
Xəbərlər
15.12.2025, 09:48
Yetmiş yaşdan qorxmayın - FOTO
Rauf İLYASOĞLU
Yetmiş yaşdan qorxmayın,
Səksənə addımlayın.
Yetmiş yaşı ömrünün
Heç vaxt sonu sanmayın.
Fikir etmə çox dərin,
Yeyib-yatma, dur, gəzin.
Ömrün keçsin xoş, sərin,
Nəğmə de, həzin-həzin.
Qəlbi qara adamdan
Hər zaman uzaq olun,
Qeybət qıran kəsləri
Heç yaxına qoymayın.
Şeytan, şuğul kəslərin
Yanında dayanmayın.
Yalan, böhtan atanın
Halına da yanmayın.
Sənə çətin günündə
Kömək edəni danma,
Namərdin qarşısında
Özünü məğlub sanma.
Elə nankor kəslərdən
Bir tikə çörək umma.
Düşmənin qarşısında,
Nə də əyilib sınma .
Qəlbi paxıl olanın
Ürəyini qəm alar,
Özgəyə quyu qazan
Vaxtından tez qocalar.
Gününüz boş keçərsə,
Ömrün gedəcək hədər.
Dünyadan tez köçərsən,
Qəlbini basar kədər.
Səksən yaşa çatanda,
İndi çoxu səksənir.
Qəlbi paxıl olanlar
Səksən yaşdan diksinir.
Düz yoluyla gedənlər
Həyatda heç büdrəməz,
Arsız olan o kəslər
Sənin qədrini bilməz.
Qocaların qədrini
Bilin, əziz uşaqlar.
Siz də tez böyüyərsiz,
Ucalarsız, qoçaqlar.
Səksənə addımlayın.
Yetmiş yaşı ömrünün
Heç vaxt sonu sanmayın.
Fikir etmə çox dərin,
Yeyib-yatma, dur, gəzin.
Ömrün keçsin xoş, sərin,
Nəğmə de, həzin-həzin.
Qəlbi qara adamdan
Hər zaman uzaq olun,
Qeybət qıran kəsləri
Heç yaxına qoymayın.
Şeytan, şuğul kəslərin
Yanında dayanmayın.
Yalan, böhtan atanın
Halına da yanmayın.
Sənə çətin günündə
Kömək edəni danma,
Namərdin qarşısında
Özünü məğlub sanma.
Elə nankor kəslərdən
Bir tikə çörək umma.
Düşmənin qarşısında,
Nə də əyilib sınma .
Qəlbi paxıl olanın
Ürəyini qəm alar,
Özgəyə quyu qazan
Vaxtından tez qocalar.
Gününüz boş keçərsə,
Ömrün gedəcək hədər.
Dünyadan tez köçərsən,
Qəlbini basar kədər.
Səksən yaşa çatanda,
İndi çoxu səksənir.
Qəlbi paxıl olanlar
Səksən yaşdan diksinir.
Düz yoluyla gedənlər
Həyatda heç büdrəməz,
Arsız olan o kəslər
Sənin qədrini bilməz.
Qocaların qədrini
Bilin, əziz uşaqlar.
Siz də tez böyüyərsiz,
Ucalarsız, qoçaqlar.
15.12 2025.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay



