Ombudsman 20 Yanvarla bağlı bəyanat yayıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) 1990-cı il 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar bəyanat imzalayıb.

Bəyanatda qeyd edilib:

"1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ silahlı qüvvələri tərəfindən Azərbaycan xalqının milli iradəsinin və müstəqillik tələblərinin zorakılıq yolu ilə boğulması məqsədilə mülki əhaliyə qarşı həyata keçirilmiş hərbi müdaxilədən 36 il ötür. İnsanlıq əleyhinə törədilmiş bu qanlı hadisə nəticəsində BMT-nin İnsan Hüquqları haqqında Ümumi Bəyannaməsinin, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın, habelə insan hüquqlarına dair digər beynəlxalq hüquqi sənədlərin müddəaları kobud şəkildə pozulub.

Kütləvi itkilərlə nəticələnən 20 Yanvar faciəsi öz mahiyyətinə və miqyasına görə XX əsrdə törədilmiş ən dəhşətli cinayətlərdəndir.

Həmin gecə Bakı şəhərində və respublikanın digər bölgələrində mülki və silahsız əhaliyə qarşı qeyri-mütənasib hərbi güc tətbiqi nəticəsində 150 nəfər dinc sakin qətlə yetirilib, 744 nəfər yaralanıb, nəticədə beynəlxalq hüquq normaları ilə bərabər, keçmiş SSRİ-nin və Azərbaycan SSR-in konstitusiyalarının müvafiq müddəaları da kobudcasına pozulub, öz torpaqlarının, milli mənliyinin müdafiəsinə qalxmış çoxmillətli xalqımıza vəhşicəsinə divan tutulub.

Dinc əhaliyə qarşı hərbi güc tətbiqi, xəbərdarlıq edilmədən və real təhlükə mövcud olmadan insanların həyat və sağlamlığına qəsd edilməsi beynəlxalq insan hüquqları hüququna görə yolverilməzdir və dövlətlərin fövqəladə vəziyyətlərdə belə riayət etməli olduqları mütləq hüquqların pozuntusu hesab olunur. Bu baxımdan, 20 Yanvar hadisələri beynəlxalq hüquq normalarının ciddi şəkildə pozulduğunu təsdiq edir.

O dövrdə ən ciddi bəyanatı xalqımızın Moskvada yaşayan Ulu Öndəri Heydər Əliyev Azərbaycan xalqı adından vermişdi. Təzyiqlərə və şəxsi təhlükəsizlik risklərinə baxmayaraq, 1990-cı il yanvarın 21-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində mətbuat qarşısında çıxış edərək dinc əhaliyə qarşı törədilmiş bu ağır cinayəti açıq şəkildə pisləməsi, onun birbaşa keçmiş SSRİ rəhbərliyinin məsuliyyəti olduğunu bəyan etməsi 20 Yanvar faciəsinə ilk siyasi və hüquqi qiymətin verilməsi baxımından mühüm tarixi əhəmiyyət kəsb etmişdir.

Bununla yanaşı, beynəlxalq ictimaiyyət və aidiyyəti beynəlxalq təşkilatlar tərəfindən həmin dövrdə bu hadisələrə lazımi siyasi-hüquqi qiymətin verilməməsi beynəlxalq ədalət prinsiplərinin pozulması ilə nəticələnmiş, cəzasızlıq mühitinin formalaşmasına zəmin yaratmışdır. BMT-nin insan hüquqları mexanizmləri çərçivəsində kütləvi və ağır pozuntulara vaxtında və prinsipial reaksiya verilməməsi sonrakı mərhələlərdə regionda insan hüquqlarına qarşı törədilmiş digər ağır cinayətlər üçün əlverişli zəmin yaratmışdır.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq vurğulamaq istərdim ki, 20 Yanvar faciəsinin beynəlxalq hüquq normaları prizmasından obyektiv və hərtərəfli araşdırılması, bu hadisələrin insanlıq əleyhinə cinayət kimi tanınması, habelə yalnız icraçıların deyil, qərar qəbuletmə prosesində iştirak etmiş bütün məsul şəxslərin hüquqi cavabdehliyinin təmin edilməsi ədalətin bərpası baxımından zəruridir.

Bu istiqamətdə beynəlxalq təşkilatları, xüsusilə BMT-nin müvafiq mexanizmlərini prinsipial mövqe sərgiləməyə, 20 Yanvar hadisələrini törətmiş şəxslərin ədalət mühakiməsinə cəlb edilməsi, bu qanlı aksiyaya beynəlxalq hüquqi qiymət verilməsi məqsədilə birgə əməkdaşlığa dəvət edirəm.

20 Yanvar şəhidlərinin əziz xatirəsi Azərbaycan xalqının yaddaşında daim yaşayacaqdır".

Son xəbərlər

Bu ərazilərdə işıq olmayacaq

Sumqayıtda YAP-ın VIII Qurultayı ilə bağlı müşavirə keçirildi - FOTOLAR

"Deha"dan sonra bu seriala çəkiləcək - FOTO

Sahibkar “Süni intellekt” adlı yeni siyasi partiya yaratdı

3 yaşlı uşaq traktorun qoşqusu altında qalaraq öldü

İtaliyadakı qıtlıq Merkeli şoka salıb

Meyvə və tərəvəzlərin qida dəyəri 50 faiz azalıb – XƏBƏRDARLIQ

Sazın və Sözün Şirvan Zirvəsi

Payızda yaz yaşayırıq – Alimlərin xəbərdarlıq etdiyi GİZLİ TƏHLÜKƏ

Sevinc YUNUSLU : Bağışla ilahi məni, bu gecənin xətrinə… - FORO

Bu serialın heyətində dəyişiklik ediləcək

Çində güclü zəlzələ oldu

✍️ Tapdıq ƏLİBƏYLİ : BELƏ DƏ OLUR...

Etiraz aksiyalarını qadağan edəcəklər

Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub

Abşeronda anasını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib

Hindistanın xarici işlər naziri sabah Azərbaycana səfər edəcək

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Sutka 25 saat olacaq: nə vaxt baş verəcəyi HESABLANDI

15 il sonra eyni filmdə... - Fotolar

Yardımlı Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib

“Sənə yetməyin bircə yolu var: Yanmaq!!!”

Prezidentin Xankəndi, Ağdərə və Xocalıda xüsusi nümayəndəsi vəzifəsindən azad edilib

Milli Məclis Fransada kütləvi etirazlara və insan hüquqlarının pozulması hallarına münasibət bildirib, çağırış edib

"The New York Times": ABŞ və İsrail İrana yeni zərbələr endirməyi planlaşdırır

Azərbaycan nefti cüzi bahalaşıb

Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031