Hər kəsə şamil deyil şeir.
Bu şeir çox davamlı alındı,inanmıram kimsə oxuya).

Sığmır zaman saata, əqrəb qaçır, tələsir,
Vərdişin zindanında adamlar qalıb əsir.
Dünya yenilənsə də, söz kələfdə dil kəsir,
Əsrlər dəyişsə də, xislət nəysə dəyişmir.

Min illərin nöqsanı dəbdədir, dəbdə hələ,
Dövrün adı müasir — daş dövrüdür, daş lələ!
Yenə həmən hiylələr, yenə həmin tor, tələ,
Əsrlər dəyişsə də, xislət nəysə dəyişmir.

Nə olsun təzə cildlər,qandadır, qopmayır şər,
Bu adətdən inanmam örnək götürə bəşər.
Belə halda hər kəsə həyat çox qəlizləşər,
Əsrlər dəyişsə də, xislət nəysə dəyişmir.

İnsanlıqdan dəm vurub, vicdanı lal qoyuruq,
Biz tərəqqi etmirik, nə var ondan doyuruq.
Kiçilmiş ürəkləri paxıl-paxıl duyuruq,
Əsrlər dəyişsə də, xislət nəysə dəyişmir.

Ətrafı gül görürük, hər şey gözəldir, çiçək,
Daha hansı yalandan özümüzə don biçək?
Köhnə fikirlər ilə nə qədər kədər içək?
Əsrlər dəyişsə də, xislət nəysə dəyişmir.

Dövranın köhlənini çapırıq, gözdə pərdə,
Ruhun quyusu dolmur qızılla kərdə-kərdə.
Gülüşlər arxalanır dərdə kənddə, şəhərdə,
Əsrlər dəyişsə də, xislət nəysə dəyişmir.

Tərifin kölgəsində yatırıq xımır-xımır,
Durub qeybət edirik, neçə ki dolu yağmır.
Az tapılar insaflı, imkan düşəndə sağmır,
Əsrlər dəyişsə də, xislət nəysə dəyişmir.

Mərhəmətlik altında güdürük dərya niyyət,
Qonşunun yıxılmağı — içdə qalmış mahiyyət.
Afiq, köhnələrdənik, əcdadlar yeyib çiy ət,
Əsrlər dəyişsə də, xislət nəysə dəyişmir.


Afiq Göyçəli 20.01.26..
@актуальное

Son xəbərlər

MURAD MƏHƏRRƏM : XƏSTƏ HALIMIN ŞEİRİ - FOTO

Ən çox gəlir gətirən aktyor oldu

Tramp onların Ağ Evə girişini qadağan etdi

“Gəlin, sülh içində yaşayaq, yoxsa...” - Putin

"Qarabağ"ın 5 legioneri millidən dəvət aldı

Ukraynaya 3,3 milyard avro verəcəklər

SÖZÜN İŞIĞI, İNSANIN ÜRƏYİ

Qarabağdakı antiterror əməliyyatından 3 il ötür

Kubanın elektrik şəbəkəsi yenidən sıradan çıxıb

Nüsrət Kəsəmənli : “Yalançı dostlarım”

Süni intellekt kinonu əvəz edəcək? – Gələcəyin ssenarisi açıqlandı

Rusiya və Çin peyklərinə qarşı ABŞ-ın yeni silahı

Kosmosda saçlarını necə yuyurlar: Astronavt AÇIQLAYIR 10 0

Təbiət və müasir istirahət bir arada - Şamaxıda “Pirqulu Park” hoteli

Adilə Aslanova : ÜZEYİR — XALQIN RUHUNDAN GƏLƏN SƏS

Həbsinə heç kim inanmırdı... - 1 ildir içəridədir

Novruzəli Aslanov: “Mövcud reallıqlar regional təhlükəsizlik məsələlərinin Azərbaycan üçün nə qədər mühüm olduğunu aydın göstərir”

Bədən bu yaşdan sonra daha sürətlə qocalır?

Fərhad Əsgərov (Ramizoğlu) : QAYDALARA RİAYƏT EDİLMƏLİDİR

Sevda Məmmədzadə dünyasını dəyişdi

Putinə "müharibəni dayandır" deyən rejissoru "xarici agent" elan etdilər

Nobel mükafatının məbləği artırıldı

“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar”

‘’Ümumdunya İlk Yardım Günü’’ - FOTOLAR

Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - Foto

Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb

Azərbaycan Alban-Udi xristian dini icması Ermənistanda revanşist əhval-ruhiyyəli münasibəti qınayıb

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930