Zəlimxan YAQUB

Zarafat eyləmə, qurbanın olum,
Bu dünya zarafat meydanı deyil.
Qarışqa yerişi rahat yerişdi,
Bu meydan köhlən at meydanı deyil.

Oynadıb çox şeyi umar, oynama,
Etsə də ruhunu xumar, oynama,
Sən bu qumarbazla qumar oynama,
Zarafat gəlməsin sənə bu dünya.

Çox yerdə qəbrini qazan olacaq,
Başın qaynamaqdan qazan olacaq,
Sanma yaşamağın asan olacaq,
Zarafat gəlməsin sənə bu dünya.

Yoxsulluq yoxsulun bağrına oxdu,
Mədəsi toxların məzəsi toxdu.
Fil var, qarışqaca hörməti yoxdu,
Zarafat gəlməsin sənə bu dünya.

Çox yerdə məkrli oyun olacaq,
Şir, pələng çevrilib qoyun olacaq,
Hələ neçə dəfə toyun olacaq,
Zarafat gəlməsin sənə bu dünya.

Ömrünü qar yeyib, qış aparacaq,
Xırmandan dənini quş aparacaq,
Dünyadan əlini boş aparacaq,
Zarafat gəlməsin sənə bu dünya.

Qeybətin quyusu, hiylənin toru,
Sənə diri-diri göstərər goru.
Başın var, başsızdan başını qoru,
Zarafat gəlməsin sənə bu dünya.

Şeytan dura-dura şərlənər dəvə,
Qatır quyruğunda hərlənər dəvə.
Kinindən yıxılar, tirlənər dəvə,
Zarafat gəlməsin sənə bu dünya.

Muğamı ağlamaq, valı ağlamaq,
Valın da qırılmış halı ağlamaq.
Fışqırıq çalmağın dalı ağlamaq,
Zarafat gəlməsin sənə bu dünya.

Yasın yeddisi var, üçü, qırxı var,
Qəbir yerinin də haqqı, nırxı var,
Ölümdən sonra da min cür qorxu var,
Zarafat gəlməsin sənə bu dünya.

Ürəyə çəkilən dağdı, düyündü,
Hər gün xırdalanan ömürdü, gündü,
Gör bu dəyirmanda kimlər üyündü,
Zarafat gəlməsin sənə bu dünya.

Zəlimxan, günahın yeddi qat olar,
Həyatın qan dolu bir həyat olar.
Zarafat eyləsən, şahın mat olar,
Zarafat gəlməsin sənə bu dünya!

Son xəbərlər

BƏDİİ QİRAƏTİN BƏHİYYƏ XANIM ZİRVƏSİ

“Dindarlar hər zaman dövlətimizin yanındadır” - Şeyx

Sabah Bakıda yağış, rayonlarda qar yağacağı gözlənilir - PROQNOZ

EBRD Azərbaycanla Yaşıl Enerji Səmərəliliyi Çərçivəsi quracaq

Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

İlham Əliyev İƏT ölkələri korrupsiya orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət ünvanlayıb

Yeni qərar müəllimlərin maaşına təsir edəcək

Azərbaycan Kuboku: Bu gün II təsnifat mərhələsinin daha 5 oyunu keçiriləcək

"Instagram"da yeni funksiya

Həsənxan ƏSƏDOV : Dünyandan sən köçüb gedəndən ATA! - FOTO

Uzunömürlülüyün sirri olan 7 qida - Açıqlandı

Sanksiyalar İrana mane ola bilmədi - Hasilatı artırdılar

Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar

“Prezident əvəzinə qubernator seçək, 51-ci ştatımız olsun”

ŞƏHİD XATİRƏSİ QƏLBLƏRDƏ ƏBƏDİ YAŞAYIR

CNN: ABŞ İrana genişmiqyaslı hərbi zərbələr endirməyə hazırlaşır

İsraildə parlament seçkiləri başa çatdı - Netanyahunun partiyası öndədir

Nicat Novruzoğlu : Quşlar təbiətin telefon zəngi - FOTO

Azərbaycanın voleybol klubu avrokuboklarda ilk qələbəsini qazanıb

Növbəti Bərdə terrorundan 6 il keçdi

Bakı Təşəbbüs Qrupu Fransanın Korsika ilə bağlı qərarını pisləyib

İranı "ağılsız ölkə" adlandırıb Almaniyaya söz atdı

Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər

Süni intellekt məhkəməyə verildi - ChatGPT-a uşaqlara zərər vurmaq İTTİHAMI

Bakının bu rayonlarında işıq olmayacaq

İsmail Kartal 5-ci dəfə “Fənərbaxça”dan getdi

“Barbie” kimi görünəcəyəm demişdi - Son halını paylaşdı

Oktyabrın 27-də ”Sözün Böyük Sultanı: Xaqani Şirvani-900” mövzusunda tədbir keçirilib - FOTOLAR

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031