Axtar.

Cəsarət silahım, qürur qalxanım,
Bir dərya istərəm düşüm, çalxanım,
Oddan ayrılmışam, odlanmaz canım,
Sən məni günəşin zərində axtar.

Gəzirəm göylərin yeddi qatında,
Uçuram hər zaman Mövlan atında,
İnsanın kimliyi bitir zatında,
Sevmirəm dayazı, dərində axtar.

Özünə qiymət ver, düşmə ayağa,
Yüz yaşında insan olur bir çağa,
Sanbal-salxağınla bənzəsən dağa,
Qisməti müftə yox, tərində axtar.

Harda ki alçaldın, orda yıxıl öl,
Yaxşı dostun üçün qəlbini tən böl,
Uca tut kəlməni, bir xəzinə bil,
Hər sözü, söhbəti yerində axtar.

Nə dağlara baş əy,nə düzə yalvar,
İstəsən ruhumu canımdan qopar,
Atəşi aparsa bir yelli çapar,
Axtarsan, axtarsan, şe(i) rində axtar.

12.01.2026.


Nənəmin.

Ata nənəm Şərəbanıya ithaf.
Sanki bir kişiydi başı örtülü,
Qılıncdan itiydi sözü nənəmin.
Mümkünsüz... Yanından bir çöp ötürmək,
Alıcı quş idi gözü nənəmin.

Qulac saçlarını hörüb atardı,
Çiçəklə bəzənmiş taxtda yatardı,
Şirin qımqımıyla ərşə çatardı,
Tülək-tərlan idi özü nənəmin.

Getmir xəyalımdan o dövran, o vaxt,
O taxca, o boğça, o qurulu taxt,
Elə bil quş kimi yatırdı-sərvaxt,
Keçirdi yaylaqda yazı nənəmin.

Həm lətif geyinən, həm lətif yeyən...
Tapmazdın işinə bir nöqsan deyən,
Bir saray qurmuşdu göylərə dəyən,
Olmazdı bir yerdə tozu nənəmin.

Həm bir mömin idi, həm sazsız Ozan,
Çalış əməlinlə adını qazan,
Bir ömrü beş bənddə dastana yazan
Brilyant Atəşdi qızı nənəmin.

14.01.2026.

Son xəbərlər

Formula 1 yarışlarının məsafəsi 15 kilometr qısaldılacaq

Bakıda bu rayonda 52 qəzalı bina - Söküləcək

Trampın iştirakı ilə Qrenlandiya sazişi sentyabrın 22-də imzalanacaq

Messi daha bir rekordun astanasında

Borc üstündə silahlı toqquşma: ölənlər var

Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

Tramp Ağ Evdə yeni helikopter meydançasını açıb

27. 09.2026-də, saat 11:00-da hər biriniz QOŞMA ƏDƏBİ MƏCLİSİNƏ dəvətlisiniz

Əzizə Ağahüseynqızı : MƏN ŞEİR DEMƏYƏ QAÇIB GƏLMİŞƏM - FOTO

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

Hava limanında saxlanılan Afra sərbəst buraxıldı - Yenilənib

BİR ÖMRÜN GÖZƏL BAŞLANĞICI - FOTOLAR

1 milyardlıq mirasını xanımına vəsiyyət edib

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində 7-ci “Yaşıl dağ” ekoloji-sosial aksiyası keçirilib - FOTOLAR

"Google" 403 milyon avro cərimələndi

PAYIZ ƏTİRLİ YARADICILIQ...

Xəzər dənizində zəlzələ olub

Nazirlər Kabineti şagirdlərin geyim formasının standartlarını təsdiqləyib

Şakərindən əl çəkə bilməyən Ermənistan – köhnə havaya "oynayan" rəsmi İrəvan - ŞƏRH

Bakıda iki bağça fəaliyyətə başladı

"Zirə"nin legioner futbolçuları ölkələrinin milli komandalarına dəvət alıblar

Ağır qəzadan xəsarət almadan qurtuldular - Foto

“Ay nazirlər, hünəriniz çatırsa, o camaatın qarşısına özünüz çıxın!”

70 yaşlı qadın polis tərəfindən saxlanıldı - Bu əməllərə görə

İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolunun tikintisi üzrə razılaşmanı təsdiqləyəcək

Floridada “Şahed-136”nın ABŞ klonu tapıldı - Pentaqon susur

Gələn ildən maaşlardan tutulan gəlir vergisi dəyişir - YENİ HESABLAMA QAYDASI

Alim Qasımov Üzeyirlə duetindən danışdı

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930