Koronavirusu simptomsuz keçirməyi necə müəyyənləşdirmək olar? - AÇIQLAMA

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev Azərbaycanda əhalinin 70 faizinin koronavirus xəstəliyini simptomsuz keçirməsi ilə bağlı məlumatlara münasibət bildirib.

Bununla bağlı Oxu.Az-a açıqlama verən azərbaycanlı alim bildirib ki, simptomsuz xəstələri müəyyənləşdirmək üçün bir neçə fərqli strategiya var:

“Məsələn, inkişaf etmiş hər bir ölkənin və elmi institutların özünəməxsus modeli var. Məhz əhalinin neçə faizinin koronavirus xəstəliyini simptomsuz keçirməsinin də ilkin ehtimalı bu model və buna əlavə olaraq böyük sorğu əsasında tapıla bilər. Amma bununla yanaşı, əgər belə bir rəsmi məlumat verilirsə, bu, elmi olaraq dəqiq statistik əsaslara söykənməlidir: rəqəmlər nəyə əsasən hesablanıb və doğruluğu neçə faizdir. Bu suala cavab tapılmalıdır.

Mütləqdir ki, belə vacib məlumatlar ictimaiyyətə açıqlanan zaman həmin əsaslar da təqdim olunmalıdır. Hər kəs bilir ki, simptomsuz xəstələrin böyük qismi rəsmi qeydiyyata düşməyənlərdir və bunları tapmaq üsullarından biri seroloji müayinədir ki, bunun da tətbiqinə Azərbaycanda yeni başlanılır.

Daha bir nəzərə alınmalı məqam odur ki, simptomsuz xəstələrin sayını təkcə testlərə əsasən bildirmək düzgün deyil. Bu mərhələdə daha önəmli olan presimptomatik xəstələri, yəni hələ simptomlar başlamamışdan öncəki xəstələri əsl simptomsuz xəstələrdən ayırmaqdır. Bunu da müəyyənləşdirmək hələ ki, çətin proseslərdən biridir”.

Tibb elmləri doktoru daha sonra vurğulayıb ki, Azərbaycanda əhalinin 70 faizinin koronavirus xəstəliyini simptomsuz keçirməsini elmi izahsız iddia etmək insanlar arasında inamsızlığı artıra bilər:

“Çünki bəziləri özlərini həmin 70 faizə daxil edib arxayınlaşacaq. Ona görə də hesab edirəm ki, bütün dünyanı cənginə alan virusun tüğyan etdiyi bir dövrdə bu kimi açıqlamalarla insanları çaşdırmaq düzgün deyil.

Virusla mübarizədə çox vacib amil olan simptomsuz xəstələr mövzusuna daha ətraflı elmi açıqlama vermək, onu daha dərindən öyrənmək və bununla bağlı xalqa mövcud vəziyyəti real əks etdirən açıqlamalar vermək xalqda inamı artırar”.

Son xəbərlər

Türkiyə XİN: Azərbaycan və Ermənistanın sülh üçün iradəsi bölgədə önəmli hesab edilir

Şuşada abidələrin razılaşdırılmadan başqa yerə köçürülməsi qadağan olunacaq

Eldar Əzizovun oğluna yüksək vəzifə verildi - FOTO (YENİLƏNİB)

"Kiyev sülh prosesini ləngidir" - Peskov

Sosial şəbəkələrlə bağlı yeni QƏRAR: 50 min manatlıq cərimə GƏLİR

Bu tarixlərdə iki güclü maqnit qasırğası olacaq

Azərbaycanda bu ərazilərdə TikTok-a giriş qadağan olundu

İyunun 8-i Ümumdünya Okeanlar Günüdür

İkinci görüşün Ermənistanda keçirilməsini təklif etdi

QIZBƏS QƏBƏLƏ : VARLILAR ÜÇÜN SIĞINACAQLAR - FOTO

İran Tehrana növbəti hücum barədə məlumat yayıb

Hicran Fuad Əhmədli : Yolumda yolsuzlar önümü alıb - FOTO

Təbriz küçəsində genişmiqyaslı layihənin icrasına başlanılır

Fransaya casusluqda təqsirləndirilən Martin Ryanın apellyasiya prosesinin vaxtı müəyyənləşib

MM-də sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunması üçün cərimələrin müzakirəsinə başlanılıb

General-mayor Namiq Bayramov: Hərbi Hava Qüvvələri gündən-günə güclənir

Bakıda yük maşını piyadanı vurub

Bakının iki rayonunda işıq olmayacaq

Bakının bir sıra yollarında tıxac yaranıb

Nəticələr elan olunmamış Paşinyanı təbrik etdi

İraqda zəvvarları daşıyan avtobus yandı - 25 nəfər öldü

Halk Hoqanın 11 ay sonra ölüm səbəbi açıqlandı

Nişanından bir ay keçməmiş həbs olundu

Tolqa Sarıtaş "Teşkilat"dan ayrılır?

5 ildə 2 dəfə meydanda ürəyi dayandı

Azərbaycan parataekvondoçusundan Almaniyada növbəti qızıl medal

Qızlarımız Dünya Çempionatını 4-cü sırada bitirdi

Yalnız bu günəş eynəklərini alın - gözlərinizi qorumağa zəmanət verir

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930