İlham Əliyev üçün ÖZƏL GÜN
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum günüdür.

Turaztv.az xəbər verir ki, dövlət başçısının 58 yaşı tamam olur.İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. Orta təhsilini 1967-1977-ci illərdə Bakı şəhərində alan İlham Əliyev 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ - MQİMO) daxil olub, ali təhsilini müvəffəqiyyətlə başa vuraraq elmi fəaliyyətini institutun aspiranturasında davam etdirib.

1985-ci ildə dissertasiya müdafiə edən İlham Əliyev tarix elmləri namizədi alimlik dərəcəsi alıb və 1990-cı ilədək MDBƏİ-də müəllim işləyib. 1994-2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti vəzifəsində çalışıb.

1995-ci və 2000-ci illərdə Milli Məclisə üzv seçilən İlham Əliyev 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri olub. AŞPA-da siyasi fəaliyyəti çərçivəsində 2003-cü ilin yanvar ayında qurumun sədr müavini və Büro üzvü seçilib. 2003-cü ildə Baş Nazir vəzifəsinə təyin edilməsi ilə əlaqədar İlham Əliyevin deputat səlahiyyətlərinə xitam verilib. 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib və oktyabrın 31-də vəzifəsinin icrasına başlayıb. 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88 faizindən çoxunun səsini qazanan İlham Əliyev yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.

2013-cü il oktyabrın 9-da keçirilən prezident seçkilərində növbəti dəfə qələbə qazanıb.

2018-ci il aprelin 11-də keçirilmiş prezident seçkilərində İlham Əliyev 86,03 faiz səs toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.

Prezident İlham Əliyev hakim Yeni Azərbaycan Partiyasının sədridir. İlham Əliyev, həmçinin, 1997-ci ildən Azərbaycanın Milli Olimpiya Komitəsinin prezidentidir. İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilib.

Azərbaycan, rus, ingilis, fransız və türk dillərini mükəmməl bilir.

Son xəbərlər

SEPAH: Sutka ərzində Hörmüzdən 24 gəmi keçib

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasının tarixi və gündəliyi açıqlanıb

Avropanın sərtləşdirdiyi miqrant siyasəti – Aİ təhlükəsizliyi ilə dəyərləri gündəlikdə - ŞƏRH

Yol polisi: Küləkli havada avtomobillərin qapalı məkanlarda park olunması tövsiyə olunur

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN

Sənubər Səhər : Xeyr və şər təlatümü

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

NK-dan yeni qərar: Mustafayev sədr seçildi

Azərbaycanda yeni iş modeli müzakirə olunur: Gündə cəmi 6 saat...

Tarkan pulsuz konsert verəcək

Prezident seçkilərində namizəd olmayacağını açıqladı

Sabah Azərbaycanın bəzi yerlərində yağış yağacaq

Türkiyədə gənc reper vəfat etdi - Fotolar

III Kəlağayı Festivalı Sumqayıtda keçirildi

SOCAR ABŞ şirkəti ilə "yaşıl enerji" keçidində əməkdaşlıq edə bilər

SÖZÜN ƏTRİNİ DAŞIYAN ŞAİR - FOTO

Azərbaycan lideri İtaliya Prezidentini təbrik edib

Şəfəq Qəsəbəsində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü Münasibətilə Tədbir Keçirilib

Qanunsuz saxlanılan silahlar aşkarlanıb

Keniya Ali Məhkəməsinin nümayəndə heyəti Qarabağa səfər edib

Qabiliyyət imtahanlarına qeydiyyat başa çatır

Azərbaycan-Belarus Hökumətlərarası Komissiyasının iclası keçiriləcək

BİZİM TƏQVİM:2 iyunda baş vermiş tarixi hadisələr

Bakıda 20 istiqamətdə tıxac müşahidə olunur

Avropa çempionatı: Azərbaycanın minifutbol millisi Qazaxıstanı məğlub edib

SEPAH ABŞ və İsrailə məxsus gəmini vurduğunu açıqlayıb

Tanınmış cərrah 44 yaşda vəfat etdi — FOTO

5 yaşlı uşaq su anbarına düşüb öldü

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930