Sosial şəbəkələrə mümkün qadağalarla bağlı təzyiqlərin artdığı bir vaxtda “TikTok” Avropa üzrə istifadəçilər üçün gücləndirilmiş yaş yoxlama mexanizmlərini tətbiq etməyə hazırlaşır.

AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, platforma 13 yaşdan aşağı uşaqlara məxsus hesabların qarşısını almağı hədəfləyir. Şirkətin açıqlamasına görə, yeni texnologiya profil məlumatları, paylaşılan videolar və platformadakı davranışlar da daxil olmaqla müxtəlif göstəricilər əsasında hesab sahibinin 13 yaşdan kiçik olub-olmadığını proqnozlaşdırmaq imkanına malik olacaq. Şübhəli hesablar daha sonra moderatora yönləndiriləcək və hesabın bağlanıb-bağlanmaması ilə bağlı yekun qərarı o verəcək.

“TikTok” bildirib ki, bu yenilik yaxın həftələrdə tətbiq olunacaq. Şirkət qeyd edib ki, sınaq mərhələsi zamanı minlərlə əlavə yetkinlik yaşına çatmayan istifadəçiyə məxsus hesab silinib.

Məsələ Böyük Britaniyada da geniş müzakirə olunur. Baş nazir Kir Starmer Avstraliya modelinə bənzər şəkildə 16 yaşdan aşağı şəxslər üçün sosial şəbəkələrə qadağa tətbiq edilməsi ilə bağlı artan təzyiqlərlə üzləşib. Bazar günü Leyboristlər Partiyasından 60-dan çox deputat Baş nazirə məktub göndərərək ümumi qadağanın tətbiqinə çağırıb.

Son xəbərlər

UŞAQLIQ ILLƏRIMI XATIRLAYARKƏN ATAM VƏ ANAM XÜSUSI YADA DÜŞÜR - FOTOLAR

MƏN ŞEİR DEMƏYƏ QAÇIB GƏLMİŞƏM - FOTO

Formula 1-ə görə Bakıda bəzi məktəblər distant təhsilə keçib

SÖZLƏ TƏBİƏT, İNSANLA ZAMAN ARASINDA

Sentyabrın pensiya ödənişləri yekunlaşıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı kənd yerlərində yaşayan əhaliyə müraciət edib

Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur

SEPAH İranın ABŞ ilə uzunmüddətli müharibəyə hazır olduğunu bildirib

Bu şəxslərə bitki çayı içmək olmaz

Amerika televiziya kanalları Trampın çıxışını səssiz yayımlayır - KİV

Tarixin ilk sülh müqaviləsinin fraqmenti tapıldı

Formula 1 yarışlarının məsafəsi 15 kilometr qısaldılacaq

Bakıda bu rayonda 52 qəzalı bina - Söküləcək

Trampın iştirakı ilə Qrenlandiya sazişi sentyabrın 22-də imzalanacaq

Messi daha bir rekordun astanasında

Borc üstündə silahlı toqquşma: ölənlər var

Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

Tramp Ağ Evdə yeni helikopter meydançasını açıb

27. 09.2026-də, saat 11:00-da hər biriniz QOŞMA ƏDƏBİ MƏCLİSİNƏ dəvətlisiniz

Əzizə Ağahüseynqızı : MƏN ŞEİR DEMƏYƏ QAÇIB GƏLMİŞƏM - FOTO

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

Hava limanında saxlanılan Afra sərbəst buraxıldı - Yenilənib

BİR ÖMRÜN GÖZƏL BAŞLANĞICI - FOTOLAR

1 milyardlıq mirasını xanımına vəsiyyət edib

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində 7-ci “Yaşıl dağ” ekoloji-sosial aksiyası keçirilib - FOTOLAR

"Google" 403 milyon avro cərimələndi

PAYIZ ƏTİRLİ YARADICILIQ...

Xəzər dənizində zəlzələ olub

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930