Dövlət xidmətləri haqqında qanuna niyə ehtiyac yaranıb? - Deputat izah etdi

“Hər bir şəxs dövlət xidmətlərindən bu və ya digər şəkildə istifadə edir. Bu mənada xidmət sahəsində islahatlar hər zaman zəruridir. Bu sahədə təcrübələr ölkələrə və cəmiyyətlərə görə dəyişsə də ümumi yanaşmada peşəkar komandanın yaradılması, vətəndaş məmnunluğu və dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsi prinsipləri heç vaxt dəyişmir”.

Bu sözləri Milli Məclsiin deputatı Nigar Məmmədova “Dövlət xidmətləri haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Dövlət xidmətləri haqqında” qanun layihəsi də vətəndaşlara və dövlət qurumlarına keyfiyyətli, əlçatan və şəffaf xidmətlərin göstərilməsini təmin etməyə hesablanıb. Bütün xidmətlərin ümumi reyestrdə birləşməsi əminlik və etimad mənbəyi yaradır.

Deputat bildirib ki, burada xidmətin keyfiyyətinin və əlçatanlığının yaxşılaşdırılması əsas şərtdir. Vətəndaşların hüquqlarının müdafiəsi baxımından yanaşsaq, əhalinin məlumatlandırılması, şikayətlərə baxılması, hüquqların qorunması mexanizmləri də qanun layihəsində əksini tapıb.

“Qanun layihəsinin ən vacib məqamlarından biri də şəffaflıq və hesabatlılıq prinsipinin qorunmasıdır. Xidmətlərin göstərilməsi prosedurlarının tənzimlənməsi və “ASAN xidmət indeksi” əsasında onların keyfiyyətinin qiymətləndirilməsi ilk növbədə dövlət orqanlarının şəffaflığını və cəmiyyət qarşısında hesabatlılığını artırır”.
“Qanun layihəsinin əsas üstünlüklərindən biri də bütün əhali kateqoriyasının, o cümlədən də həssas əhali qrupunun, xüsusilə ahılların, regionlarda yaşayan insanların bütün növ xidmətlərdən bürokratik əngəllər və vaxt itkisi olmadan məmnunluğunu nəzərdə tutmasıdır. Eyni zamanda korrupsiya hallarının sıfırlanmasına yönələn mexanizmlər layihənin əsas üstünlüklərindən biridir. Burada dövlət xidmətlərindən eyni şərtlərlə və bərabərhüquqlu istifadə həm də ədalət prinsipinin qorunması deməkdir” – deyə o qeyd edib.

N. Məmmədova bildirib ki, qanun qəbul edildikdən sonra qurumların bir-birilə koordinasiyalı şəkildə işləməsi xidmətin keyfiyyətinin daha da təkmilləşdirilməsinə gətirib çıxaracaq. Nəticə etibarı ilə hər bir oqranın məmnunluq səviyyəsinin müxtəlif istiqamətlər üzrə ölçülməsi mümkün olacaq. Burada təbii ki, kadr potensialı, etik davranış standartları, insan resursları siyasətinin düzgün tətbiqi fərdi məsuliyyəti artıraraq, xidmət səviyyəsinə təsir edən əsas faktorlardan biridir.

“Uzun illər görməyə adət etdiyimiz növbələr, kağızlar dövrü çoxdan bitib və yeni nəsil yanaşmalarla, effektiv rəqəmsal transformasiya ilə əvəzlənir. Yüksək keyfiyyətli xidmətlər dövlətlə vətəndaş arasında etimadı daha da möhkəmləndirərək, qarşılıqlı əlaqələri məhz rəqəmsallaşdırma vasitəsilə tənzimləyəcək. Belə bir qanunun mövcudluğu vətəndaşların hüquqlarını qorumaqla yanaşı xidmət təminatçıları üçün hesabatlılığı müəyyən edəcək, dövlət idarəçiliyinin səmərəliliyini artıracaq” –sonda o qeyd edib.

Son xəbərlər

MURAD MƏHƏRRƏM : XƏSTƏ HALIMIN ŞEİRİ - FOTO

Ən çox gəlir gətirən aktyor oldu

Tramp onların Ağ Evə girişini qadağan etdi

“Gəlin, sülh içində yaşayaq, yoxsa...” - Putin

"Qarabağ"ın 5 legioneri millidən dəvət aldı

Ukraynaya 3,3 milyard avro verəcəklər

SÖZÜN İŞIĞI, İNSANIN ÜRƏYİ

Qarabağdakı antiterror əməliyyatından 3 il ötür

Kubanın elektrik şəbəkəsi yenidən sıradan çıxıb

Nüsrət Kəsəmənli : “Yalançı dostlarım”

Süni intellekt kinonu əvəz edəcək? – Gələcəyin ssenarisi açıqlandı

Rusiya və Çin peyklərinə qarşı ABŞ-ın yeni silahı

Kosmosda saçlarını necə yuyurlar: Astronavt AÇIQLAYIR 10 0

Təbiət və müasir istirahət bir arada - Şamaxıda “Pirqulu Park” hoteli

Adilə Aslanova : ÜZEYİR — XALQIN RUHUNDAN GƏLƏN SƏS

Həbsinə heç kim inanmırdı... - 1 ildir içəridədir

Novruzəli Aslanov: “Mövcud reallıqlar regional təhlükəsizlik məsələlərinin Azərbaycan üçün nə qədər mühüm olduğunu aydın göstərir”

Bədən bu yaşdan sonra daha sürətlə qocalır?

Fərhad Əsgərov (Ramizoğlu) : QAYDALARA RİAYƏT EDİLMƏLİDİR

Sevda Məmmədzadə dünyasını dəyişdi

Putinə "müharibəni dayandır" deyən rejissoru "xarici agent" elan etdilər

Nobel mükafatının məbləği artırıldı

“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar”

‘’Ümumdunya İlk Yardım Günü’’ - FOTOLAR

Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - Foto

Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb

Azərbaycan Alban-Udi xristian dini icması Ermənistanda revanşist əhval-ruhiyyəli münasibəti qınayıb

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930