Bu yazını yazmağa dünəndən hazırlaşsam da bacara bilməmişəm...

Bu gün həmən o soyuq, şaxtalı yanvar günüdür, 14 yanvar gunü..səni bizdən, balalarından, məndən, əziz balandan, anamdan əbədi ayıran 14 yanvar günüdür .əllərim işə, gücə yatmır..xəyalımda, duyğularında yenə sənin nurlu çöhrəndi . İlləri günə, aya vursam səni bizdən 4745 gün, 5 saat ,20 dəqiqə ayırır...bu yoxluğu sözlə ifadə etmək çox çətindir..gərək polad iradən ola ki, bu sonsuz ayrılığın verdiyi əzabları, həsrəti, hicranı, acılı şirinli xatirələrini ipə, sapa düzüb, ürəyinin ahını ağ varaqlara boşalda biləsən..yox! Bacarmadım!.. Sən elə bir varlıqsan ki Ata, səni hər an xatırlamaq belə gözəldi.. düşunurəm ki, nə yaxşi ki, elə mənim atam bu tərzdə, bu biçimdə, bu xarakterdə, xasiyyətdə olub..sadə, əli qabarlı, ailəcanlı, balacanlı, gözü, könlü tox, əliaçıq, ürəyitəmiz, dostcanlı, qohumcanlı, süfrəsi açıq, halal nemətli, haram tanımayan, kitabsevər, dünyagörüşlü, sadəlikdə böyüklüyünü gizlədən, olduqca səmimi və söhbətcil, kitab dilli xoş unsiyyətlisən..bu mənim sən tərəfdən qazandığım ən böyük qazancimdı Ata! Sənin belə gözəl xasiyyətlərini saydiqca bu soyuq yanvar günündə üşüyən qəlbimə istilik axdı..sən hər zaman mənim xəyallarımda, duyğularında, şeirlərimdəsən.. Ruhun şad olsun sözə, əbədiliyə sıgmayan ruhu gözəlim, ATAM..!
14 yanvar 2013
14 yanvar 2026


SƏNİ XATIRLADIM, ATA
Səhərdir, üfüqün rəngi boğunuq,
Göydə qoşalaşıb buludlar yenə.
Yadıma atalı günlərim düşüb,
Mənim əvəzimdən buludlar dinə.

Sənsən həm sevincim, sənsən həm qəmim,
Yurdunu qoruyum, yuvanı sevim!
Nurlu təbəssümün könül həmdəmim,
Sözün, söhbətinlə isinir evim.

Ovuna bilmirəm xatirələrlə,
Günümü sayıram birtəhər, ata.
Qaranquş bahardan xəbər gətirdi,
Səni gətirmədi bu bahar, ata.

20.03.2016

ATAMA
Sığmırsan söhbətə, sığmırsan sözə,
Səni bir şeirə necə sığdırım?
Sən küllü bəşərsən, yağışa həsrət,
Uca kainatı necə yağdırım?

Sən elə varlıqsan ucadan uca,
Səni vəsf eləmək mənə çətindi.
Məni duyğularda dalğalandıran,
Könlümdə boy atan sədaqətindir.

Xoş bir xatirəsən, unutmaq çətin-
Sən mənim qəlbimdə, şeirimdəsən.
Axşamlar qüruba dönər şəfəqin,
Səhərlər üfüqdə dan yerindəsən.

Günəşsən ömrümə daim nur saçan,
Sən mənim arzumda, diləyimdəsən.
Bir simurq quşuna dönərəm, əgər,
Ən uzaq diyardan məni səsləsən!


ATAMA
Atam yatır dünəndən,
Keşiyini çəkirik.
Üşüməsin deyə biz,
Yan-yörəsin bükürük.

Toplanıb dövrəsinə,
Həm doğması, həm yadı.
Atam yatır dünəndən,
Heç gözünü açmadı.

Bu uzanış, bu yatış,
Heç könlümü açmadı.
Səslədim, səsi gəlməz,
Doğması, kəsi gəlməz.

Köçübdü yaşıdları,
Bir bax, nəfəsi gəlməz.
Aramla nəfəs alır,
Neçə gündü ac yatır.

Ötüb keçən ömürdən,
San ki, alır bac, yatır.
Bədəni, əli isti,
Üz-gözü sopsoyuqdu.

Aramla nəfəs alır,
Düşünürəm bayaqdan,
Elə san ki, sahilə,
Yan alan bir qayıqdı.


ATAMA
Əllərinin qaban,
Gözlərimin nurudur.
Özün uzaq məkanda,
Adın məni qorudu.

İlıq təbəssümünlə,
Hey məni dindirərdin.
Baməzə söhbətinlə,
Könlümü güldürərdin.

Əziz qoyub ay ata,
Adımı əzizlədin.
Mənə gələn əzabı,
Qadamı əzizlədin.

Tək bircə tumarınla,
Yaşa doldum, böyüdüm.
«Qadın tikanlı olar!»
Yaddan çıxmaz öyüdün.

O çiçək xəyalından,
Kövrəlirəm, doluram.
Sənsizliyi duyanda,
Bənövşətək soluram.


BİR GECƏLİK QONAQSAN
(Atamın son dəqiqələrinə)
Niyə uzanmısan daş parçasıtək?
Dindir, şirin dillə danışdır məni.
Soruş:-nə yazmısan, təzə nəyin var?
Qoy mən də oxuyum təzə nəğməmi.

Gözlərim üzündə suala döndü,
Susdun dəniz kimi, batdın ay kimi.
İçimdə bir ümid yarı bölündü,
Dil açdı könlümün inləyən simi.

Niyə soruşmursan pünhan dərdimi?
Danış, üşüyərsən ata, donarsan!
Sükuta qərq olmuş soyuq otaqda,
Axı, bir gecəlik mənə qonaqsan!

13.01.2013

HARDASAN, ATA
Nurlu xatirənlə xəyalımdasan,
Səni istəyirəm, hardasan, ata?
Atasız yaşamaq deyilmiş asan,
Qoymazdın balanı darda sən, ata.

Kərvanın köç etdi ulu dünyadan,
Getdin, evimizdən yerin boşaldı.
Haraya üz tutdum sənsizlik dadan,
Qəmli xatirələr xəyala daldı.

Evimiz, qapımız, bağça-bağımız,
Sənsiz elə sönük görünür, ata.
Bir vaxt o yatdığın baş otağımız,
Dərin sükunətdə sürünür, ata.

Dəryazın ağacdan asılı qalıb,
Zindanın, çəkicin səsi gəlməyir.
Həyat-bacamızı qəm-kədər alıb,
Daha mən istəyən kəsi gəlməyir.

Gəlmir quyumuzun suyu dərindən,
Ağaclar quruyub sanki dərdi var.
Alabaş zingilti döymür yerindən,
Uçub qonşuluqda hördüyün divar.

Elə bil səssizlik yuyub səsimi,
Üfüqdə sökülən danam qapıya.
Haçandan-haçana duyub səsimi,
Boylanır tək qalan anam qapıya.

Nurlu xatirənlə xəyalımdasan,
Səni istəyirəm, hardasan, ata?
Atasız yaşamaq deyilmiş asan,
Qoymazdın balanı darda sən, ata.

Əzizə Ağahüseynqızı

Son xəbərlər

Formula 1 yarışlarının məsafəsi 15 kilometr qısaldılacaq

Bakıda bu rayonda 52 qəzalı bina - Söküləcək

Trampın iştirakı ilə Qrenlandiya sazişi sentyabrın 22-də imzalanacaq

Messi daha bir rekordun astanasında

Borc üstündə silahlı toqquşma: ölənlər var

Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

Tramp Ağ Evdə yeni helikopter meydançasını açıb

27. 09.2026-də, saat 11:00-da hər biriniz QOŞMA ƏDƏBİ MƏCLİSİNƏ dəvətlisiniz

Əzizə Ağahüseynqızı : MƏN ŞEİR DEMƏYƏ QAÇIB GƏLMİŞƏM - FOTO

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

Hava limanında saxlanılan Afra sərbəst buraxıldı - Yenilənib

BİR ÖMRÜN GÖZƏL BAŞLANĞICI - FOTOLAR

1 milyardlıq mirasını xanımına vəsiyyət edib

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində 7-ci “Yaşıl dağ” ekoloji-sosial aksiyası keçirilib - FOTOLAR

"Google" 403 milyon avro cərimələndi

PAYIZ ƏTİRLİ YARADICILIQ...

Xəzər dənizində zəlzələ olub

Nazirlər Kabineti şagirdlərin geyim formasının standartlarını təsdiqləyib

Şakərindən əl çəkə bilməyən Ermənistan – köhnə havaya "oynayan" rəsmi İrəvan - ŞƏRH

Bakıda iki bağça fəaliyyətə başladı

"Zirə"nin legioner futbolçuları ölkələrinin milli komandalarına dəvət alıblar

Ağır qəzadan xəsarət almadan qurtuldular - Foto

“Ay nazirlər, hünəriniz çatırsa, o camaatın qarşısına özünüz çıxın!”

70 yaşlı qadın polis tərəfindən saxlanıldı - Bu əməllərə görə

İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolunun tikintisi üzrə razılaşmanı təsdiqləyəcək

Floridada “Şahed-136”nın ABŞ klonu tapıldı - Pentaqon susur

Gələn ildən maaşlardan tutulan gəlir vergisi dəyişir - YENİ HESABLAMA QAYDASI

Alim Qasımov Üzeyirlə duetindən danışdı

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930