Ombudsman: Beynəlxalq ictimaiyyəti Ermənistanın mina terroruna qarşı müvafiq sanksiyalar tətbiq etməyə çağırıram
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva ötən gün baş vermiş mina partlayışları ilə bağlı bəyanat yayıb.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bəyanatda deyilir:

“Ermənistanın mina terroru mülki şəxslərin və hərbi qulluqçularımızın həyatına təhlükə yaratmaqda və son qoymaqda davam edir.

Oktyabrın 6-da baş vermiş üç mina hadisəsi nəticəsində bir mülki şəxs həlak olmuş, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçusu və digər mülki şəxs yaralanmışdır.

İşğaldan azad edilmiş ərazilərimizdə Ermənistan tərəfindən basdırılmış minalar mülki şəxslərin və hərbi qulluqçularımızın təhlükəsizliyinə, regionda sülh quruculuğu prosesinə, həyata keçirilən infrastruktur layihələrinin icrasına, habelə keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışı prosesinə ciddi maneə yaradır.

Dəfələrlə müraciət edilməsinə baxmayaraq, Ermənistan tərəfinin dəqiq mina xəritələrini ölkəmizə təhvil verməməsi mülki şəxslərin və hərbi qulluqçuların həlak olması ilə nəticələnir. Ermənistanın bu addımı onların bölgədə sülhün bərpa olunmasında maraqlı olmadıqlarını bir daha göstərir.

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili olaraq, dəqiq mina xəritələrinin Ermənistan tərəfindən ölkəmizə təhvil verməsini, regionda sülhün bərqərar olunmasında birliyin nümayiş olunmasını qəti şəkildə tələb edir, beynəlxalq ictimaiyyəti Ermənistanın mina terroruna qarşı müvafiq sanksiyalar tətbiq etməyə çağırıram”.

Son xəbərlər

Bakıda Qədim Sazın və Sözün Möhtəşəm Zəfəri - FOTOLAR

“Aşk-ı Memnu”nun “Arsen”i vəfat etdi

NBC: ABŞ-də F-16 qırıcısı qəzaya uğrayıb

Merz Trampla Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Bu gün Milli Musiqi Günüdür

Rauf İLYASOĞLU : BİZ SƏNSİZ QALMIŞIQ, AY OQTAY QAĞA - FOTO

Ərdoğanla Trampın görüşü olacaq

Rusiya millisi Azərbaycanda dördillik həsrətə son qoyacaq

ƏZİZƏ AĞAHÜSEYNQIZI : BU PAYIZI ÖZÜN İLƏ APARMA - FOTO

Vaqif Vüqar : Nizamı məqbərəsində düşüncələrim - FOTO

Arzu Yaqub qızı : Saçını meh darasa... - FOTO

Vəsiyyəti açıqlanmadan mübahisələrə səbəb oldu - İnanırın mirasına nələr daxildir?

"Teşkilat" nə vaxt yayımlanacaq?

“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...”

Tarverdi Abbasov Ömrünün Yaradıcılıq Salnaməsi

ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi

Bakıda ev almaq sərf etmir? – 25 illik hesabın ŞOK NƏTİCƏSİ

Nicat Novruzoğlu : Nolar ki,bir salam yolla.. - FOTO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır

Şəhid (Antiterror hadisələri zamanı) Vüsal Şəhriyarovun anası Tatış Ananın 45 yaşı tamam olur - FOTOLAR

Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək

8 il sonra yenidən “Leyli” olacaq

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTOLAR - YENİLƏNİB - FOTO

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Prezident: Azərbaycan məlum mərkəzlərdən maliyyələşən media strukturlarının təxribatlarına qarşı böyük uğurlar əldə edib

Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930