
Xəbərlər
14.01.2026, 00:01
Ana dünyasında itmək istərəm! - FOTO
XƏLİL MİRZƏ
ANA DÜNYASI
Dünyanın ən uca zirvəsində mən
Bir ANA heykəli qoymaq istərəm.
Zülmü lərzə salıb var səsimlə mən
Ana nəğməsini yaymaq istərəm.
Ana kainata baxsın o yerdən,
Paklıq çeşmələnib axsın o yerdən.
O zirvə məhəbbət beşiyi olsun,
Ədalət bəşərin keşiyi olsun!
Haqqın təntənəsi coşsun cəng ilə,
Dünyanı fəth edən bir ahəng ilə!
Xəbis mətləblərlə bir savaş olsun,
Nadan əməliylə başa-baş olsun!
Günəş öz yolunu salsın o yerdən,
Dağlar qürurunu alsın o yerdən.
O, Türk dünyasının bənd yeri olsun,
Birlik, mübarizə, and yeri olsun!
Dünyanın ən dərin dəryasında mən
Ana sevgisiylə batmaq istərəm!
Dünyanın ən buzlu məcrasında mən
Ana laylasıyla yatmaq istərəm!
Dünyanın ən ülvi sevgisinə mən-
Ana sevgisinə çatmaq istərəm!
Dünyanın ən şirin nazını danıb,
Ana dünyasında itmək istərəm!
Bir ANA heykəli qoymaq istərəm.
Zülmü lərzə salıb var səsimlə mən
Ana nəğməsini yaymaq istərəm.
Ana kainata baxsın o yerdən,
Paklıq çeşmələnib axsın o yerdən.
O zirvə məhəbbət beşiyi olsun,
Ədalət bəşərin keşiyi olsun!
Haqqın təntənəsi coşsun cəng ilə,
Dünyanı fəth edən bir ahəng ilə!
Xəbis mətləblərlə bir savaş olsun,
Nadan əməliylə başa-baş olsun!
Günəş öz yolunu salsın o yerdən,
Dağlar qürurunu alsın o yerdən.
O, Türk dünyasının bənd yeri olsun,
Birlik, mübarizə, and yeri olsun!
Dünyanın ən dərin dəryasında mən
Ana sevgisiylə batmaq istərəm!
Dünyanın ən buzlu məcrasında mən
Ana laylasıyla yatmaq istərəm!
Dünyanın ən ülvi sevgisinə mən-
Ana sevgisinə çatmaq istərəm!
Dünyanın ən şirin nazını danıb,
Ana dünyasında itmək istərəm!
07.03.2007.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay

