
Xəbərlər
10.11.2025, 11:59
Lənət sənə kor şeytan... Müəllif:Günel Türksoy - FOTO
Kimə yaxın,kimdən uzaq olmusan,
Düz yol üstdə əyri bucaq olmusan,
Soyuq başa isti qucaq olmusan
Lənət sənə,lənət sənə kor şeytan...
Mərdi qovub,namərdlərə tən etdin,
Quzuları qurda, quşa yem etdin,
Nə etdinsə bizə elə sən etdin,
Lənət sənə,lənət sənə kor şeytan...
Bir gün dəli ,bir gün dönüb kor oldun,
Fikirləri düyün salan tor oldun,
Nə ölmədin,nə itmədin,var oldun,
Lənət sənə,lənət sənə kor şeytan...
Mələk kimi görünürsən gözlərə,
Şər atırsan fağırlara,düzlərə,
Kənar dayan,yaxın gəlmə bizlərə,
Lənət sənə,lənət sənə kor şeytan...
Küləyini başım üstdə əsdirmə,
Bəsdir məni həyatımdan küsdürmə,
Çıx ağlımdan,çıx fikrimdən, bezdirmə,
Lənət sənə,lənət sənə kor şeytan.
Düz yol üstdə əyri bucaq olmusan,
Soyuq başa isti qucaq olmusan
Lənət sənə,lənət sənə kor şeytan...
Mərdi qovub,namərdlərə tən etdin,
Quzuları qurda, quşa yem etdin,
Nə etdinsə bizə elə sən etdin,
Lənət sənə,lənət sənə kor şeytan...
Bir gün dəli ,bir gün dönüb kor oldun,
Fikirləri düyün salan tor oldun,
Nə ölmədin,nə itmədin,var oldun,
Lənət sənə,lənət sənə kor şeytan...
Mələk kimi görünürsən gözlərə,
Şər atırsan fağırlara,düzlərə,
Kənar dayan,yaxın gəlmə bizlərə,
Lənət sənə,lənət sənə kor şeytan...
Küləyini başım üstdə əsdirmə,
Bəsdir məni həyatımdan küsdürmə,
Çıx ağlımdan,çıx fikrimdən, bezdirmə,
Lənət sənə,lənət sənə kor şeytan.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












