Hörmətli müəllimlər və universitetimizin əməkdaşları, əziz tələbələr!

Sizi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, təhsil və elmi-pedaqoji fəaliyyətinizdə uğurlar arzulayıram.
Geridə qoyduğumuz 2025-ci il müasir Azərbaycan tarixində postmünaqişə dövrünün yeni keyfiyyət mərhələsini əks etdirməsi ilə əlamətdar olmuşdur. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik, qətiyyətli və uzaqgörən liderliyi sayəsində ölkəmiz regionda sülhü, sabitliyi və inkişafı diktə edən güclü dövlət kimi mövqeyini daha da möhkəmləndirmiş, “Konstitusiya və Suverenlik İli” çərçivəsində milli suverenliyimiz və dövlətçilik dəyərlərimiz cəmiyyət həyatına daha dərindən nüfuz etmiş, güclənmişdir. Bu ümummilli uğurlar hər bir vətəndaş kimi, ADPU kollektivinin üzvlərinə də xüsusi qürur bəxş edir və məsuliyyət hissini artırır.

İndiki əlamətdar və tarixi mərhələdə ölkəmizin inkişaf strategiyasına uyğun olaraq təhsil sahəsində aparılan ardıcıl islahatlar ali təhsil müəssisələrinin fəaliyyətində də geniş imkanlar açır, yeni vəzifələr qoyur. Fəxrlə qeyd edə bilərəm ki, Azərbaycan Dövlət Pedaqoji Universiteti olaraq biz də 2025-ci ili məqsədyönlü fəaliyyət, davamlı inkişaf və mühüm uğurlarla başa vururuq.

Cari tədris ilində universitetimizin qəbul planının tam dolması ADPU-ya olan yüksək ictimai etimadın, pedaqoji təhsilin nüfuzunun artmasının və həyata keçirilən islahatların real nəticəsidir. Xüsusilə qeyd etmək istərdim ki, son illərin ənənələrinə uyğun olaraq 5 nəfər abituriyentin 600-dən yuxarı bal toplayaraq ADPU-ya qəbul olunması universitetimizin akademik mühitinin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini göstərir və bizi gələcək uğurlara daha da ruhlandırır. İlk dəfə olaraq “Times Higher Education (THE) Impact Rankings” reytinqində yer almağımız, “GreenMetric World University Rankings 2025” reytinqində əldə etdiyimiz irəliləyişlər Azərbaycan Dövlət Pedaqoji Universitetinin dünya ali təhsil məkanında tanınmasına xidmət edən mühüm göstəricilərdir. Bütün bunlar kollektiv əməyin, birgə səylərin və universitet ailəsinin həmrəyliyinin bəhrəsidir. Sevindirici haldır ki, 2025-ci ildə universitetimizin beynəlxalq əməkdaşlıq əlaqələri daha da genişlənmiş, dünyanın nüfuzlu ali təhsil müəssisələrindən olan Corc Vaşinqton Universiteti ilə magistratura səviyyəsi üzrə ikili diplom proqramının müddəti 2030-cu ilədək uzadılmışdır. Bu mühüm addım ADPU tələbələrinin beynəlxalq təhsil imkanlarının genişlənməsinə, müasir bilik və təcrübələrə çıxışının təmin olunmasına xidmət edir və universitetimizin qlobal ali təhsil məkanında mövqe­lərini daha da möhkəmləndirir.

İl ərzində Azərbaycan Dövlət Pedaqoji Universiteti bir sıra beynəlxalq elmi konfranslara, forumlara və akademik tədbirlərə ev sahibliyi etmiş, xarici tərəfdaş universitet və təşkilatlarla əməkdaşlıq əlaqələrini daha da genişləndirmişdir. Bu tədbirlər universitetimizin beynəlxalq elmi mühitə inteqrasiyasını gücləndirməklə yanaşı, professor-müəllim heyətinin və gənc tədqiqatçıların elmi potensialının inkişafına mühüm töhfə vermişdir. Eyni zamanda, təhsilin məzmununun yenilənməsi, müasir pedaqoji yanaşmaların tətbiqi, kurikulumların əmək bazarının tələblərinə uyğunlaşdırılması və rəqəmsal təhsil imkanlarının genişləndirilməsi istiqamətində ardıcıl və sistemli işlər həyata keçirilmişdir. Bu addımlar gələcəyin müəllimini yetişdirmək kimi şərəfli və məsuliyyətli missiyamıza xidmət edir.

Əldə olunan uğurlar Azərbaycan Respublikasının təhsil siyasətinə, milli maraqlara və dövlətimizin müəyyən etdiyi strateji inkişaf prioritetlərinə sadiqliyin, eyni zamanda ADPU kollektivinin birliyi, fədakarlığı və əzmkarlığının təzahü­rüdür. Hər bir müəllimimizin zəhməti, əməkdaşlarımızın məsuliyyəti və tələbə­lə­rimizin bilik və inkişafa olan marağı bu nailiyyətlərin əsas mənbəyidir.

Əziz həmkarlar və tələbələr!

Yeni il hər zaman yeni ümidlər, yeni məqsədlər və yeni başlanğıclar deməkdir. Əminəm ki, 2026-cı il də Azərbaycan Dövlət Pedaqoji Universiteti üçün daha böyük uğurlar, yeni elmi nailiyyətlər və təhsil sahəsində mühüm yeniliklərlə zəngin olacaqdır. Qarşıda duran vəzifələrin öhdəsindən gəlmək üçün bizim ən böyük gücümüz birliyimiz, məqsədyönlü fəaliyyət və işimizə olan sevgimizdir.

Bu əlamətdar günlərdə universitetimizin inkişafında əməyi olan bütün professor-müəllim heyətinə, əməkdaşlarımıza və tələbələrimizə dərin minnət­dar­lığımı bildirir, hər birinizə yeni ildə möhkəm sağlamlıq, şəxsi və peşəkar həya­tınızda böyük uğurlar arzulayıram.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni iliniz mübarək olsun! Qoy 2026-cı il hər birinizə sevinc, rifah və yeni nailiyyətlər gətirsin!

Son xəbərlər

Kubada Venesuela variantına hazırlıq – "Azadlıq adası"nın "halına yanan gərək" - ŞƏRH

Bakıda məhkumun azadlıqda olarkən basdırdığı avtomat aşkarlanıb

Tramp: İran Hörmüz boğazından keçən gəmilərdən ödəniş tələb etsə, danışıqlar dərhal dayandırılacaq

Pakistanın Azərbaycandakı səfirliyi iki gün işləməyəcək

Pakistan XİN: ABŞ-İran texniki danışıqları gələn həftə bərpa olunacaq

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Gələn həftə direktorların işə qəbulu üzrə elektron qeydiyyatı başlayacaq

İcbari sığorta qaydalarında dəyişikliklər hazırlanır

Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır

"Eşref Rüya"nın aktyoru yeni serialda - FOTO

"Ümid"in aktyoru vəfat etdi

"Arka sokaklar"dan sonra bu seriala çəkiləcək - FOTO

Şuşada TDT ölkələrinin dini qurumlarının rəhbərlərinin Birinci görüşü keçiriləcək

Trampla qalmaqaldan sonra Melonidən - İlk açıqlama

Əncir haqqında maraqlı faktlar, tərkibində həşərat cəsədi var imiş

Qəzənfər Məsimoğlu : SƏNSİZ - FOTO

MM sədri: Azərbaycan İƏTPİ Konfransının hədəflərinin irəli aparılmasına tam sadiqdir

İlham Əliyev: Qərbdə bəzi siyasi dairələr İslam dininə qarşı qərəzli təsəvvür yaratmağa cəhd göstərir

Sabah fəlsəfə doktoru və doktoranturaya qəbul üzrə xarici dil imtahanı təşkil olunacaq

Azərbaycan neftinin qiyməti 80 dollardan aşağı düşüb

Şimali Kiprin spikeri Azərbaycana səfərə gəlib

Bakıda yalnız 3 istiqamətdə tıxac var

ABŞ Senatı İrana qarşı müharibənin dayandırılmasına çağıran qətnamə qəbul edib

Adil Cəfakeş poeziyasından bir nümunə... - FOTO

Gürcüstanda zəlzələ oldu

Xamenei ilə vidalaşmaq üçün Tehrana gedəcək

QIZBƏS QƏBƏLƏ : ÜRƏK, DAYANMAĞA TƏLƏSMƏ HƏLƏ - FOTO

Sifarişlər mənzilinə çatdı, özü yox… - Fotolar

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930