PEŞƏKAR JURNALİST AKİF HACIYEV - FOTO
PEŞƏKAR JURNALİST AKİF HACIYEV

...Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu Yaradanımızın qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz də, əməli də saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan qəbələli dostum, yaşca məndən xeyli böyük, təcrübəli həmkarım Akif Hacıyev də Vətənə ləyaqət nümunəsi sayılacaq qələm sahibidir.
Tarixən xalqımız özünün igid, alicənab, işgüzar, xalqına bağlı olan, Vətənini sevən övladlarının qürurlu adları ilə hər zaman fəxr edib. Hətta onların atdıqları addımları yaddaşlarda saxlayaraq, həmin şəxslərin adlarını sonrakı nəsillərə ərməğan da ediblər. Bəli, dünya xalqlarının çoxunda olduğu kimi, bizim xalqın da özünəməxsus yüksək insani keyfiyyəti, əxlaqi və mənəvi dəyərləri və s. var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olmasını sübut edən halların varlığıdır.

PEŞƏKAR JURNALİST AKİF HACIYEV - FOTO

Ümumiyyətlə, tarixin bütün dönəmlərində ad-san qazanmış şəxslər çox olub. Onların bəziləri istər mərkəzi ərazilərdə, istərsə də bölgələrdə müəyyən imtiyaz və söz sahibi olub əksəriyyət tərəfindən sevilsələr də, bəziləri isə heç də hər kəs tərəfindən lazımınca rəğbət hissi qazana bilməyiblər. Bu kimi halların varlığı bütün dönəmlərdə olmuş və bu gün də özünü təsdiq etməkdədir. Belə şəxslərdən fərqli olaraq haqqında söhbət açdığımız, hansı ki, xarakterik xüsusiyyətinin gözəlliyi və insani münasibətləri, müdrikliyi ilə çoxundan fərqlənən Akif Hacıyev bu gün əsl ziyalı məhəbbətini qazanan şəxslərdən biri kimi onun indiyədək atdığı addımları, tutduğu ləyaqətli mövqeyi hər kəs sevib, lazımınca qiymətləndirib və rəğbət hissi ilə də qarşılayıb. İnşaat və Memarlıq Universitetində öz peşəkarlığı və qayğıkeşliyi ilə ad-san çıxaran bu qələm dostumuzun oradakı fəaliyyəti ilə bağlı elə bir tutarlı məlumatım olmayıb. Amma özünün qeyd etdiyi kimi, ara-sıra məni iş yerimdə tuta bilən Akif müəllimi “Azərbaycan” qəzetində əməkdaşların çoxu özünün doğması, əzizi kimi qəbul edir, qarşılayır, hətta redaksiyadan yola salmağı belə unutmur. Elə mən də bu iş yoldaşlarımın vasitəsilə bir çox bilgi əldə etdim.
PEŞƏKAR JURNALİST AKİF HACIYEV - FOTO

Onların dediklərinə görə, Akif müəllim özündə elə bir xarakterik xüsusiyyəti cəmləşdirən ziyalımızdır ki, hər kəsə əl tutmağı, köməklik göstərməyi, xeyirxah addımlar atmağı sanki özü üçün əsas amal hesab edir. Akif Hacıyevi tanıyan, ona bağlı olub hörmtlə yanaşan hər kəs onu da bilir ki, qəlbində Vətəninə məhəbbət hissi, xalqına bağlılıq duyğusu gəzdirən, hər kəsin problemini özünün şəxsi problemi hesab edən bu işıqlı, nurlu insan bu gün də səmimiyyətini, insanlığını qoruyub saxlaya bilib, qarşılıqlı münasibətlər əsasında əməkdaşlıq quran bir dostumuzdur.
Onu tanıyan hər kəsə bəllidir ki, A.Hacıyev yaradıcı və qurucu şəxsdir, xarakter etibarilə sadə təbiətlidir, mehribançılığı sevən bir insandır. Hələ gənc yaşlarında ikən halal zəhmətlə çörək qazanmağa çalışan, dosta-tanışa qarşı etibarlılıq nümayiş etdirən, bir sözlə, özündə əsl insani keyfiyyətləri cəmləşdirən bu şəxsin belə bir amallar uğrunda yorulmadan çalışması, məhz onun kamil bir şəxs olaraq formalaşmasına təsir edən əsas səbəblər olub.

PEŞƏKAR JURNALİST AKİF HACIYEV - FOTO

Akif Hacıyev indi də elə bir addım atır ki, o, son anda hər kəsin rəğbət hissini qazana bilir.
Hə, qardaş, sənin haqqında yazmaq istədiklərim bunlar idi. Allah ömür versin, hansısa yubileyinə tutarlı, maraqlı jurnalist yazımı hədiyyə edim.

Dostun Daşdəmir ƏJDƏROĞLU

Son xəbərlər

Azərbaycanın daha 5 yunan-Roma güləşçisi mundialda mübarizəyə başlayır

Azərbaycan neftinin qiyməti 95 dollara düşüb

Britaniyada milyonçuların sayı 2008-ci il böhranından bəri ən aşağı səviyyəyə enib

Bakının bir çox ərazisində işıq olmayacaq

Nümunəvi ailə başçısı və yüksək mənəvi keyfiyyətlərə malik insan - FOTO

Baş nazirin açıqlaması vətəndaşları şoka saldı

Elm, fantastika, şəxsi həyat...

Yeni qaydalar qüvvəyə minir: Tamamilə qadağan edildi

Vaşinqtonda bir araya gələcəklər

Abşeronda yaşayış binasında yanğın - Sakinlər təxliyə edildi+Fotolar-Yenilənib

VƏTƏN AŞİQLİYİ - FOTOLAR

Şair Lalə İsmayılın "Bəyaz Durnalar" adlı ilk kitabı işıq üzü görüb

Bibixanım İSAYEVA : "Qan yaddaşının qəhrəmanı" İnsanlığa sevgi ünvanı - FOTO

“Alnım açıq, başım dik” - Sıladan açıqlama

Ələt–20-ci Sahə istiqamətində 195E nömrəli yeni ekspres marşrut istifadəyə verilir

Nəsrinin serialı ilə bağlı dəyişiklik

Yenidən eyni layihədə rol alacaqlar

"Vətənpərvərlik epopeyası" qələmin gücündə

“Blok3”ə sui-qəsd hazırlayanlar həbs edildi

Mətbuat dedikdə , ilk növbədə həmişə qəzetlər göz önünə gəlir

Berlindəki terror aktı - miqrantlara qarşı yeni təbliğat - ŞƏRH

Ombudsman əcnəbi vətəndaşın müraciətini təmin edib

MEDİA: İranın "Səhər" telekanalı və "Mehr" agentliyinin Azərbaycanda fəaliyyəti qanunsuz hesab edilir

Corcia Meloni: İtaliyada "No TAV" hərəkatının aksiyasında 120 polis əməkdaşı xəsarət alıb

"Neftçi"nin "Dinamo" ilə oyun üçün Bolqarıstana səfər proqramı müəyyənləşib

Çində daşqın nəticəsində 10 nəfər ölüb, 23 nəfər yaralanıb

Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə minib

Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə mindi

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031