Yas mərasimləri hər bir cəmiyyətin mənəvi güzgüsüdür.


Bu mərasimlərdə insanın acısı, səbr anlayışı, inancı və vicdanı üzə çıxır. Təəssüf ki, bizdə uzun illərdir yas mərasimləri öz mahiyyətindən uzaqlaşaraq sosial bir məcburiyyətə, bəzən isə açıq-aşkar nümayiş vasitəsinə çevrilib. Halbuki yas nə süfrə yarışı, nə də imkan nümayişidir. Mən elə bir mühitdə böyümüşəm ki, uşaqlığım Quran sədası ilə başlayıb. Din anlayışı evimizdə təmtəraqla yox, sadəliklə, halallıqla ölçülüb. Bu baxımdan yas mərasimlərində qurulan dəbdəbəli süfrələr nə dini, nə də mənəvi baxımdan izah edilə bilir. Yas sahibinin dərdinə şərik olmaq əvəzinə, onu əlavə qayğıya salmaq cəmiyyət olaraq üzərimizə düşən məsuliyyətlə ziddiyyət təşkil edir.
Əgər insanın imkanı varsa və doğrudan da əzizinə ehsan vermək istəyirsə, bunun yolu süfrədən keçməməlidir. Həmin vəsaiti faydalı işlərə yönəltmək daha təqdirəlayiq olardı. Yol çəkmək, su xətti çəkmək, yaşadığın ərazidə uzun illərdir həllini tapmayan bir problemi aradan qaldırmaq, ehtiyacı olan insanlara yardım etmək məncə daha savab olardı. Belə xeyir işlər həm ölənə savab qazandırar, həm də cəmiyyətə real fayda verər. Bir neçə saatlıq yemək süfrəsi unudular, amma görülən xeyirli iş illərlə xatırlanar. Bu dəyişikliklərin baş verməsi üçün cəmiyyətdə inam formalaşmalıdır. İnam isə sözlə yox, əməl ilə yaranır. Məhz buna görə də bu işdə ilk addımı imkanlı şəxslər, xüsusilə də din xadimləri atmalıdır. İnsanlar dini bilik və mənəvi rəhbərlik baxımından onlara baxır, onları nümunə götürür. Əgər din xadimi öz yasını sadə keçirirsə, süfrə açmırsa, ehsanı xeyirli işə yönəldirsə, cəmiyyət bunu daha rahat qəbul edəcək. Din xadimi özü əməl etmədiyi bir çağırışı başqasından tələb edə bilməz. Xütbədə israfın haram olduğunu demək yetərli deyil. Bunu şəxsi həyatında da göstərmək lazımdır. Eyni söz imkanlı insanlara da aiddir. Maddi gücü olan şəxslər sadə yas keçirərək nümunə göstərsələr, bu, maddi imkanı zəif olan ailələr üzərindəki psixoloji təzyiqi də aradan qaldırar. Bu məsələni qadağalarla və ya inzibati yollarla həll etmək çətindir. Amma nümunə ilə başlamaq, ictimai razılaşma yaratmaq mümkündür. İnsan görməlidir ki, hörmət süfrənin zənginliyi ilə ölçülmür. Əksinə, sadəlik hörməti artırır, səmimiyyəti qoruyur. Yas mərasimləri insanı Allaha yaxınlaşdırmalı, həyatın faniliyini xatırlatmalıdır. Əgər biz yasdan çıxanda süfrəni, yeməyi, xərci müzakirə ediriksə, deməli əsas məqamı itirmişik. Dəyişmək üçün isə indi ən doğru zamandır. Bu dəyişiklik yuxarıdan aşağı yox, nümunə ilə yayılmalıdır. İmkanlılar və din xadimləri ilk addımı atarsa, cəmiyyət də ardınca gələcək. Çünki cəmiyyət inandığı yolu yalnız sözlə deyil, gözlə gördüyü nümunə ilə qəbul edir.

MUASİRMÜDİA.AZ
Şərafəddin İlkin,
Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Prezident təqaüdçüsü, “Beynəlxalq Rəsul Rza mükafatı” laureatı.

Son xəbərlər

UŞAQLIQ ILLƏRIMI XATIRLAYARKƏN ATAM VƏ ANAM XÜSUSI YADA DÜŞÜR - FOTOLAR

MƏN ŞEİR DEMƏYƏ QAÇIB GƏLMİŞƏM - FOTO

Formula 1-ə görə Bakıda bəzi məktəblər distant təhsilə keçib

SÖZLƏ TƏBİƏT, İNSANLA ZAMAN ARASINDA

Sentyabrın pensiya ödənişləri yekunlaşıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı kənd yerlərində yaşayan əhaliyə müraciət edib

Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur

SEPAH İranın ABŞ ilə uzunmüddətli müharibəyə hazır olduğunu bildirib

Bu şəxslərə bitki çayı içmək olmaz

Amerika televiziya kanalları Trampın çıxışını səssiz yayımlayır - KİV

Tarixin ilk sülh müqaviləsinin fraqmenti tapıldı

Formula 1 yarışlarının məsafəsi 15 kilometr qısaldılacaq

Bakıda bu rayonda 52 qəzalı bina - Söküləcək

Trampın iştirakı ilə Qrenlandiya sazişi sentyabrın 22-də imzalanacaq

Messi daha bir rekordun astanasında

Borc üstündə silahlı toqquşma: ölənlər var

Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

Tramp Ağ Evdə yeni helikopter meydançasını açıb

27. 09.2026-də, saat 11:00-da hər biriniz QOŞMA ƏDƏBİ MƏCLİSİNƏ dəvətlisiniz

Əzizə Ağahüseynqızı : MƏN ŞEİR DEMƏYƏ QAÇIB GƏLMİŞƏM - FOTO

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

Hava limanında saxlanılan Afra sərbəst buraxıldı - Yenilənib

BİR ÖMRÜN GÖZƏL BAŞLANĞICI - FOTOLAR

1 milyardlıq mirasını xanımına vəsiyyət edib

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində 7-ci “Yaşıl dağ” ekoloji-sosial aksiyası keçirilib - FOTOLAR

"Google" 403 milyon avro cərimələndi

PAYIZ ƏTİRLİ YARADICILIQ...

Xəzər dənizində zəlzələ olub

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930