Azərbaycanda energetika sahəsinin inkişafı: Yeni iş yerləri yaranacaq - ŞƏRH


“Həm ulu öndər Heydər Əliyev, həm də cənab Prezident İlham Əliyev Azərbaycanda energetika sahəsinin inkişafına çox böyük diqqət yetirib”.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə deyib.

Tikintisinə 1974-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə başlanan “Azərbaycan” İstilik Elektrik Stansiyasının birinci enerji bloku 1981-ci il oktyabrın 20-də, sonuncu - 8-ci blok isə 1990-cı ildə istismara verilib.


Öz dövrü üçün nəhəng infrastruktur layihəsi olan və respublikanın energetika sistemində xüsusi əhəmiyyəti ilə seçilən “Azərbaycan” İES elə o vaxtdan ölkənin elektrik enerjisinə tələbatının qarşılanmasında hər zaman birinciliyini qoruyub saxlayıb.

Lakin 2018-ci il iyulun 3-də stansiyada baş vermiş qəzadan sonra ölkənin yarıdan çoxu qaranlıqda qaldı. 330 kilovoltluq yarımstansiyasında cərəyan transformatorunda baş vermiş qəza nəticəsində təxminən min litrə qədər yağ ətrafa axmışdı, yaxınlıqdakı elektrotexniki avadanlıqların, eləcə də, kabellərin, əsasən də informasiya və avtomatika kabellərinin üzərinə dağılaraq, güclü yanğına səbəb olmuşdu. Nəticədə, bir-birinin ardınca baş verən qəzalar ölkənin enerji sisteminə ciddi ziyan vurmuşdu.

A.Mirzəzadə bildirib ki, Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkədə 30 yeni elektrik stansiyası tikilib.

Deputatın fikrincə, Prezidentin göstərişindən sonra Mingəçevirdə elektrik stansiyasının əsaslı təmiri itirilmiş yükün bərpasına, eyni zamanda, Cənubi Qafqazın ən böyük elektrik stansiyanın texniki vəziyyətinin müasir tələblər səviyyəsinə çatmasına imkan verdi.

Millət vəkili hesab edir ki, görülmüş işlər nəticəsində Azərbaycan vətəndaşlarının, biznes dairələrinin elektrik enerjisinə olan tələbatı tamamilə ödənilir.

“Təsadüfi deyil ki, Azərbaycan elektrik əlçatanlılığına görə dünyada ikinci yerdədir. Bu, ona gətirib çıxarıb ki, Azərbaycan elektrik enerjisi satan ölkəyə çevrilib. Ölkə hazırda üç qonşusuna elektrik enerjisi satışını həyata keçirir. Bu, gələcəkdə daha da arta bilər”, - deyə A.Mirzəzadə əlavə edib.

Milli Məclis üzvü onu da bildirib ki, Azərbaycan energetika sahəsinin inkişafında lokomotiv rolunu oynayır:

“Bu, biznesin inkişafına, yeni iş yerlərinin yaradılmasına, texniki təhsilli mütəxəssislərin sayının artmasına gətirib çıxara bilər”.

Xatırladaq ki, iyunun 25-də Mingəçevirdə “Azərbaycan” İstilik Elektrik Stansiyasının 330 və 500 kilovoltluq açıq paylayıcı qurğuları, səkkiz enerji bloku, İdarəetmə Dispetçer Mərkəzi, stansiyanın əsas və köməkçi sahələri, bina və qurğuları əsaslı yenidənqurmadan sonra istifadəyə verilib.

Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Son xəbərlər

Buraxılış imtahanında xarici dildən hansı model tətbiq olunacaq?

Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin Nizamnaməsi təsdiqlənib

Jurnalistika ilə yaşlanmaq...

TƏBİB-də yeni - Təyinat

“Yüksəliş” müsabiqəsində 30 yaşadək qaliblər üstünlük təşkil edir

IV kurs tələbəsi vəfat etdi

Məşhur aktrisa Rusiya vətəndaşlığı almaq istəyir

Sabah Bakıda 36, rayonlarda 39 dərəcə isti olacaq

13 yaşında dünya şöhrəti qazanan aktrisa qəzada öldü

Elnarə Abdullayevaya ağır itki

Azərbaycan və Gürcüstan arasında "E-Permit" sisteminin tətbiqinə başlanılıb

“Dünyada gedən proseslər mətbuatdan da yan keçməyib”

Hikmət Hacıyev: Əminik ki, mediamız milli maraqlarımızın müdafiəsində səylərini əsirgəməyəcək

RÜFƏT MÜƏLLİM, SİZƏ HEYRAN OLDU BU CAHAN...

Bakı “Dünyanın ən yaxşı tələbə şəhərləri” reytinqində ilk 100-lükdə

İran İordaniya və Bəhreyndəki ABŞ aviabazalarına zərbələr endirib

"Neftçi" bu gün UEFA Konfrans Liqasında mübarizəyə başlayır

Rezidenturaya qəbul üzrə namizədlərin qeydiyyatı başlayır

Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür

Magistraturaya qəbul üzrə ixtisaslaşma seçimi başlanır

"Diplom yetərli deyil": Universitet müəllimləri ilə bağlı sərt təklif

Fransada bu şəxslərə sosial media qadağası olacaq

İyulun 22-si ilə bağlı VACİB XƏBƏRDARLIQ

Nabranda 17 yaşlı qız dənizdə batdı

Tramp bu ölkəyə uçuşlara icazə verdi

22 İYUL – MİLİI MƏTBUAT GÜNÜ MÜNASİBƏTİLƏ TƏBRİK

Daşdəmir TAĞIYEV : MİLLİ YADDAŞIN BƏDİİ SALNAMƏSİ - FOTO

Bəzi ərazilərdə işıq kəsiləcək

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031