✍ Sevil Azadqızı

Ədəbiyyat insan ruhunun minilliklər boyunca yazıya köçürülmüş nəfəsidir və bu nəfəsin iki əsas qanadı, poeziya və nəsr bədii düşüncənin bütün yükünü daşıyan, insanın daxili aləmini müxtəlif şəkillərdə ifadə edən iki böyük ədəbi sferadır. Poeziya duyğunun sıxılmış halıdır. Bir misraya bəzən bir ömür, bir taleyə bəzən bir kədər, bir sevincə bəzən bütün kainat sığar. Nəsr isə həyatın geniş panoramasıdır, hadisəni, insanı, zamanı və məkanı olduğu kimi, bəzən isə yenidən yaradılmış şəkildə təqdim edir. Poeziyanın dili ritm və hissdir, nəsrin dili təhkiyə və təfəkkürdür. Hər iki janr insanın dünyanı anlama üsuludur: "Biri qəlbin gözü ilə görür, digəri ağlın pəncərəsindən baxır, lakin hər ikisi həqiqəti bir-birini tamamlayan fərqli prizmalarda göstərir." Poeziya insan ruhunun musiqisidir. Səsin, ahəngin, metaforanın, simvolun və obrazın vahid bir melodiyaya çevrilmiş halıdır.
Şair sözü seçmir, söz şairi seçir; hər misra fikirdən çox bir duyğunun doğulmasıdır. Poeziya bəzən bir hecaya sığan yanğı, bəzən bir misrada yaşanan sevgi, bəzən də qısa, lakin iti bir qılınc kimi insanı silkələyən fəlsəfi düşüncədir. Nəsr isə həyatın addım-addım izahı, insan xarakterinin açılması, talelərin bir-birinə toxunduğu geniş mənzərədir. Romanda geniş düşüncə, hekayədə bir anın həqiqəti, povestdə bir ömrün qısa xəritəsi, esse və publisistikada isə düşüncənin sərbəst axını özünü göstərir. Poeziya daha çox daxili aləmin təlatümlərini yığcam və yandırıcı şəkildə bildirir, nəsr isə hadisəni zamanla yoğurub oxucunu düşünməyə, müqayisə etməyə və nəticə çıxarmağa vadar edir. Poeziya insanı qısa yolla qəlbinə döndərir, nəsr isə uzun yolla həyatın özünə aparır. Poeziya güclü duyğuların sıxılmış enerjisi, nəsr geniş düşüncənin açılmış meydanıdır. Lakin hər iki janrın kökündə insanın eyni ehtiyacı, özünü anlamaq, dünyanı dərk etmək, ruhunu ifadə etmək istəyir. Poeziya oxucunu daha çox ruhla, nəsr daha çox düşüncə ilə tərbiyə edir. Poeziyada sözün çəkisi hecaya, nəsrdə cümləyə yayılır, lakin hər iki janr sözün müqəddəsliyini qoruyur. Ədəbiyyatın bu iki böyük qolunu birləşdirən əsas cəhət isə insanın ruhunu dərinləşdirməsi, düşüncəsini zənginləşdirməsi, yaddaşını, kimliyini və mənəviyyatını formalaşdırmasıdır.
Nəticə olaraq, poeziya və nəsr ədəbiyyatın iki ayrı yolu olsa da, hər ikisi insanın söz vasitəsilə özünü dərk etməsinin bədii şəkilləridir. Poeziya duyğunun qısa, nəsr düşüncənin geniş fəzasıdır. Birində söz uçur, digərində söz yol gedir, biri qəlbin alovu, digəri ağlın işığıdır. Amma hər ikisi insan ruhunun tükənməyən sirrini açmağa çalışan bədii düşüncənin iki böyük təzahürüdür və bu səbəbdən ədəbiyyat poeziya ilə nəfəs alır, nəsrlə danışır, insanla birlikdə daim yenidən doğulur.

08.12.2025

Son xəbərlər

Azərbaycanda vint, bolt və qaykaların idxalına görə gömrük tarifləri kəskin artırılıb

"Turan ödülü" təltifi üçün təşəkkür edirəm, dəyərli İlqar müəllim və doğma Həməşəra səhifəsi.

Vaqif Vüqar : Şəhid məzarının yaxınlığında - FOTO

“Şorca harayı” — yaddaşın Göyçəyə uzanan səsi

Bəzi bölgələrə yağış yağacaq - XƏBƏRDARLIQ

Şarl Lekler: "Azərbaycan Qran-prisi zövq aldığım yarışlardan biridir"

Süni intellektin təhlükəli potensialı ilə bağlı xəbərdarlıq: Viruslar yarada bilir?

Türkiyənin turizmdən əldə etdiyi gəlir açıqlandı: Fantastik məbləğ

Dünyanı bürüyən gizli dəhşət: 57 milyondan çox insanda var

Masazırda yük maşını aşıb, ölən və xəsarət alanlar var

İlk dəfə Trampla görüşdü

Uzun illərdən sonra efirə qayıdır

Əməliyyatdan sonra həyatı kabusa çevrilmişdi - Evtanaziya ilə öldü

Sabah Azərbaycanda 35 dərəcə isti olacaq, bəzi rayonlara dolu düşəcək

Təbiət payıza hazırlaşır... - Fotolar

İlham Əliyev məhkum edilmiş bir sıra şəxsləri əfv edib

Sevinc Yunuslu : Azərbaycan qadınları mətindir!.. - FOTO

Prezident əfv Sərəncamı imzaladı - Adlar

Əziz qardaşım Vüqar!

Hacıməmməd Məmmədov : Xatirələrdə yaşayan ömür

DYP: Yolda təhlükəsizliyin təmini tək sürücülər deyil, piyadalardan da məsuliyyət tələb edir

Azərbaycan neftinin qiyməti 117 dolları keçib

Ağdərədə xırdabuynuzlu heyvanları daşıyan yük maşını aşıb

Bakıda 14 istiqamətdə nəqliyyatın sıxlığı müşahidə olunur

Ceyhun Bayramov macarıstanlı həmkarı ilə iki ölkə arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıb

Tovuza dolu düşdü - FOTO

Bu rayonlarda işıq olmayacaq - Yenilənib

Yaş deyil, zaman dəyişir: mədəniyyət institutları yenilənmə yolunda

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930