
Xəbərlər
15.01.2026, 00:04
Dağlar əzəmət itirməz - FOTO
Arzu Yaqub qızı.
Tükətmək heç asan deyil,
Tükənən deyiləm vallah.
Gecədən əldə qələmlə,
Oyanıram sabah- sabah.
Doğrudur qayğılarım çox,
Şeirimlə büküb atıram.
Ürəyin məni gizlədir,
Düşünmə qında yatıram.
Hər addımda yolumu kəs,
Şeirim səni əzib keçir.
Mənim ruhum uzaqlarda,
Dağ - dərəni gəzib keçir.
İstəyirsən sənə verim,
Sındır əldə qələmimi.
Beynimi sındırmaq olmaz,
Heç gözləmə ələmimi.
Öz yolum, öz izim vardır,
Mən öz yolumla gedirəm.
Yoluma söz işıq saçır,
İlham baxçamda bitirəm.
Hey gözlərin ələ verir,
Ürəyinin niyyətini.
Düz yoluyla gedən gedir,
Heç çəkmə əziyyətini.
Sapa düzüb inci kimi,
Oxşayıram söz günləri.
Gözmuncuğu elə ömrə,
Saxta, yalan düz günləri.
Sən Allah gözdən uzaq tut,
Yük olmayım gözlərinə.
Eh soyuqqanlı baxıram,
Bəlkə cavab sözlərinə.
Hər qazancın bir sonu var,
Halallığı sevə insan.
Dağlar əzəmət itirməz,
Başın üstə alsa duman.
Kənarda görünüm qalım,
Kənarda deyiləm ki mən.
Ürəklərdə olsam yetər,
Çıxar məni gözlərindən.
Tükənən deyiləm vallah.
Gecədən əldə qələmlə,
Oyanıram sabah- sabah.
Doğrudur qayğılarım çox,
Şeirimlə büküb atıram.
Ürəyin məni gizlədir,
Düşünmə qında yatıram.
Hər addımda yolumu kəs,
Şeirim səni əzib keçir.
Mənim ruhum uzaqlarda,
Dağ - dərəni gəzib keçir.
İstəyirsən sənə verim,
Sındır əldə qələmimi.
Beynimi sındırmaq olmaz,
Heç gözləmə ələmimi.
Öz yolum, öz izim vardır,
Mən öz yolumla gedirəm.
Yoluma söz işıq saçır,
İlham baxçamda bitirəm.
Hey gözlərin ələ verir,
Ürəyinin niyyətini.
Düz yoluyla gedən gedir,
Heç çəkmə əziyyətini.
Sapa düzüb inci kimi,
Oxşayıram söz günləri.
Gözmuncuğu elə ömrə,
Saxta, yalan düz günləri.
Sən Allah gözdən uzaq tut,
Yük olmayım gözlərinə.
Eh soyuqqanlı baxıram,
Bəlkə cavab sözlərinə.
Hər qazancın bir sonu var,
Halallığı sevə insan.
Dağlar əzəmət itirməz,
Başın üstə alsa duman.
Kənarda görünüm qalım,
Kənarda deyiləm ki mən.
Ürəklərdə olsam yetər,
Çıxar məni gözlərindən.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












