
Xəbərlər
14.01.2026, 00:08
HƏCƏR KİMİYƏM : AYGÜN HÜSEYN - FOTO
Zamanın səsidir bu dövran, bu çağ,
Həqiqət sinəmdə qalayıb ocaq.
Haqq yolu üzümə açıbdır qucaq,
Kəhərin üstündə Həcər kimiyəm.
Həyat naxış-naxış ömrü toxuyub,
Əcdadların ruhu qeyrət qoxuyur.
Könlümdə arzular şövqlə oxuyur,
Kəhərin üstündə Həcər kimiyəm.
Günüm aya dönür, ayım gün olur,
Bəzən namümkün də lap mümkün olur.
Bu dünya nur dolu bir Aygün olur,
Kəhərin üstündə Həcər kimiyəm.
Həqiqət sinəmdə qalayıb ocaq.
Haqq yolu üzümə açıbdır qucaq,
Kəhərin üstündə Həcər kimiyəm.
Həyat naxış-naxış ömrü toxuyub,
Əcdadların ruhu qeyrət qoxuyur.
Könlümdə arzular şövqlə oxuyur,
Kəhərin üstündə Həcər kimiyəm.
Günüm aya dönür, ayım gün olur,
Bəzən namümkün də lap mümkün olur.
Bu dünya nur dolu bir Aygün olur,
Kəhərin üstündə Həcər kimiyəm.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay

