
Xəbərlər
16.01.2026, 19:45
Sən bəs harda idin bu çağa qədər? - FOTO
RAQİF NAZİMOĞLU
Heç kimə inamım qalmayıb daha,
Məni məndən alıb gedənlər olub.
Üz-üzə - səninəm, - deyib, kənarda
Yüz dəfə xəyanət edənlər olub.
Sevgi fövqündəki soyad kimidi,
Adam var, baxırsan, boyat kimidi.
Ölüm yuxusu da həyat kimidi,
Köksümü qəm ilə didənlər olub.
Mənəvi borcum var aqil, pir kəsə,
Doğru düz yol gedər, haqsız, şər kəsə.
Ruhlar təmiz gəlib göydən hər kəsə,
Onları pis edən bədənlər olub.
Tüstü çöl yoludu ocağa qədər,
Ürək ah-vay edər qucağa qədər...
Sən bəs harda idin bu çağa qədər?
Məni künc-bucaqda güdənlər olub.
Məni məndən alıb gedənlər olub.
Üz-üzə - səninəm, - deyib, kənarda
Yüz dəfə xəyanət edənlər olub.
Sevgi fövqündəki soyad kimidi,
Adam var, baxırsan, boyat kimidi.
Ölüm yuxusu da həyat kimidi,
Köksümü qəm ilə didənlər olub.
Mənəvi borcum var aqil, pir kəsə,
Doğru düz yol gedər, haqsız, şər kəsə.
Ruhlar təmiz gəlib göydən hər kəsə,
Onları pis edən bədənlər olub.
Tüstü çöl yoludu ocağa qədər,
Ürək ah-vay edər qucağa qədər...
Sən bəs harda idin bu çağa qədər?
Məni künc-bucaqda güdənlər olub.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay









