
Xəbərlər
21.12.2025, 23:53
ŞƏHLA XƏLİLQIZI : İSTƏRƏM - FOTO
Ocaq istəyirəm odu gur olsun,
Nə sönsün, tükənsin, daima yansın,
Bir könül istərəm eşqi dür olsun,
Ətrafı günəş tək nura boyasın.
Bir baxış istərəm mənalı olsun,
Necə ki, həyatın mənası kimi,
Bir gözəl istərəm həyalı olsun,
Sevən könüllərin sonası kimi.
Bir baxça istərəm bağbanı olsun,
Açılan tər gülün ətri tükənməz,
Bir evin ocağın gülzarı olsun,
Eşq ilə yandıran işıqda sönməz .
Bir ömür istərəm qəmli olmasın,
Hər zaman sevinsin sevənlər kimi,
Bir cüt göz istərəm qəmdən dolmasın,
Heç nədən qırmasın qəlbdəki simi.
Bir övlad istərəm məni ucaltsın,
Hər an əlimdən tutsun açımasın,
Ana vətəninə qoy dayaq olsun,
Ömür yollarında daim yaşatsın.
Nə sönsün, tükənsin, daima yansın,
Bir könül istərəm eşqi dür olsun,
Ətrafı günəş tək nura boyasın.
Bir baxış istərəm mənalı olsun,
Necə ki, həyatın mənası kimi,
Bir gözəl istərəm həyalı olsun,
Sevən könüllərin sonası kimi.
Bir baxça istərəm bağbanı olsun,
Açılan tər gülün ətri tükənməz,
Bir evin ocağın gülzarı olsun,
Eşq ilə yandıran işıqda sönməz .
Bir ömür istərəm qəmli olmasın,
Hər zaman sevinsin sevənlər kimi,
Bir cüt göz istərəm qəmdən dolmasın,
Heç nədən qırmasın qəlbdəki simi.
Bir övlad istərəm məni ucaltsın,
Hər an əlimdən tutsun açımasın,
Ana vətəninə qoy dayaq olsun,
Ömür yollarında daim yaşatsın.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay















