
Xəbərlər
20.01.2026, 00:02
ŞƏHLA XƏLİLQIZI : YANVAR GECƏSİ - FOTOLAR
Xalqın sinəsinə çəkilən dağdı,
Dərdlər ürəklərdə qalaq- qalaqdı,
Qanlı bir gecədir, qanlı bir çağdır,
O, yanvar gecəsi,namərd gülləsi.
Batdı Bakımızın batan naxışı,
Nalələr əritdi qayanı daşı,
Yağdı başımıza güllə yağışı,
O, yanvar gecəsi,namərd gülləsi.
Yurdumun çirağı söndü bir anda,
Şeytanlar göylərdən endi bir anda,
Laylalar ağıya döndü bir anda,
O, yanvar gecəsi namərd gülləsi.
Bir zaman şəkərdik, baldıq ay Allah,
Özümüzü tora saldıq ay Allah,
Dığalar əlində, qaldıq ay Allah,
O, yanvar gecəsi namərd gülləsi.
Xiyaban qəlblərdə dağ olsun vətən,
Başın uca üzün ağ olsun vətən,
Şəhlayam ölsəkdə sağ olsun vətən,
Qırdıq zəncirləri, qırdıq qəfəsi,
O, yanvar gecəsi namərd gülləsi.
Dərdlər ürəklərdə qalaq- qalaqdı,
Qanlı bir gecədir, qanlı bir çağdır,
O, yanvar gecəsi,namərd gülləsi.
Batdı Bakımızın batan naxışı,
Nalələr əritdi qayanı daşı,
Yağdı başımıza güllə yağışı,
O, yanvar gecəsi,namərd gülləsi.
Yurdumun çirağı söndü bir anda,
Şeytanlar göylərdən endi bir anda,
Laylalar ağıya döndü bir anda,
O, yanvar gecəsi namərd gülləsi.
Bir zaman şəkərdik, baldıq ay Allah,
Özümüzü tora saldıq ay Allah,
Dığalar əlində, qaldıq ay Allah,
O, yanvar gecəsi namərd gülləsi.
Xiyaban qəlblərdə dağ olsun vətən,
Başın uca üzün ağ olsun vətən,
Şəhlayam ölsəkdə sağ olsun vətən,
Qırdıq zəncirləri, qırdıq qəfəsi,
O, yanvar gecəsi namərd gülləsi.
01.19.2019...15:30.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











