Xəbərlər
10.12.2025, 00:52
SÖZ VERMİŞDİN BİZİ MÜTLƏQ GƏTİRƏCƏKSƏN QƏBƏLƏYƏ… - FOTOLAR
DOST HAQQINDA ELEGİYA
Ağır bir itkimiz də 8 dekabr 2025-ci ilin payına düşdü. İl sonunun astanasında sarsıdıcı bir xəbər ildırım sürəti ilə Qəbələyə, oradan da Bakıya və Azərbaycana yayıldı: böyük vətəndaş, qüdrətli qələm sahibi, qeyrəti göz açdığı məkandan uzaqlara belə sığmayan dəyərli alim, insanlığı, ziyalılığı ilə daim fərqlənən Akif Hacıyev uzun sürən xəstəlikdən sonra ömür saatını dayandırmalı oldu...
Sonuncu dəfə ötən il iş yerimdə, çalışdığım “Azərbaycan” qəzetində görüşmüşdük. Təxminən elə bu vədələrdə idi. Uzun müddət fəaliyyət göstərdiyi, auditoriyalarına qürurla qədəm qoyduğu, divarları arasında saç ağardığı Azərbaycan Memarlıq və İnşaat Universitetində mətbuat işlərini tənzimləyir, baş redaktoru olduğu universitet qəzetini fasiləsiz olaraq buraxır, həm də “Azərbaycan” qəzetinə rəhbərliyin tapşırıqlarını çatdırır, həm də müxtəlif məzmunlu materialların hazırlanıb təqdim olunması kimi mühüm vəzifəni yerinə yetirirdi. Bu mənada onun işi lap çox idi. Buna baxmayaraq o, hansı vaxt redaksiyaya gəlirdisə, məni axtarıb tapdırır, görüşüb, hal-əhval tutmamış, məsləhətlərini, tövsiyyələrini verməmiş universitetə qayıtmazdı.
... Bəlkə də ürəyinə gətirərdi, amma dilinə gətirmirdi ölümünü, bir gün bu dünyada olmamasını. Özü ölümdən qorxmasa da, qarşıda çox iş olduğunu, yığılıb qalmış yarımçıq arzuları gerçəkləşdirməsini düşünüb yaşamaq istəyə-istəyə ömrünü elinə, obasına, ailəsinə bağışladı, mənə bağışladı qardaşım Akif, xətrini istəyənlərin Akifi... Ancaq səsinə öyrəşdiyimiz, nikbinliyinə yaxşı bələd olduğumuz, ürəyi sözlə dolu, beyni cəsarətli fikirlər, tükənməz elmi fantaziyalar qovşağı olan bu nəhəngin ölümünə heç cür inana bilmirəm və heç kəs də inanmaq istəmir.
Amma bu gün artıq Akif müəllim həyatda, dünyada yoxdur...
Onu hələ “Ədalət” qəzetində çalışdığım 1990-cı illərdən tanıyırdım. Birgə iştirak etdiyimiz tədbirlərdən dostlaşmışdıq. Elə ilk gündən ruhu ruhumla üst-üstə düşdüyündən, fikirlərimiz sayəsində ortaq məxrəcə gəldiyimizdən onunla dost-sirdaş, dost-qardaş olmuşduq. Çox vaxt o, bizim binaya, “Azərbaycan” nəşriyyatına gələrdi, təsadüfi hallarda mən onun iş yerinə gedərdim, ya zəngləşərdik, ya da şəhərdə bir-birimizə tuş gələrdik. Deməli... demək olar, hər gün söhbətləşərdik. Söhbətlərimiz çox zaman elimizin böyük tarixindən, bugünkü, gələcək taleyindən olardı. Ədəbiyyatımızdan, incəsənətimizdən, elmimizdən, dilimizdən, dinimizdən, çatışanımızdan, çatışmayanımızdan... düşən söhbətlərimiz tükənmək bilməzdi. Bu tükənməzlik Akif Hacıyevin bilik xəzinəsinin zənginliyi, dünyagörüşünün əhatəliliyi sayəsində idi. O, ictimai-siyasi münasibətlərin... müzakirəsində yumordan geniş istifadə edərdi. Zahirən yumşaq, düşündükcə sərt, müdrik yumoru onun söhbətlərinin mayası idi, bu yumor Akif Hacıyevin söhbətlərinin duzunu daha da çoxaldar, Akif müdrikliyini daha qabarıq üzə çıxardar, Akif söhbətlərini adi bir uşağın, ya da savadlanmamışların anlaya biləcəyi şəkilə salardı. Akif müəllimin ən böyük nailiyyətlərindən biri onun inandıra, həm də sevdirə (nifrət etdirə) bilməsində idi.
Xalqını varlığıyla sevən, təmsil etdiyi bölgənin tarixi ilə qürurlanan oğullarımızdan, qızlarımızdan tanıdıqlarım şəxslər az deyil. Belələri sırasında Akif Hacıyevi ən parlaq simalardan biri kimi tanımışam.
Dəyərli dostumuz A.Hacıyev böyük elimizin Dədə Qorquduna, Babəkinə, Koroğlusuna, Cavad xanına, Səttar xanına, Şah İsmayılına... dilinə, yenilməzliyinə inandığı kimi, onun birliyinə, ölməzliyinə də inanırdı, cahanasığmaz qeyrətinə bel bağlayırdı. Onun “kəşf etdiyi” igidlərimiz, cəsurlarımız sayagəlməz idi. Bu igidlər otaylı-butaylı... Azərbaycanın idi. Akif müəllim ölkəmizi qarış-qarış, kəndbəkənd, şəhərbəşəhər gəzmişdi. Dünya ölkələrinə də özünə görə səyahətə çıxmışdı. Həmişə deyirdi ki, özümüzün təbiətindən, səfalı guşələrindən yoxdur. O, el içində çox sevilirdi, çoxlarına doğma, çoxlarına əziz idi...
Yaxşı xatırlayıram, Qəbələ yazarlarından ibarət “Qəbələnin səsi” Ədəbi Yazarlar Birliyinin sədri Şəhla Xəlilqızı qrupun 5 illiyinə hazırladığı kitabın redaktorluğunu mənə həvalə etmişdi. Bununla bağlı həm onunla, həm də birlik üzvləri ilə sıx təmasda olmuşdum. Akif müəllimin də bu kitabda yazısı yer almışdı. Oxuyanda bəlkə də tək-tük yazılardan idi ki, mən redaktə zamanı ona əl vurmamışdım. Çünki əsl jurnalist düşüncələrinə və fikirlərinə sığışan yazı idi, məni qane etmiş, digər yazılar kimi bezdirməmişdi. O da öyrənmişdi ki, kitabın redaktoru mənəm, birliyin sədrinə məmnunluğunu bildirmişdi və onlara demişdi ki, heç də səhv etməmisiniz, kitabı əsl jurnalistə vermisiniz. Bunu sağlığında mənə də görüşümüz zamanı etiraf etmişdi. Kitabın təqdimatında onu görməyəndə çox məyus olmuşdum. Bildirmişdi ki, səhhətinə görə təqdimatda iştirak edə bilmir.
Amma orada yeri görünən Akif müəllimin nə qədər hörmətli bir ziyalı olduğunu hiss etmişdim. Bu hörmətin bir adı vardı: “Akif hörməti”... Çünki bu hörmət onun insanlıq payına düşmüşdü, vətəndaş qeyrətinin, qüdrətli zəkasının, tükənməz enerjisinin, böyük cəsarətinin eldə əks-sədası idi. Axı, bir də... Akif düşüncəsində heç bir şəxsi mənafe, şəxsi maraq yox idi. Belə sevilmək mənim üçün sirr də deyildi. Düşünürdüm, el uşaq kimidir – onu sevəni o, gözündən, baxışından, gözünə, baxışına uyğun gələn sözündən tanıyır. Eldə Akif Hacıyev kimi (qədər) sevilmək üçün onu Akif Hacıyev qədər (kimi) sevməli, ona Akif Hacıyev qədər (kimi) yaxın olmalı, Akif Hacıyevtək xidmət etməlisən. El ikiüzlüləri sevməz. Elələrinə nifrət oyadıcı ad da verib: “ikiüzlü”. Elə yaxın olduğunu deyib ondan yan gəzənlər el sevgisinə tamarzı qalar. Belə “tülküsayaq”lar Akif Hacıyevin də gözündən heç cür yayına bilməzdi.
Akif Hacıyev cəsarətli alim, alim-jurnalist ... idi. O, barışmadığı fikri dəf etməyi yaxşı bacaran adam idi. Onun çox güclü hafizəsi, dərin biliyi, geniş dünyagörüşü vardı. Tariximizə, ədəbiyyatımıza, incəsənətimizə, dilimizə, dinimizə, mənəvi aləmimizə... aid dərin məlumatı, mövqeyinin sabitliyi, aydınlığı onu yenilməzləşdirmişdi.
Ötən il onun ad gününə yazdığım kiçik yazını bird aha xatırladıram:
74 illik ömrünün 53 ilini milli mətbuatımızın inkişafına, paralel olaraq gənc nəslin təlim-tərbiyəsinə həsr etmək, bu illərdə jurnalist və pedaqoq kimi ustalığını daim təkmilləşdirmək, 17 yaşında ilk dəfə əmək fəaliyyətinə başladığı Qəbələdə çıxan rayon qəzetindən Bakıya üz tutaraq o dövrün 1 nömrəli “Kommunust” kimi qəzetində çalışmaq, az sonra müstəqil redaktor kimi əmək fəaliyyətinə başlamaq, Azərbaycan Memarlıq və İnşaat Universitetində Azərbaycan dili kafedrasında saathesabı müəllimlikdən tam ştata keçərək tanınmış alim-pedaqoqa çevrilmək, paralel olaraq bu işləri vaxtında çatdırmaq və on minlərlə insanın sevimlisi olmaq həqiqətən də böyük zəhmət və fədakarlıq tələb edir. Belə yaşamın bir adı var - şərəfli ziyalı ömrü.
Belə ömür yaşayıb Akif Hacıyev. Şərəfli jurnalist və pedaqoq ömrünü o, indi də davam etdirir: yazıb-yaradır, müəllimlərin, elmi işçilərin daim köməyinə gəlir, tədris və təlimdə yenilikləri, pedaqoji innovasiyaları öyrənməkdə, işdə tətbiq etməkdə onlara yardımçı olur.
Akif Hacıyev 1990-cı ilin ikinci yarısında AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda dissertant kimi, "Azərbaycan dilində termin yaradıcılığı (1950-1990-cı illər)" mövzusunda elmi iş götürərək uğurla müdafiə edib və filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb. O, Azərbaycan dilçiliyinə aid 36 elmi məqalənin, 2 dərsliyin, 4 fənn proqramının müəllifidir.
2010-cu ildə Akif Hacıyev Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif olunub. 2012-ci ildə “Qızıl Qələm” media mükafatına layiq görülüb.
Uca dağların əzəmətini onun ətəklərindən hiss etmək mümkünsüzdür. Dağdan uzaqlaşdıqca qüdrəti, möhtəşəmliyi daha aydın göründüyü kimi, böyük insanları da zaman bizdən uzaqlaşdırdıqca onların nəhəng silueti gözümüz önündə daha tam cizgilərlə canlanır. Böyük ziyalımız Akif Hacıyev isə bizdən uzaqlaşmayıb. Daim yanımızdadır, ətrafımızdadır.
Yaşının ahıl vaxtına baxmayaraq, onun yaradıcı, ədəbi fəaliyyəti, elmi yaradıcılıq həvəsi indi də yüksələn xətt üzrədir. Uzun illər belə görək Səni əziz həmkarımız!”
Yaşadığı 74 illik ömürlüyündə (ömrü vəfa etsəydi, 2026-cı ilin yanvarında 75 illik yubileyini qeys edəcəkdik) o, çəkinmədi, sınmadı, məramını itirmədi, mövqeyini, məsləkini dəyişmədi. Bu yolda Akif Hacıyev elinə xidmət timsalı oldu...
A.Hacıyev dilçiliyimizin kamil bilicilərindən idi. Klassik ədəbiyyatımızı da çox sevirdi. O, klassik şeirdə öz nəfəsimizi asanca seçə bilirdi. Müəllifini bildirmədən bir neçə klassik şeir götürüb özümüzünkünü seçməyi tapşırsaydın, o, məziyyətlərini saya-saya səhv etmədən “bu bizimkidir” deyə, özünəməxsus şəstlə dillənər, vüqarla dayanardı. Nizami əsərlərini sətir-sətir, misra-misra bilirdi...
Akif müəllimin yaradıcılığı da şoxşaxəlidir. Ədəbi yaradıcılığının həcmini kiçildib onun hər hansı bir əsəri üzərində dayandıqda da onun qüdrətli yaradıcı sima olduğu nəticəsinə gəlmək olar. Çünki Akif Hacıyev yaradıcılığında özünəməxsusluq var. Akif Hacıyev yaradıcılığında yeni söz, yeni sözün yeni deyim tərzi var. Akif Hacıyev yaradıcılığı el nəfəsindən, elə inamdan, elə vurğunluqdan yoğrulub. Elə Akif Hacıyev qədər bağlı olanlar varsa, onlara alqış!..
Sevgilisi Vətən idi onun... Dilindən düşməyən Vətən... Kiçik anlamda Vətən... Böyük anlamda Vətən... O anlamda Vətən... Bu anlamda Vətən... Vətən... Vətən... Vətən...
Cavanlığında ölkəmizin aşağısınnı da, yuxarısını da, eninini də, uzununu da yaddaşına həkk etmişdi, hər tərəfini qarış-qarış gəzmişdi. Dilindən Azərbaycanın o tayı da, bu tayı da düşməzdi. Təbrizi, Ərdəbili, Zəncanı, Qaradağ mahalını, Marağanı... tez-tez söhbətlərinin mayasına çevirirdi, buradaca, Bakı, Naxçıvan, Gəncə, Ağdam, Şuşa, Bərdə, Şəki... haqqında vüqarla, şəstlə danışmaqdan da vaz keçməzdi... Hər söhbətində yurdumuzun müdrik sözlərindən, atmacalarından, zarafatlarından misallar gətirər və həqiqətən Azərbaycanımızın istedadlar ölkəsi olduğuna şəkk-şübhə etməzdi...
Qüdrətli dost idi Akif müəllim... Onun dostluğunda “Akif sədaqəti” vardı... O, dostluqda mümkün olduqca bütün şərtlərə əməl etməyə çalışardı. Dostdan o, düz dostluq umardı... Özünə dilədiyini dostuna diləyəndi... “Aydan arı, sudan duru” dost idi Akif müəllim... Ayıq, həssas dost idi o...
Dostlarını bir-biri ilə tanış edərdi, tanış edəndə də onlara bir-birindən muğayat olmağı tapşırardı...
Qeyd etdiyim kimi, bir müddət idi Qəbələdə yaşayırdı. Doğma yurddan ayrılmaq bilmirdi, daha doğrusu, istəmirdi. Özü gələ bilmir, amma biz dostları tez-tez ora dəvət edirdi. Biz isə vaxt azlığından, iş rejiminə görə ora gedə bilmirdik. Telefon danışıqlarımızda Cəmil müəllim də, Rahib müəllim də, mən də söz verirdik ki, mütləq gələcəyik, Qəbələni, kəndlərini onunla gəzəcəyik, istirahət edəcəyik. Amma bu, söz olaraq qalırdı... Elə indi də söz olaraq qaldı...
Akif həm də elimizin vətəndaş oğlu idi. Onun dostları da, onu nəyə görə isə təqib edənlər də onunla münasibətlərində bunu heç vaxt nəzərə almırdılar. “Mənə qarşı həssas olun” deməliydi o?..
Akif Hacıyev həm də böyük dağ qoyub getdi – Akif dağı. Bu dağı görəndə vüqarlanacağıq: “Bu dağ sevimlimiz, elimizin öygüsü, qardaşımız... Akif dağıdır” deyib onu dağlar dağı sanacağıq. Burada Akif Hacıyevin... uyuduğunu düşünəndə ürəyimizdə də Akif dağının olduğunu yada salıb qəhərimizi boğmağa çalışacağıq: “Ürəyimizdə də bir dağ var” deyəcəyik: “Akif dağı...”. Bir də düşünüb “dağ-dağı udar, dağ-dağın dağı olarmış, ilahi!..” deyib köks ötürəcəyik...
Akif müəllimin qəlbinə yaxından bələd olan, onun ürək döyüntülərinin səsindəki məqamları duya bilən hər kəs onun haqqında tükənməz cəsarətlə, böyük vüqarla danışa bilər. Belələrinə Akif Hacıyev əlçatmaz görünür. O, mənim üçün də əlçatmazdır. Belələrində Akif söhbəti sonsuzluğa dirənər. Məndə də belədir. Ancaq mən Akif müəllim haqqında... bir də kövrələ-kövrələ danışdım, kişiliyimi nəzərə alıb hıçqırtılarımı kənara qoyub bu yazını güc-bəla yazdım. Kövrəlməyə bilməzdim də...
Özünə deyə bilməsəm də, bu gün ruhuna söyləyirəm onun. Söz vermişdin ki, bir gün məni də, Cəmil müəllimi də, Rahib müəllimi də, bir sözlə, yaxın dostlarını da mütləq gətirəcəksən Qəbələyə… Amma gətirə bilmədin. Mən göz yumub açınca sən gözlərini yumdun əbədiyyətə Akif müəllim!
Bütün qəbələlilər, dostların, yaxınların, elm yoldaşların, həmkarların, ən başlıcası isə, ailən fəxr edir, qürur duyur səninlə.
Allah sənə rəhmət eləsin, Akif Hacıyev! Rahat yat!
Dərin hörmətlə;
Daşdəmir ƏJDƏROĞLU
SÖZ VERMİŞDİN BİZİ MÜTLƏQ GƏTİRƏCƏKSƏN QƏBƏLƏYƏ…
(YADDAŞIMIZDA QALAN, YAŞAYAN AKİF HACIYEVİN RUHUNA)

Ömrünü el-obasına bağışlayan Akif müəllim...

Ən parlaq simalardan biri...
Xalqını varlığıyla sevən, təmsil etdiyi bölgənin tarixi ilə qürurlanan oğullarımızdan, qızlarımızdan tanıdıqlarım şəxslər az deyil. Belələri sırasında Akif Hacıyevi ən parlaq simalardan biri kimi tanımışam.
Dəyərli dostumuz A.Hacıyev böyük elimizin Dədə Qorquduna, Babəkinə, Koroğlusuna, Cavad xanına, Səttar xanına, Şah İsmayılına... dilinə, yenilməzliyinə inandığı kimi, onun birliyinə, ölməzliyinə də inanırdı, cahanasığmaz qeyrətinə bel bağlayırdı. Onun “kəşf etdiyi” igidlərimiz, cəsurlarımız sayagəlməz idi. Bu igidlər otaylı-butaylı... Azərbaycanın idi. Akif müəllim ölkəmizi qarış-qarış, kəndbəkənd, şəhərbəşəhər gəzmişdi. Dünya ölkələrinə də özünə görə səyahətə çıxmışdı. Həmişə deyirdi ki, özümüzün təbiətindən, səfalı guşələrindən yoxdur. O, el içində çox sevilirdi, çoxlarına doğma, çoxlarına əziz idi...
Yaxşı xatırlayıram, Qəbələ yazarlarından ibarət “Qəbələnin səsi” Ədəbi Yazarlar Birliyinin sədri Şəhla Xəlilqızı qrupun 5 illiyinə hazırladığı kitabın redaktorluğunu mənə həvalə etmişdi. Bununla bağlı həm onunla, həm də birlik üzvləri ilə sıx təmasda olmuşdum. Akif müəllimin də bu kitabda yazısı yer almışdı. Oxuyanda bəlkə də tək-tük yazılardan idi ki, mən redaktə zamanı ona əl vurmamışdım. Çünki əsl jurnalist düşüncələrinə və fikirlərinə sığışan yazı idi, məni qane etmiş, digər yazılar kimi bezdirməmişdi. O da öyrənmişdi ki, kitabın redaktoru mənəm, birliyin sədrinə məmnunluğunu bildirmişdi və onlara demişdi ki, heç də səhv etməmisiniz, kitabı əsl jurnalistə vermisiniz. Bunu sağlığında mənə də görüşümüz zamanı etiraf etmişdi. Kitabın təqdimatında onu görməyəndə çox məyus olmuşdum. Bildirmişdi ki, səhhətinə görə təqdimatda iştirak edə bilmir.
Akif hörməti...
Amma orada yeri görünən Akif müəllimin nə qədər hörmətli bir ziyalı olduğunu hiss etmişdim. Bu hörmətin bir adı vardı: “Akif hörməti”... Çünki bu hörmət onun insanlıq payına düşmüşdü, vətəndaş qeyrətinin, qüdrətli zəkasının, tükənməz enerjisinin, böyük cəsarətinin eldə əks-sədası idi. Axı, bir də... Akif düşüncəsində heç bir şəxsi mənafe, şəxsi maraq yox idi. Belə sevilmək mənim üçün sirr də deyildi. Düşünürdüm, el uşaq kimidir – onu sevəni o, gözündən, baxışından, gözünə, baxışına uyğun gələn sözündən tanıyır. Eldə Akif Hacıyev kimi (qədər) sevilmək üçün onu Akif Hacıyev qədər (kimi) sevməli, ona Akif Hacıyev qədər (kimi) yaxın olmalı, Akif Hacıyevtək xidmət etməlisən. El ikiüzlüləri sevməz. Elələrinə nifrət oyadıcı ad da verib: “ikiüzlü”. Elə yaxın olduğunu deyib ondan yan gəzənlər el sevgisinə tamarzı qalar. Belə “tülküsayaq”lar Akif Hacıyevin də gözündən heç cür yayına bilməzdi.
Akif Hacıyev cəsarətli alim, alim-jurnalist ... idi. O, barışmadığı fikri dəf etməyi yaxşı bacaran adam idi. Onun çox güclü hafizəsi, dərin biliyi, geniş dünyagörüşü vardı. Tariximizə, ədəbiyyatımıza, incəsənətimizə, dilimizə, dinimizə, mənəvi aləmimizə... aid dərin məlumatı, mövqeyinin sabitliyi, aydınlığı onu yenilməzləşdirmişdi.
Ötən il onun ad gününə yazdığım kiçik yazını bird aha xatırladıram:
“Şərəfli ziyalı ömrü
74 illik ömrünün 53 ilini milli mətbuatımızın inkişafına, paralel olaraq gənc nəslin təlim-tərbiyəsinə həsr etmək, bu illərdə jurnalist və pedaqoq kimi ustalığını daim təkmilləşdirmək, 17 yaşında ilk dəfə əmək fəaliyyətinə başladığı Qəbələdə çıxan rayon qəzetindən Bakıya üz tutaraq o dövrün 1 nömrəli “Kommunust” kimi qəzetində çalışmaq, az sonra müstəqil redaktor kimi əmək fəaliyyətinə başlamaq, Azərbaycan Memarlıq və İnşaat Universitetində Azərbaycan dili kafedrasında saathesabı müəllimlikdən tam ştata keçərək tanınmış alim-pedaqoqa çevrilmək, paralel olaraq bu işləri vaxtında çatdırmaq və on minlərlə insanın sevimlisi olmaq həqiqətən də böyük zəhmət və fədakarlıq tələb edir. Belə yaşamın bir adı var - şərəfli ziyalı ömrü.
Belə ömür yaşayıb Akif Hacıyev. Şərəfli jurnalist və pedaqoq ömrünü o, indi də davam etdirir: yazıb-yaradır, müəllimlərin, elmi işçilərin daim köməyinə gəlir, tədris və təlimdə yenilikləri, pedaqoji innovasiyaları öyrənməkdə, işdə tətbiq etməkdə onlara yardımçı olur.
Akif Hacıyev 1990-cı ilin ikinci yarısında AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda dissertant kimi, "Azərbaycan dilində termin yaradıcılığı (1950-1990-cı illər)" mövzusunda elmi iş götürərək uğurla müdafiə edib və filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb. O, Azərbaycan dilçiliyinə aid 36 elmi məqalənin, 2 dərsliyin, 4 fənn proqramının müəllifidir.
2010-cu ildə Akif Hacıyev Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif olunub. 2012-ci ildə “Qızıl Qələm” media mükafatına layiq görülüb.
Uca dağların əzəmətini onun ətəklərindən hiss etmək mümkünsüzdür. Dağdan uzaqlaşdıqca qüdrəti, möhtəşəmliyi daha aydın göründüyü kimi, böyük insanları da zaman bizdən uzaqlaşdırdıqca onların nəhəng silueti gözümüz önündə daha tam cizgilərlə canlanır. Böyük ziyalımız Akif Hacıyev isə bizdən uzaqlaşmayıb. Daim yanımızdadır, ətrafımızdadır.
Yaşının ahıl vaxtına baxmayaraq, onun yaradıcı, ədəbi fəaliyyəti, elmi yaradıcılıq həvəsi indi də yüksələn xətt üzrədir. Uzun illər belə görək Səni əziz həmkarımız!”
Elinə xidmət timsalı...
Yaşadığı 74 illik ömürlüyündə (ömrü vəfa etsəydi, 2026-cı ilin yanvarında 75 illik yubileyini qeys edəcəkdik) o, çəkinmədi, sınmadı, məramını itirmədi, mövqeyini, məsləkini dəyişmədi. Bu yolda Akif Hacıyev elinə xidmət timsalı oldu...
A.Hacıyev dilçiliyimizin kamil bilicilərindən idi. Klassik ədəbiyyatımızı da çox sevirdi. O, klassik şeirdə öz nəfəsimizi asanca seçə bilirdi. Müəllifini bildirmədən bir neçə klassik şeir götürüb özümüzünkünü seçməyi tapşırsaydın, o, məziyyətlərini saya-saya səhv etmədən “bu bizimkidir” deyə, özünəməxsus şəstlə dillənər, vüqarla dayanardı. Nizami əsərlərini sətir-sətir, misra-misra bilirdi...
Akif müəllimin yaradıcılığı da şoxşaxəlidir. Ədəbi yaradıcılığının həcmini kiçildib onun hər hansı bir əsəri üzərində dayandıqda da onun qüdrətli yaradıcı sima olduğu nəticəsinə gəlmək olar. Çünki Akif Hacıyev yaradıcılığında özünəməxsusluq var. Akif Hacıyev yaradıcılığında yeni söz, yeni sözün yeni deyim tərzi var. Akif Hacıyev yaradıcılığı el nəfəsindən, elə inamdan, elə vurğunluqdan yoğrulub. Elə Akif Hacıyev qədər bağlı olanlar varsa, onlara alqış!..
Akif yaradıcılığında elə xəyanət yoxdu – elə sədaqət var.
Akif yaradıcılığında eldən ayrılıq yoxdur – elə qovuşmaq var.
Akif yaradıcılığında eldən yayındırıcılıq yoxdur – elə yönəldicilik var.
Akif yaradıcılığında Akif ayıqlığı var.
Akif yaradıcılığında tariximizə xələl gətirə biləcək bir söz belə, tapmaq mümkünsüzdür.

Qüdrətli aşiq idi Akif müəllim...
Sevgilisi Vətən idi onun... Dilindən düşməyən Vətən... Kiçik anlamda Vətən... Böyük anlamda Vətən... O anlamda Vətən... Bu anlamda Vətən... Vətən... Vətən... Vətən...
Cavanlığında ölkəmizin aşağısınnı da, yuxarısını da, eninini də, uzununu da yaddaşına həkk etmişdi, hər tərəfini qarış-qarış gəzmişdi. Dilindən Azərbaycanın o tayı da, bu tayı da düşməzdi. Təbrizi, Ərdəbili, Zəncanı, Qaradağ mahalını, Marağanı... tez-tez söhbətlərinin mayasına çevirirdi, buradaca, Bakı, Naxçıvan, Gəncə, Ağdam, Şuşa, Bərdə, Şəki... haqqında vüqarla, şəstlə danışmaqdan da vaz keçməzdi... Hər söhbətində yurdumuzun müdrik sözlərindən, atmacalarından, zarafatlarından misallar gətirər və həqiqətən Azərbaycanımızın istedadlar ölkəsi olduğuna şəkk-şübhə etməzdi...
Qüdrətli dost idi Akif müəllim... Onun dostluğunda “Akif sədaqəti” vardı... O, dostluqda mümkün olduqca bütün şərtlərə əməl etməyə çalışardı. Dostdan o, düz dostluq umardı... Özünə dilədiyini dostuna diləyəndi... “Aydan arı, sudan duru” dost idi Akif müəllim... Ayıq, həssas dost idi o...
Dostlarını bir-biri ilə tanış edərdi, tanış edəndə də onlara bir-birindən muğayat olmağı tapşırardı...
Qeyd etdiyim kimi, bir müddət idi Qəbələdə yaşayırdı. Doğma yurddan ayrılmaq bilmirdi, daha doğrusu, istəmirdi. Özü gələ bilmir, amma biz dostları tez-tez ora dəvət edirdi. Biz isə vaxt azlığından, iş rejiminə görə ora gedə bilmirdik. Telefon danışıqlarımızda Cəmil müəllim də, Rahib müəllim də, mən də söz verirdik ki, mütləq gələcəyik, Qəbələni, kəndlərini onunla gəzəcəyik, istirahət edəcəyik. Amma bu, söz olaraq qalırdı... Elə indi də söz olaraq qaldı...
Elin vətəndaş oğlu...
Akif həm də elimizin vətəndaş oğlu idi. Onun dostları da, onu nəyə görə isə təqib edənlər də onunla münasibətlərində bunu heç vaxt nəzərə almırdılar. “Mənə qarşı həssas olun” deməliydi o?..
Akif Hacıyev həm də böyük dağ qoyub getdi – Akif dağı. Bu dağı görəndə vüqarlanacağıq: “Bu dağ sevimlimiz, elimizin öygüsü, qardaşımız... Akif dağıdır” deyib onu dağlar dağı sanacağıq. Burada Akif Hacıyevin... uyuduğunu düşünəndə ürəyimizdə də Akif dağının olduğunu yada salıb qəhərimizi boğmağa çalışacağıq: “Ürəyimizdə də bir dağ var” deyəcəyik: “Akif dağı...”. Bir də düşünüb “dağ-dağı udar, dağ-dağın dağı olarmış, ilahi!..” deyib köks ötürəcəyik...
Akif müəllimin qəlbinə yaxından bələd olan, onun ürək döyüntülərinin səsindəki məqamları duya bilən hər kəs onun haqqında tükənməz cəsarətlə, böyük vüqarla danışa bilər. Belələrinə Akif Hacıyev əlçatmaz görünür. O, mənim üçün də əlçatmazdır. Belələrində Akif söhbəti sonsuzluğa dirənər. Məndə də belədir. Ancaq mən Akif müəllim haqqında... bir də kövrələ-kövrələ danışdım, kişiliyimi nəzərə alıb hıçqırtılarımı kənara qoyub bu yazını güc-bəla yazdım. Kövrəlməyə bilməzdim də...
Özünə deyə bilməsəm də, bu gün ruhuna söyləyirəm onun. Söz vermişdin ki, bir gün məni də, Cəmil müəllimi də, Rahib müəllimi də, bir sözlə, yaxın dostlarını da mütləq gətirəcəksən Qəbələyə… Amma gətirə bilmədin. Mən göz yumub açınca sən gözlərini yumdun əbədiyyətə Akif müəllim!
Bütün qəbələlilər, dostların, yaxınların, elm yoldaşların, həmkarların, ən başlıcası isə, ailən fəxr edir, qürur duyur səninlə.
Allah sənə rəhmət eləsin, Akif Hacıyev! Rahat yat!
Dərin hörmətlə;
Daşdəmir ƏJDƏROĞLU
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay