Xəbərlər
31.08.2025, 15:10
Arzu Yaqub qızı : Səni yuxumdan qovdum - FOTO
Kimdədir günah?
Səni yuxumdan qovub
Xəyalımda gəzirəm.
Bükürəm qayğıları,
Kipriyimə düzürəm.
Hanı o Məlikməmməd,
Saçından asılan qız ,
Taleyini axtarıb
Bəxtinə yazılan qız ?..
Üzündəki gülüş də
Gülüşlərdən uzaqdır.
İncitmə gülüşünü,
Saxta gülüş qınaqdır.
Bir az da var inadın ,
Məndə də qürur axtar.
Yanaşı addımlayaq,
Deyəcəklər bəxtiyar.
Gecənin qaranlığı,
Dan yerisən səhərin.
Başını buraxacam,
Acı xatirələrin .
Səbrimin daşı ağır,
Əl ayaq aç, əldən tut.
Ya həmdəm ol qayğıma,
Ya birdəfəlik unut.
İlmələnir günlərim,
Bax, xalı toxuyacam.
Qaranlıqda ulduzam,
Qəlbini oxuyacam.
Səni yuxumdan qovdum,
Yuxu tərs yozulur, bax.
Dərdi yuxusuz gözlüm,
Söylə kimdədir günah?..
Xəyalımda gəzirəm.
Bükürəm qayğıları,
Kipriyimə düzürəm.
Hanı o Məlikməmməd,
Saçından asılan qız ,
Taleyini axtarıb
Bəxtinə yazılan qız ?..
Üzündəki gülüş də
Gülüşlərdən uzaqdır.
İncitmə gülüşünü,
Saxta gülüş qınaqdır.
Bir az da var inadın ,
Məndə də qürur axtar.
Yanaşı addımlayaq,
Deyəcəklər bəxtiyar.
Gecənin qaranlığı,
Dan yerisən səhərin.
Başını buraxacam,
Acı xatirələrin .
Səbrimin daşı ağır,
Əl ayaq aç, əldən tut.
Ya həmdəm ol qayğıma,
Ya birdəfəlik unut.
İlmələnir günlərim,
Bax, xalı toxuyacam.
Qaranlıqda ulduzam,
Qəlbini oxuyacam.
Səni yuxumdan qovdum,
Yuxu tərs yozulur, bax.
Dərdi yuxusuz gözlüm,
Söylə kimdədir günah?..
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay

