Nə qaldı?...
Dəyərli müəllim,hörmətli şair dostumSabir müəllim(Sabir Nemətov)deyir ki, şair 66 nədi ki,hələ qabaqda 77, 88, 99 var...

Yüz il bir ömürdü,qərinələrin
ikisin adladım,üçə nə qaldı?
Varımdı,yoxumdu ötən illərim
Yarısı boz rəngdi, yarısı aldı.

Ömür əzəl başdan sirli tamaşa,
Sirləri müşküldü, bənzər naxışa,
Vuruldum bir qızda ceyran baxışa,
Onun da bir ömür cəfası qaldı.

Arzular böyükdü, mənzilsə uzaq,
Bir yolda it hürür, bir yolsa tozaq,
Yolçunun dalınca düşür yalquzaq,
Bilmədik salamat harası qaldı.

Neynək, dövran belə gəlibdi, lələ,
Özümüz piyada, ömürsə şələ,
Bu yükü dartırıq elədən belə,
Xarası daşındı, parası qaldı.

Səksəndən, doxsandan danışır Sabir,
Tanrım,sözlərimi eşit arabir,
Dostuma təpər ver,mənə də səbir,
Deməyin, onların çaşması vardı.

Üzünə gün doğsun Cümşüd Aydəmir,
Altılar yan-yana yetmiş eləmir,
Ha çalış,ha vuruş hesaba gəlmir,
Taleyin bəxt adlı yozması vardır.

Gah dağda oluram, gah da aranda,
Dənizdə itirəm, gah da toranda,
Nə vaxtsa bir gözəl məni soranda,
Deyərsiz, coşması, daşması vardı,
Şairin bir gözəl qoşması qaldı!..


Xudat . 19.01.2026


Son xəbərlər

Uzunömürlülüyün sirri olan 7 qida - Açıqlandı

Sanksiyalar İrana mane ola bilmədi - Hasilatı artırdılar

Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar

“Prezident əvəzinə qubernator seçək, 51-ci ştatımız olsun”

ŞƏHİD XATİRƏSİ QƏLBLƏRDƏ ƏBƏDİ YAŞAYIR

CNN: ABŞ İrana genişmiqyaslı hərbi zərbələr endirməyə hazırlaşır

İsraildə parlament seçkiləri başa çatdı - Netanyahunun partiyası öndədir

Nicat Novruzoğlu : Quşlar təbiətin telefon zəngi - FOTO

Azərbaycanın voleybol klubu avrokuboklarda ilk qələbəsini qazanıb

Növbəti Bərdə terrorundan 6 il keçdi

Bakı Təşəbbüs Qrupu Fransanın Korsika ilə bağlı qərarını pisləyib

İranı "ağılsız ölkə" adlandırıb Almaniyaya söz atdı

Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər

Süni intellekt məhkəməyə verildi - ChatGPT-a uşaqlara zərər vurmaq İTTİHAMI

Bakının bu rayonlarında işıq olmayacaq

İsmail Kartal 5-ci dəfə “Fənərbaxça”dan getdi

“Barbie” kimi görünəcəyəm demişdi - Son halını paylaşdı

Oktyabrın 27-də ”Sözün Böyük Sultanı: Xaqani Şirvani-900” mövzusunda tədbir keçirilib - FOTOLAR

Marketlərdə alıcıları belə aldadırlar? - EKSPERTDƏN XƏBƏRDARLIQ

Metro stansiyalarında ürək aparatları quraşdırılacaq

"QOSMA" ƏDƏBİ MƏCLİSİNİN PAYİZ GÖRÜŞÜ - FOTOLAR

Novruzəli Aslanov: “Mədəniyyətlərarası münasibətlərin davamlılığı həm tarixi irslə, həm də bu irsin müasir cəmiyyətdə qorunması və inkişaf etdirilməsi ilə bağlıdır”

Ceyhun Bayramov: Azərbaycan ICESCO-la əməkdaşlığa xüsusi əhəmiyyət verir

Rusiya ordusunun zərbələri nəticəsində Kiyevdə tələbə yataqxanası, xəstəxana zərər çəkib

İlham Əliyev, Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar

Avropada iki seçki – keçmişlə vidalaşan Serbiya, yenilənməyən Bolqarıstan

Stubb və Störe Putinlə danışıqdan sonra Zelenskiyə zəng ediblər

Mirsaleh Seyidov Penitensiar Xidmətin rəisi vəzifəsindən azad edilib, xidmətə yeni rəis təyin edilib

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031