəxt o insandır ki, öz əməli və xeyirxahlığı ilə qəlblərə yol açır, yaddaşlarda uzun müddət qalır.
Gülnarə xanım ziyalıdır. Yüksək intellektual dünyagörüşü, dərin zəkası, qələmi, sözü ilə Azərbaycanı hüdudlarından kənarda tanıdan, başını uca edən, şöhrətləndirən vətənpərvər , mətin iradəli ziyalı. Gülnarə xanım azəri qadınlarının dostu, rəfiqəsi, sirdaşıdır. Həssaslığı, qayğıkeşliyi, səmimiyyəti, sevgi və qayğısı ilə onların dərdli qəlblərinə tez yol tapır. Onların problemləri, yaşayış və məişət qayğıları ilə maraqlanır, ümid verir, kömək edir, dayaq durur. Ürək yanşısı ilə kimsəsizlərə, imkansızlara əl tutur. Hamı da ocaq kimi onun istisinə yığışır, ondan ana, bacı nəsihəti, ziyalı məsləhəti alır.

Ulduzlar içində ulduz istədim,
İşığı həm isti, həm parlaq olsun.
Milyard kilometr keçib gələndı,
Şöləsi sənintək çox parlaq olsun.

Gecə parlayırsan, gündüz sönürsən,
O qədər işığı kimə verirsən.
Qarşıya zillənən o gözlər kimi,
Bəlkə gündüzlər də işıq saçırsan.

Qadınlar içində qadın göstərin,
Gülnarəmiztək füsunkar olsun.
Natiqlər içində natiq göstərin,
Gülnarəmiztək dilavər olsun.

Analar içində ana olmusan,
Neçə anaya da dayaq olmusan.
Özünü onlara həyan sanmısan,
Bizim özümüzə mayak olmusan.


İllər quşqanadlıdır, - deyirlər. Necə gəlib keçir, bəlli olmur. Sevinci də, kədəri də, nisgili də, vüsalı da bol olan bu ömür yolunda hərə öz alın yazısını, taleyini yaşayır. Amma bu yaşamda daha çox diqqəti çəkən məqam ondan ibarətdir ki, yer üzünün əşrəfi sayılan insan ona verilən ömür payını, biliyini, bacarığını öz xalqının inkişafına necə həsr edir?! Arxada qalan illərin təəssüf dolu nidasından xilas olmanın yolu məhz ləyaqətli bir ömür yaşamaqdan keçir. 6-cı yubiley yaşını arxada qoyan Gülnarə Əmirquliyevanın ömür yolu kimi! Çiçək təbəssümü ilə dünyamızı sanki gözəlliyə qərq edən, hər kəlməsi, hər sözü müstəqil Azərbaycanımızın inkişafına yönələn Gülnarə Əmirquliyevanın hələ qarşıda həyata keçəcək o qədər arzusu var ki...
Qoy ulu Yaradanımız onun həyat yolunun gələcək illərini də beləcə nurli eləsin!
Və bu gekikmiş dost sözünə, dost təbrikinə Xeyrulla, Bəhruz qardaşlarının da arzularını qoşub “100 yaşa, sağlam yaşa!” deyirəm.




















Daşdəmir ƏJDƏROĞLU

Son xəbərlər

Fransa İraqa qarşı - Yenilənir

Aralıq dənizində 3,9 bal gücündə zəlzələ olub

Evliliyinin bitməsinə “Kızılcık Şerbeti”nin aktrisası səbəb olub?

Məşhur prodüser dünyasını dəyişdi

Monrealda atışma oldu - Yaralılar var

Şoyqu Hindistana getdi

Polşa prezidenti Türkiyəyə səfər edəcək

"Yeraltı"nın aktrisası reklamdan 11 milyon qazandı

"ABŞ və İran Hörmüz boğazını açıq saxlamaq üçün mexanizm yaratdılar" - Vens

VAQİF VÜQAR : Günahsızın edamından göynəyirdi dar ağacı - FOTO

BƏHRUZ MƏMMƏDOV : Yolun yorğun vaxtında səni axtaran adamdır diqqət - FOTO

Ömrünü insanlara həsr edən ziyalı - FOTO

Ankara qlobal diplomatiyanın mərkəzinə çevrilir - Ərdoğan

Bakı və Cəlilabadın bu ərazilərində işıq kəsiləcək

Taekvondoçularımız Qazaxıstanda beynəlxalq çempionatda 3 medal qazandılar

Qara dənizdə Türkiyəyə məxsus gəmiyə hücum olub - Yaralılar var

Messi dünya çempionatları tarixinin bombardiri olub

Bakıdakı universitetlər köçürülməyəcək, amma... - Emin Əmrullayev

"Doktor Kim"in ulduzu öldü

Miray onunla tərəf müqabili oldu

Tanınmış aktrisa “Taşacak bu deniz”də - FOTO

Son bir ayda bacı və qardaşı ürək əməliyyatı olundu

“Uzak şehir”in 3-cü mövsümündə nələr olacaq?

Azərbaycanda QHT layihələri "bir pəncərə" prinsipi ilə maliyyələşdiriləcək

Hindistanda baş verən yanğın nəticəsində 15 nəfər ölüb

Bu gündən qabiliyyət imtahanlarının keçirilməsinə başlanılıb

Azərbaycanla Türkmənistan faydalı qazıntılar və enerji ehtiyatları ilə bağlı səylərini birləşdirmək niyyətindədir

İlham Əliyev: Türkmənistanın neytrallıq siyasətini dəstəkləməyə davam edəcəyik

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930