Tanınmış iş adamı Şamil Heydərov eləcədə “İdeyal İnşaat” MTK ölkə mətbuatında dərc olunan xoşagəlməz yazılarla bağlı təkzib məktubu göndərib. Mən, Heydərov Şamil Hilal oğlu, Qərbi Ermənistanın Uluxanlı bölgəsindənəm. 1988-ci ildə ailəm və bütün nəslimiz digər həmvətənlərimizlə birlikdə Ermənistandan zorakılıqla qovulmuş insanlardanıq. Qərbi Azərbaycandan olan hər kəs kimi biz də Ulu Öndər Heydər Əliyevi xilaskarımız kimi tanımışıq və bu gün Prezident İlham Əliyev cənablarının siyasətini birmənalı şəkildə dəstəkləyirik. Bizim üçün yalnız bir siyasət var – Heydər Əliyev və İlham Əliyev siyasəti. Bu xəttdən kənar hər hansı siyasi mövqe bizim üçün mümkün deyil.

“Demokrat.az” saytında barəmdə dərc edilmiş yazı tamamilə əsassızdır və mənə şamil edilə bilməz. Həmin yazının sifariş xarakterli olduğunu hesab edirəm və bu məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarına müraciət etmişəm. Yazının kimlərin tapşırığı ilə hazırlandığını hüquq-mühafizə orqanları araşdıracaq.

“Demokrat.az” saytında Vaqif Hüseynli imzası ilə barəmdə saxta və faktlara söykənməyən məqalə dərc edilib. Məqalədə göstərilən iddiaların heç bir hüquqi və faktiki əsası yoxdur. Redaksiyanın Abbasqulu Abbaszadə küçəsi 17 ünvanında yerləşən bina ilə bağlı real vəziyyətdən xəbərsiz olduğu açıq-aşkardır.

Məlumatların təkzibi:
1. Məqalədə MTK-nın adı səhv göstərilib. Doğru ad “İdeyal İnşaat” MTK-dır, “İdeyal” MTK deyil.
2. Mən həmin binanın təsisçisi deyiləm və hər hansı şəxsə “elit mənzil vermək” səlahiyyətim yoxdur.
3. “Hər ay 50 min manat pul yığılıb Ramiz Mehdiyevə verilməsi” iddiası tam yalandır.
Mənim ətrafımda 1200-dən çox insan çalışır, hamısını şəxsən tanıyıram və dövlətə milyonlarla manat vergi ödəyirəm. Əsas fəaliyyət sahəm karqo daşımalarıdır. “Binə” və “Sədərək” yarmarkalarında 25 ildir 12 000-dən çox kiçik sahibkarla işləyirəm. Bu sahibkarlar hər il dövlət büdcəsinə milyardlarla manat gömrük və vergi rüsumu ödəyirlər. Təşkilatçı və daşıyıcı kimi tanınan şəxs Şamil Heydərovdur.

Mən Əli Kərimlini həyatda görməmişəm, onunla heç bir əlaqəm olmayıb. Bu barədə yazılanlar ictimaiyyəti aldatmağa yönəlmiş böhtandır.

Mən media resursları ilə hüquqi müstəvidə daim mübarizə aparmışam. Yuxarıda adı qeyd olunan sayt ilə bağlı Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə və məhkəmə orqanlarına rəsmi müraciətlər etmişəm.

Hörmətli oxucular, xahiş edirəm, belə etibarsız mənbələrə vaxt ayırmayın və sifarişli yazılara inanmayın.
Ölkə mətbuatında dərc olunan yazı ilə bağlı “İdeyal İnşaat” MTK-dan açıqlama verilib.
• Binada 561 mənzil var, onların 68-də yaşayış yoxdur.
• Yaşayış olan 493 mənzil mövcuddur.
• Ümumi yaşayış və qeyri-yaşayış sahəsi təxminən 55 000 m²-dir.
• Kommunal ödəniş 1 m² üçün 30 qəpik olmaqla aylıq təxminən 16 500 manat təşkil edir.
• Aylıq xərclər isə orta hesabla 14 000 manatdan çoxdur:
• Əməkhaqqı – 7 000 manat
• İşıq – 4 000 manat
• Liftlərə qulluq – 1 000 manat
• Zibil – 650 manat
• Su – 300 manat
• Digər xərclər – 1 000 manat və s.

Bəzi aylarda xərclər gəliri belə üstələyir. 50 min manat kimi göstərilən rəqəm uydurmadır.

Bu il MTK-da liftlərin yenilənməsinə 120 000 manat xərclənib. Binada 400 m²-lik “elit mənzil” mövcud deyil. Sakinlərin kütləvi şikayəti ilə bağlı iddia edilən şəxslərin adları belə göstərilmir, bu da növbəti yalandır.

Son xəbərlər

QƏLBLƏRDƏ QALACAQ XATİRƏN, İZİN

"Qalatasaray" 60 milyonluq təklifi rədd etdi

Pezeşkian: Milli Təhlükəsizlik Şurasının bütün üzvləri İslamabad memorandumunu dəstəkləyir

Fransa xüsusi xidmət orqanları xəbərdarlıq edir: Hibrid müharibənin məqsədi döyüşmədən ölkələri təslim etdirməkdir

İstanbul hava limanı sərnişin sayına görə Avropa rekordunu qırıb

Bu ölkələr İrana qarşı müharibəyə qoşulmayacaq

Məşhur türk aktrisası Özge Gürel “44” filminin baş rolunda - Fotolar

Leyla Əliyeva qardaşını bu şəkillərlə təbrik etdi - Fotolar

Əziz nəvələrim – Nərmin xanım və Nicat bəy!

Bir inci saflığı varsa da suda...

Sənubər Səhər : Yazılar mütləqdir

“Roma” Endrik üçün hərəkətə keçdi

TARİXİN ACI TƏKRARI – ŞİRAZDAN ŞUŞAYA UZANAN XƏYANƏT - FOTO

Eldost Bayramın 80 illiyinə

Pedri üçün 90 milyon avro

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 21 nəfər xəsarət alıb

Azərbaycan velosipedçiləri Kahramanmaraş turunda yarışacaqlar

BİR ŞEİRİN TƏHLİLİ (Atlaz Rzayinin "Çox sağ ol" şeirinin ədəbi təhlili)

“Güllü”nün qızına ömürlük həbs tələbi - Anasını balkondan o atıbmış...

Bu ərazilərdə işıq olmayacaq

Kartdan-karta əməliyyatlara limit qoyuldu

Xalq artistinə ağır itki - Foto

Tanınmış aktyor evində ölü tapıldı

Nəriman Həsənzadə Birinci Fəxri xiyabanda dəfn olundu

Kəlbəcərdə dağda köməksiz qalan şəxs xilas edildi

FHN əlilliyi olan şəxslər üçün maarifləndirmə tədbiri keçirdi - Fotolar

Nəriman Həsənzadə ilə vida mərasimi keçirildi - Prezident və xanımı əklil göndərdi+Fotolar

Paşinyan istefa verdi - Yeni hökumət formalaşdırılır

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31