Ədəbi aləmdə parlayan ömür - FOTOLAR

Ədəbi aləmdə parlayan ömür

Ədəbi yaradıcılığın zirvəsində yaşanan ömür istəkli dostumuz, istedadlı şairimiz hacıxanım Aygün Hüseynin ömrüdür. Aygün Hüseyn deyəndə, ilk növbədə, gözlərimiz qarşısında işıqlı, nurlu bir səhər canlanır. Aygün xanım ədəbiyyat fədaisi – görkəmli şair, təşkilatçı, ziyalı, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü Allaha sədaqətlə xidmət edən, ibadətin keşiyində dayanan, sözün əsl mənasında, böyük qəlb sahibidir. Bunu demək yerinə düşər ki, dəniz nə qədər təlatümlüdürsə, insan gücü də o qədər tükənməzdir. Günəş nə qədər parlaq və əbədidirsə, insan zəkası da həmişə işıq saça bilər. Təbiət və şəxsiyyət oxşarlığını, vəhdətini A.Hüseyn fenomenində açıq-aydın dərk etdik, - desək, yanılmarıq.
Ədəbi aləmdə parlayan ömür - FOTOLAR

Aygün xanımı illərdir tanıyıram. Lakin son vaxtlar birgə tədbirlərdə onun həm ədəbiyyatımız, həm də yaradıcılıqdan kənar çarpışmaları uğrunda əzmlə çalışdığının canlı şahidi olduq. İnsan nə qədər yazar, nə qədər işləyər. Hər zaman əlində qələm müsəlləh əsgər kimi sözünü deyir. Bu zəhmətsevərlik bütün insanlar, bütün gənclik üçün bir örnək deyilmi? Onun yazıb-yaratdığı bədii əsərlər, bədii publisistik məqalələr, jurnalist yazıları ədəbiyyatsevərlər, qələmi, sözü əziz tutan insanlar üçün ən qiymətli sərvətdir.
A.Hüseynin bədii yaradıcılığı o qədər geniş, o qədər çoxşaxəlidir ki, bu yaradıcılığın hansı sahəsinə nəzər salsaq, çox dərin ideyaların, mürəkkəb bədii, təhlili məsələlərin həllinin şərh edildiyini görərik.
Aygün xanım, qeyd etdiyimiz kimi böyük ürək sahibidir. Nədənsə heç də bütün yazarlara bu, nəsib olmur. Əlində qələm cızma-qaralar edənlər çoxdur, qafiyə xatirinə yazanlar kifayət qədərdir. Lakin hər qələm sahibi məktəb yarada bilmir. Aygün Hüseyn özünün məktəbini yaradıb. Bir çoxu hətta ona istinad edir, ondan maraqlı sitatlar gətirir, onun yaradıcılığına istinad etmədən ötüşə bilmir.
Ədəbi aləmdə parlayan ömür - FOTOLAR

A.Hüseyn Azərbaycan ədəbiyyatnın inkişafı, yeni yaradıcılıq növləri ilə zənginləşməsi üçün xeyli iş görüb. O, şeirimizin incəliklərini, zənginliklərini əks etdirməyə müvəffəq olub. Elə bu günlərdə Aygünsevərlər Azərbaycan Yazıçılar Biriyinin Natəvan adına klubunun iclas zalında hacı xanım Aygün Hüseynin yaradıcılığının işığına, "Ömür səhifəmdə iz qoyan dostlar" adlı kitabının təqdimat mərasiminə toplaşmışdılar. Yüksək səviyyədə, mütəşəkkil formada təşkil edilmiş tədbiri AJB-nin və AYB-nin üzvü, AYB-nin məsul əməkdaşı Sudabə Sərvi açaraq vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərimizin birdəqiqəlik sukutla anılmasını təklif etdi.
Südabə xanım sözü Aygün Hüseyn yaradıcılığını izləyənlərə verdi. QMİQ Buzovna qəsəbəsi Cümə məscidinin axundu Hacı Soltan Əlizadə , Yasamal Rayon Müharıbə, Əmək və Silahlı Qüvvələri Veteranları Təşkilatının sədri: Vaqif Məmmədov, Yasamal rayon QMƏV və ŞAİB- nin sədr müavini : Rafael Xəlilov, "Məhsəti” ŞM-nin sədri Cavahir Qaraqızı, AMEA-nin əməkdaşı İbrahim Yusifoğlu, Azərbaycan Şəhid Ailələrinə Qayğı Cəmiyyətının Sabunçu rayonu üzrə sədri Mətanət Qafarova, "Həkəri' qəzetinin baş redaktoru, şair-publisist Rauf İlyasoğlu, "Sənət dünyasının nuru" jurnalının redaktoru və" Kanal FS"-nin təsisçı direktoru Fərqanə Məhiyəddin qızı, “Turanxəbər.az” saytının redaktoru, Muasir media.az saytının baş redaktoru Güllər Bəhrəmova, “Türkaz” TV rəhbəri Xoşbəxt Məmmədova, Azərbaycanın Milli qəhrəmanı Asif Məhırrəmov adına İnkişaf fondunun sədri, qazı Ədalət Məhərrəmov, şəhid baçısı Sevda Əbulfəz qızı, "Leyla” MMC-nin təsisçisi Oqtay Quliyev, Bayram Afurcalı, AYB-nin üzvü Fəxrəddin Meydanlı, Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi İB- nin sədri Mehriban Abdullayeva, şair Sədaqət Şıxlı, AYB-nin üzvü Mais Təmkin, "Söz-Dəyərlı" ƏM-nin rəhbəri Sevil Əliyeva, '”Şam işığı" ƏM- nin rəhbəri, şair Gilə Dərya Bayramöva, Aygün xanım yaradıcılığının pərəstişkarları Lalə Hüseynova, Şelli Tağıyeva, Xəzər Məsimov və başqaları çıxış edəərək səbəbkarın şəxsi yaradıcılıq məziyyətlərindən, diapozonundan, çətinliklə ərsəyə gəlmiş kitabın maraqlı və oxunaqlı olmasından ağızdolusu söz açdı, hacıxanım Aygün Hüseynə bol uğurlar arzuladılar.
Ədəbi aləmdə parlayan ömür - FOTOLAR

Tədbirdə A.Hüseynə Azərbaycan Qarabağ Müharıbəsi Əliləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin "Vətənpərvərlik işində xidmətlərinə görə" medalı, həmçinin Azərbaycan Respublikası Şəhid Ailələrinə Qayğı Cəmiyyətinın Sabunçu rayonu üzrə sədri M.Qafarova "Vətənpərvərlik hisslərinin və milli dəyərlərimizin aşılanmasında əvəzsiz xidmətlərinə görə”, “Sənət dünyasının nuru” jurnalının redaktoru , “Kanal FS”-nin təsisçı direktoru F.Məhiyəddinqızı, “ Leyla" MMC-nin təsisçi direktoru O. Quliyev və başqaları təmsil etdikləri qurumun Fəxri diplomlarını A.Hüseynə təqdim edildi.
Bu tədbirdə yüksək yaradıcılıq ab-havası hökm sürürdü. Burada iştirak edək aygünsevərlər əsl ədəbi prosesin, ədəbiyyat nümunəsinin şahidi oldular.
Ədəbi aləmdə parlayan ömür - FOTOLAR

A.Hüseynin doğma dilə vurğunluğu, ana dilinə olan məhəbbəti "Ömür səhifəmdə iz qoyan dostlar" kitabında, onun hər bir şeirində əks olunub. Bu vurğunluq onu Azərbaycan ədəbi dilinin tarixinə də baş vurmağa sövq edib və onun peşəkarlığından xəbər verən spesifik xüsusiyyətlərdir..
Hacıxanım A.Hüseynin ədəbi-bədii yaradıcılıq diapozonu o qədər genişdir ki, bu yaradıcılıq yolu haqqında bir yazı çərçivəsində məlumat vermək çətindir. Yekun olaraq xatırlatmaq istəyirik ki, o, ömrünün bu çağlarında cidd-cəhdlə işləyərək daha bir arzusunu reallaşdırdı. O, həmişə arzu edib ki, kitabları onu sevənlərin kitab rəflərində düzülsün, əsərləri ilə yadda qalsın.

Daşdəmir ƏJDƏROĞLU

Son xəbərlər

Təhsil dövrü 5 il olan hərbçilər üçün "leytenant" rütbəsinin müddəti azaldılır

Bakıda keçirilən beynəlxalq audit konfransının iştirakçıları Prezidentə müraciət ediblər

Haaqa məhkəməsində Kosovo Azadlıq Ordusunun rəhbərlərinə hökm oxunub

Azərbaycanda bu bələdiyyələrin ADLARI DƏYİŞİR

Ermənistan Konstitusiya Məhkəməsi TRIPP layihəsi üzrə sazişi təsdiqləyib

2027-ci il Formula 1 Azərbaycan Qran-prisinin tarixi açıqlandı

“Azərbaycan fərqli yol seçib” - Kamaləddin Qafarov

Havvaxanım Rüstəmovaya hökm oxundu

VƏZİR YETİRMƏYƏN TORPAQIN ŞAİRİ - Səməd Qaraçöp

Bakıda 32, rayonlarda 35 dərəcə isti olacaq

Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib

İlham Əliyev Auditorlar Palatasının üzvlərini və əməkdaşlarını təltif edib

Azərbaycan Bolqarıstandan "Premium" benzin idxalını 20 dəfə artırıb

İlham Əliyev Auditin inkişaf mərhələlərinə həsr edilən beynəlxalq konfransın iştirakçılarına müraciət göndərib

İlham Əliyev konfrans iştirakçılarına müraciət etdi

Prezident onları təltif etdi - SİYAHI

Avropa Liqasında mövsümə start verilir

Zakir Həsənov 13-cü Pekin Syanşan Forumunda iştirak edib

"Kurtlar vadisi"ndən təhdidə görə ayrılıbmış - FOTO

Xərçənglə bağlı yeni kəşf: 1 800-ə yaxın mikropetid aşkarlandı

Dolların qlobal çöküşü başladı - İki dünya nəhəngi ABŞ valyutasını necə sıxışdırır?

Məktəbi kim icad edib? – 4 min illik təhsilin sirli tarixi

Abbas Əraqçi və Van İ Pekində danışıqlar aparıblar

Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak edib

Nümayəndələr Palatası Trampdan İrana qarşı hərbi əməliyyatları dayandırmağı tələb edib

Naftalan sanatoriyasının direktoru vəfat etdi

Zelenski təyyarəsinə edilən hücum cəhdlərindən danışdı

Hikmət Hacıyev BƏƏ rəsmisi ilə görüşdü

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930