Qəşəm Nəcəfzadə,
“Azərbaycan” jurnalının poeziya şöbəsinin müdiri,
38–ci Beynəlxalq Poeziya Festivalının iştirakçısı


Narahat ruhun poeziyası
(Tanınmış şair Firuzə Məmmədlinin şeirləri haqqında)

Hər bir şairin şeirlərində təqdim etdiyi həyata ədəbiyyat deyilir. Bu mənada Firuzə Məmmədlinin təqdim etdiyi həyat mənə çox maraqlı gəlir. Ədəbi mətnin tələb etdiyi kimi, müəllif müsbət və mənfi anladığmız hadisə və predmetlərin tərəfində dayanmır, onun üçün yaradılan nə varsa, hamısı eynidir. Həyatın və dünyanın tarazlığı yalnız onun vəhdətində qurulub. Sadəcə olaraq, şairin sərgilədiyi düyğuların estetik impulsu oxucuya nəyi seçib, seçələməyi öyrədir.
Firuzə xanımın yaradıcılıq stixiyası zaman – zaman yaşa dolub. 60- cı illərdən üzü bəri dəyişkən ədəbi- əsəbi küləklərə aldanmayıb, onlara qoşulub əsməyib, ta əvvəldən içindəki enerjinin axısına söykənib.

Görüb yerdə qərib mənəm,
Qələmin göndərib mənə.
Söz macalı verib mənə,
Tanrıdan səda gəlmişəm.

Şeirdən göründüyü kimi, insan ömrü əslində söz macalı kimi verilib. Tanrı göylərdən onu vaxt kimi endirib, göydə baş verən dəyişmələri bəlkə də yerə anlatmaq üçün şair yaradıb, əlinə qələm, beyninə düşüncə, dilinə söz verib.
O şeir gözəldir ki, onun daxilində enerji axını var. Ədəbiyyatda mətnin başladığı yer elə bu enerjidədir. Adına ilham da deyirlər, allah vergisi də. Amma bu enerji Firuzə xanımın yaradıcılığında total (böyümüş, geniş) xarekterli deyil. Təcrübə və zəhmət onu göydən yerə endirmiş, şeirin nizamına sala bilmişdir.
Firuzə Məmmədli poeziyası ruhun çırpıtılarını ifadə edir, o, bugünkü halına elə - belə gəlməyib, ayrılıq şaxtasına, həsrət buzuna düşüb. Ruhun enerjisi onu həmişə ayaqda saxlayıb. Şeirlər meyvə kimi dəyib, yetişib. “Altmışları,” “yetmişləri” sonalayıb, seçib seçələyib, yaxşını, pisi arayıb muraza çatıb, təfəkkürə, yaşa dolub. Artıq bu, yaradıcılıq prosesidir. Elə şair var ki, yüz kitabı çıxıb və yüz yaşı olsa da belə, prosesdən həmişə kənarda qalır, Firuzə Məmmədli bütün həyatı boyu “proses” şairi olmuşdur.
Birdən – birə nə düşmüşdü yadına,
Vərəqlədin keçmişini illərin.
Saydın, seçdin, seçmələdin nə yaxşı
Əllisini, yetmişini illərin.

Bu şeirdə “nə” ədatı, nə yaxşı, saydın, seçdin, seçmələdin sözlərinin ifadə tərzi, bir yerə yığılıb mətn yaratmaq və bəndi qanadlandırmaq istəyi həm Firuzə xanımın yaradıcılıq təxəyülü, yuxarıda dediyimiz kimi, dilin enerjisi, digər tərəfdən ustalığı bütövlükdə şeirdə yeni forma və məzmun əmələ gətirir.
Bu, artıq mərhələdir. Firuzə xanım mənaları, obrzları qışqırtmır, gözə soxmur, onu hiss və düyğunun yatımında elə verir ki, şeirin haradan gəldiyini bəzən hiss eləmirik, elə bilirik, şeir öz içimizdən göyərdi. Qışqırtmaq, hay – küy, tozanaq qopartmaq, eksperment eləmək mərhələyə çevrilə bilmir. Mərhələ səhranın (Məcnunluğun) içidir. Laldır, ucu bucağı yoxdur. Qara bir yuxudur.
Itirmədim həvəsini bu kəndin,
Xatirəmin mücrüsündə saxladım.
Havasını, nəfəsini bu kəndin
Ciyərimin bir güncündə saxladım.

Şeiri səhraya çevirən çiyərin bir güncünə yığılıb gizlənən kənd (yurd) havasının gücüdür. Biz onu ilk anda duya bilmirik. Yaş ötür, il keçir, ayaq büdrəyəndə, nəfəs təndiyəndə, göz qaralanda həmin o hava gizləndiyi yerdən qalxır ayağa. Və adamı yıxılmağa qoymur. Şairin filoloji tapıntısı şeirin nüvəsini təşkil edir və bu havadan həyatın çox qaranlıq yerlərinə işıq çəkilir. Şairin dilinin havacatı, intonasiyası, ruhu, axıcılığı həmin cüyərin küncündə gizlətdiyi havadandır. Şeirə qafiyə verən, onu qanadlandıran, folklorla cilalayan həmin o təmiz havanın sirridir. Son anda o hava səni bütün bəlalardan, predmetsizlikdən, yurdsuzluqdan xilas edir.
Yendim əzabların ən yetiyini,
Yendim ki, gördüyün unuda bilsin.
Ömür bazarında min üz görsə də,
Özündə bir üzü ovuda bilsin.

Şair əzablarının ən yetiyinə yenir. “Yetik” şeirdə yeni sözdür. Ciyərdəki havanın işartısıdır. Və yenmək əslində ucalmaq deməkdir. Şair şeirə nə qədər məğlub olursa, bir o qədər qalib gəlir. Bəndin son iki misrası artıq bizi çox mətləblərdən agah edir. Həyat həqiqətini şair böyük ustalıqla işarələyir. Bazarda min iz görməyin bəlası o yana dursun, hələ özündəki bir üzü ovutmaq, bir üzün ağrısını çəkmək nə qədər çətindir! Bir üzün (sifətin, əslində həqiqətin) cəmiyyətlə müharibəsi var və özü də bu, amansız bir savaşdır. Bir az da irəli gedib daha dəqiq görə bilərik ki, bu üz insanın özünün içidir. Həmişə öz üzünü ovuda bilməyənlər tez ölürlər. Həyat döyüşlərində həlak olurlar. Bu zəmanədə bir üzü salamat saxlamaq qədər çətin bir iş yoxdur.
Firuzə Məmmədli şeirlərini daim inkişaf etdirir. Onu ağıla – kəmala çatdırır, daha da elmiləşdirir. Böyük Füzuli deyirdi ki, “elmsiz bir şeir özülsüz divar olur. Xalq şairi Nəriman Həsənzadə ilk şeirlərinin birində “Lalənin donunu geyib əyninə, bəlkə də dünyaya yenidən gəlmisən ana” deyəndə yanılmırdı. Maddə kütləsinin itməməsi qanunu şeirlə təsdiqlənirdi. Böyük yazıçı Mir Cəlal Paşayev Nəriman Həsənzadənin kitabına yazdığı ön sözdə bu şeir barədə geniş danışır. Firuzə Məmmədlidə isə həmin fikir başqa orjinal bir biçimdə təqdim olunur:
Hər yaz açan həmən güldür,
Köçür bahardan – bahara.

Bəlkə, doğurdan da belədir. Şairin gülə yeni münasibəti maraqlı gəldi mənə. Bəlkə həqiqət heç də belə deyil. Amma hər halda şair oxucuya düşünmək imkanı verir. Düşünmək imkanı veriləndə yeni mətnin təzahürləri meydana çıxır. Şair və şeirin həqiqəti burdan başlayır.
Ədəbiyyatda (elə sevgidə də) qarışıq xətlər versiyası, deyək ki, müammalar, şübhələr vacib önəm daşıyır. Oxucu fikir burulğanına düşür. Necə ki, balıq bulanıq sularda gizlənir. Onu tutmaq çətinləşir. Oxucunun fikir yetkinliyi (və yetərliyi) bilanıq sularda Balığı (fikri) tutmağa çalışır, nəticədə qalib gəlir.
Şairin şeirdən- şeirə təfəkkür sıçrayışları oxucuya yuxulamağa və başqa bir istiqamətə yönəlməyə imkan vermir, onu daha da özünə çəkir.
Aşağıdakı şeirə fikir verək:
Qayğıların üzündən,
Yenə bir şeir susdum.
Kiməsə zərər susdum,
Kiməsə xeyir susdum.
Və yaxud
Bu da bir tale işidi,
Pis olsa da, yaxşıya yoz.
Yaş ki ömrün yetmişidi,
Qəlbindəki sükuta döz.

Bu şeirdəki, məqam indiyənə kimi yazılanlara Firuzə Məmmədlinin yeni bir əlavəsidir və yaşın yetmişində gəldiyi qənaətdir. Həmişə şeirdə gəlinən qənaət önəmlidir ( bunu heç vaxt diqqətdən qaçırmayaq). Bir şeir susmaq, bir xeyir susmaq, əslində danışmaqdan da ötə bir şeydi. Adətən bu cür yazmaq yeni yazanların, gənclərin üslubudur. Əgər şair yetmişində belə yazırsa, demək daim gəncliyin (O hissin) içindədir. Yaşıdları içərisində Firuzə Məmmədli qədər yeniləşən, gəncləşən az şair tanıyıram. Mahn da deyildiyi kimi “Ya bir olar, ya iki.”
Şairin aşağıdakı iki misrası ömrün, həyatın bədii düsturudir.
Bir bükümlük ömürəm,
Zaman qatlayır məni.

Kim deyə bilər ki, ömür bir bükümlükdür. Mən həmişə elə bilmişəm ki, ömür uzun bir xəttə (yola) bənzəyir. Daha orjinalı bu. Firuzə Məmmədli deyən. Yəni ömrün qısalığı. Dizin, belin bükülməsi (və qocalmaq) daha dəqiq. Özü də onu kimi bükür? Zaman. Ayrı heç bir şərhə ehtiyac yox.
Firuzə Məmmədli dilin bədii imkanlarından, xüsusən frazeoloji birləşmələrdən, sözün çoxmənalılığından yeni bir şeir evi tikə bilir.
Bütün yaxşılar məndən,
Üz çevrib getdilər.
Dərdlərimin başına
Duz çevirib getdilər.

Üz çevirib getmək dərdlərin başına duz çevirmək anlamına gəlir. Yəni dərdlərinə göz dəyməsin. Niyə məhz yaxşılar? Firuzə Məmmədlinin şair səciyyəsinin böyüklüyü ondadır ki, o təkçə mənfi auradan gileylənmir. Yaxşılardan da inciyə bilir. Çoxlarının işi - gücü Don kixot kimi qəmlə vuruşmaqdır. Nə bilim kədərin ona polyar hucumundan gileylənməkdir. Yaxşılara üz tutmaqdır. Amma Firuzə Məmmədli yuxarıda dediyim kimi, yaxşı – pis kontekstində neytraldır. O heç birinin işinə qarışmır. Sadəcə olanı deyir, daha doğrusu, açıb göstərir. Qoy nəticə çıxarmaq oxucuya qalsın. Nəticə isə insanın xeyrinə olur.
Aşağıdakı bənd sirli- sehirli dünyamızın amansızlığını göstərdi mənə. Həm də bu şeir həyatın, yaşayışın dialektikasıdır. Hərəmiz bir qapını çəkib bağlayırıq. Amma bilmirik ki, kimin evidir? Özümüz də ayırd edə bilmirik. Şərin şər, darın dar vaxtı qapısı bağlanan bu evin içində zəif şölənənən bir şam olmamış deyil. Bəlkə evə ay düşüb? Ayı ev udub. Bəlkə elə dünya bu evdi.
Çəkib bağladım qapısın,
Nə bilim, kimindi bu ev.
Pəncərə gözü də baxmaz,
Hansı miskinindi bu ev?!

Məsələ burasındadır ki, bu evə pəncərə gözü də baxmır, daha doğrusu, bu evin pəncərəsi yoxdur. Bəlkə çevrə qapanır. Bu ev məchul dünya evidir. Biz bu evdən çıxanda qapısı arxamızca bağlanacaq. Bəlkə belədir, ya belə deyil. Hər halda düşünmək lazım.
Firuzə Məmmədlinin yaradıcılıq axtarışları daim vuruşur. Bir fikr o birinin ziddinə yazılmış kimi olsa belə, çox maraqlıdır. Mətndə qayda budur. 2x2 =4 eləmir, burda cavab 5- dir.
Əlbəttə, ömrün mübahisələrindən və vuruşlarından, məna və fikir aşırımlarından axır ki, şair bir gün fiziki çəhətdən yorulur. Yorulanda isə tanrıya müraciət edir.
Nə deməyə sözüm qalıb,
Nə susmağa üzüm qalıb.
Arxasınca gözüm qalıb,
Tanrım, məni qaytar sözə.
Və yaxud
Qəlbim dənizlərlə dolu
Suyu bulanıq, bulanıq.

Şair yenə çıxış yolunu sözdə görür, sözə qayıtmaq istəyir.
Mənə elə gəlir ki, bulanıq sular diri sulardı, ölü sular deyil. Bulanıq sular dadlıdır. O üzü keçilməzdir. Qaranlıqdır. Insanın halına uyğundur.
Firuzə Məmmədlinin yaradıcılığı folklordan qaynaqlanır. Bu sadəcə görüntü kimi deyil, şerlərin içində ərimiş dilin şirinliyidir.
Güzgüyə baxanda şair özünü ilk dəfə görürmüş kimi səksənir. Və yeni mətn başlayır. Uzun bir yol keçib (bir bükümlük) yüyürə - yüyürə gəlib güzgünün qabağında dayanasan və özünü tanımayasan. Bu, necə olur? Heç demə zaman səni elə oxuyub ki, üzündə gözlərinin yeri qalıb.
Oy, bu gözlər mənimdimi,
Mənə yaddaşlardan baxır.
Sevinci yox, kədəri yox,
Ürəyi daşlardan baxır.

Elə güzgünün qabağında (əslində həyatın) şairin qənaəti daha ağır olur. Bir sirr aşkarlanır. Sənin yerin elə buracandır. Yəni atılıb- düşməyə dəyməz. Allah sirləri bura qədərdir. Ondan o yana icazə verilməz. Böyük Füzuli deyir ki, Allah əşyalarda çox sirləri əyan eləyib, amma onların yerini bilməyi bizə nihan eləyib, kələfin ucunu gizlədibdi. Kələfin ucu heç vaxt tapılmaz
Sevincilə, qəmilə,
Açıb tökdü sirrini.
Dünya mənə də axır,
Göstərdi öz yerimi.

Bəli, bu yer əvvəl – axır adama tanıdılır (göstərilir). O vaxta kimi dünya sənə bütün sirlərini açır, özünü sənə tanıdır və sən də dünyadan doyub gedirsən. Dərk edirsən ki, sən də yaradılmışlardan birisənvə öz yerini bil, missiyanı başa vur.
Amma bu təklifdən sonra şair həmin yerdən ayağa qalxır, razılaşmır, üsyan edir.
Vida bu yalqız həyata,
Vida bu simsar həyata.
Mən gedirəm düz həyata,
“Yox”adlanan “var”həyata.

Bu üsyan isə əbədi həyatın, yeni yaradıcılığın başlanğıcına çevrilir. O zaman biz sahibsiz evin əbədi sakinini tanıyırıq. “Yox” dan “var”a keçirik. “ Biz dünyadan gedər olduq, qalanlara salam olsun” deyirik.




Son xəbərlər

Süni intellektlə 371 kitab buraxan yazıçı milyonçu oldu

Hörmüz boğazında iki tanker minaya düşüb

Onu öldürmək üçün 49 dəqiqə damarını axtarıblar - Uğursuz edamın detalları

Oleşkidə atəşkəslə bağlı razılığa gəldilər - Melaniya Trampın iştirakı ilə

1 həftə ərzində İtaliyanın cənubunda 60 zəlzələ olub

Qəzzaya ayrılan pulları yeyiblər? - Türkiyə Dəyanət Vəqfindən açıqlama

Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı

Pezeşkian Putinlə görüşəcək

Bakıda ilk kazinonun açılacağı tarix bəlli oldu

Orbanın qızı ölkəsindən qaçdı

Akif Əyyubov dünyasını dəyişdi

SƏSSİZ TƏHLÜKƏ: SOSİAL ŞƏBƏKƏLƏRDƏ DEZİNFORMASİYA

Bir qızın ürəyində Laçın nisgili, barmaqlarında muğamın nəfəsi... - FOTOLAR

Qırx il bundan əvvəl dəhşətli-təlatümlü müharibə haqqında heç düşünməzdik... - FOTO

Qazancına görə bütün futbolçuları geridə qoydu

Bir şəhidin adını daşıyan balaca Səlimdən geriyə acı xatirələr qaldı…

Google telefon nömrənizi xəbəriniz olmadan istifadə edir: necə deaktiv etmək olar

Evinizdəki "Wi-Fi" sizi izləyə bilər – Divarların arxasını görən texnologiyanın sirri

Hər soyuducuda olan bu məhsullar xərçəng riskini artırır

Avropa çempionatı: Üç boksçumuz finala yüksəlib, ikisi bürünc medal qazanıb

Lilpar Cəmşidqızı : Qəlbimin nurunu çöhrəmdə çəkibdir Rəssam,

Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb

Rusiya Azərbaycandan meyvəni yeni quru yolu ilə tədarük etmək istəyir

Rayonlardakı yağıntılı hava şəraiti növbəti 2 gün davam edəcək - Xəbərdarlıq

Sazın və Sözün Şirvan Zirvəsi

Salyanda avtoqəza olub, ölən və yaralananlar var

MSK nümayəndə heyəti Serbiyada parlament seçkilərini müşahidə edəcək

“Əsas müttəfiqiniz Mehriban xanımdır”

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031