Bu, istedadlı şair Təranə Kazımovanın oxucularla ikinci görüşüdür

Azəri poeziyası min ildən bəri baş alıb gələn nəhəng bir karvanı xatırladır. Bu sənət karvanını dahi söz ustaları çəkib bu günlərə qədər gətiriblər. Çağdaş şeirimiz isə bu qüdrətli poeziya karvanının yeni, yüksək bir mərhələsidir. İstedadlı şair Təranə Kazımovanın yeni çapdan çıxmış “Qanadsız mələk” şeirlər kitabı fikirlərimizə parlaq misaldır. Bu kitabı oxuyarkən qəlbimiz kitabı yaratdıb deyir. Təranə xanım kitabdakı şeirləri heç bir bölümə ayırmayıb. Öz məzmun və mündərəcəsinə görə sıralanmış bu şeirlərin şeirlərin ruhu, ideyası yenidir. Şair sənət aləmində nəhayətsiz bir sevinclə yaşayıb-yaradır. Bu şeirləri oxuduqca inanırsan ki, şair son dərəcə orijinal poeziya nümunələri yaradıb.
Kitab “Qanadsız mələk” şeiri ilə açılır. Təranə Kazımova öz ilham pərisini əsrarəngiz səmalarda sürür, çox təbii olaraq sənət aləmində birincilik arzusu ilə yaşayır. Arzu onun qanadlarıdır. O, arzu ilə yaşayıb yaradır. Bu səmimi duyğu onun bütün şeirlərinin canında, cövhərində yaşamaqdadır.
Səmalar masmavi gözlərin kimi,
Buludlar bəmbəyaz xəyalım kimi.
Arzular günəştək alışır, yanır,
Ümidlər hər yana işıqtək saçır.


Kitaba “Ön söz” yazmış Əməkdar İncəsənət xadimi Baba Vəziroğlunun təbirincə desək, Leyla xanım Əliyevanın ünvanına yazdığı bir şeirdə onu “qanadsız mələk” adlandırıb: “Təranə xanım sənin “Ruhun sahildə”, cismin isə poeziya meydanındadır – “Sevdiyim dənizdir, qumlu sahildir” – bu da sənin qələmindən süzülüb gələn misradır və sənin yaradıcılıq kredonu, bir şair kimi mahiyyətini tam ifadə edir...”

Leyla xanım saf döyünən ürəkdir,
Baxışından, gülüşündən bəllidir.
Səsi titrər fikrini bildirəndə,
Həya edib gözlərin endirəndə.

Leyla xanım qanadsız bir mələkdir,
Dünyamıza, insanlara gərəkdir.
Arzuları aşıb-daşır çin olur,
Ümidləri işıq saçır, gur olur.

Leyla xanım səmimidir, kövrəkdir,
Qəlbi büllur, çox zərifdir, incədir.
Xanımlığı inan mənə, zirvədir,
Həm sevilir, həm də sevir, xoşbəxtdir!


Həyat hər kəsə eyni cür ola bilmir. O, kimə şirin, kimə də acıdır. İnsan ilkin fəaliyyətindən çalışır ki, həyatı özünə şirin etsin. Həssas qəlbli insanlar həyatın sərt tələblərinə tab gətirməyəndə taleyindən, həyatından şikayət edir və bədbinləşirlər. Belə insanlar içində şairlər və yazıçılar ön sıradadırlar. Hegelin təbirincə desək, əsl sənətin başlandığı sahənin hüdudlarına girişmək üçün böyük fitri bədii istedad gərəkdir ki, qarşısına qoyduğu məqsədə nikbinliklə nail olsun, bədbinliyə uğramasın.
Son dövr nəfis şəkildə çap olunmuş şeir kitablarını nəzərdən keçirərkən bir-birindən gözəl tərtib edilmiş şeir kitablarında insanı düşündürən, ovqatını oxşayan şeirlərə rast gəlmişəm. Elələri də var ki, söz yığımından ibarətdir. Bu kitablarda insan zövqünü oxşayan, qəlbə nüfuz edən şeirlər tapmaq mümkünsüz idi. Onların içərisində yuxarıda adını cəsarətlə qeyd etdiyim və artıq kitabı haqqında rəy yazmaq istəyində bulunduğum Təranə Kazımova adlı bir şəxsin şeir kitabı diqqətimi cəlb etdi. Bu kitabı dostum Fariz Məhərrəmov təqdim edərək oxumağımı məsləhət bildi. Müəllifin şəxsiyyəti ilə tanış oldum. Kitabda onun ünvanı göstərilirdi: Təranə Kazımova Bakı şəhərində anadan olub. Hüquq təhsillidir. Uşaqlıqdan sözün sehrinə düşüb, Vətən sevgisi, gözəl təbiət lövhələrinə vurğunluq , saf eşqin tərənnümü, insan mənəviyyatının dərinliyi və böyük Yaradana inam və məhəbbət onun şeirlərində öz bədii əksini tapır. “Ruhum sahildə” adlı ilk kitabı ilə oxucularını sevindirən Təranə xanım bu dəfə “Qanadsız mələk” adlanan ikinci kitabı ilə oxucuların görüşünə gəlib.

Onun qələmə aldığı "Ruhum sahildə" adlı kitab şairin ilk şeirlər toplusudur. Çağdaş həyat, əhatə olunduğumuz siyasi mühit, vətən və onun insanları söz, sənət meydanına atılan şairin bəhrələndiyi əsas qaynaqlardır. Təranə xanımın şeirlərinin çoxunda sevgi, insanlara sədaqət, təbiətə məftunluq, gül-çiçəyə vurğunluq kimi mövzular əsas yer tutur. Şair qəlbinin həzin duyğularla zəngin qəlbi doğma xalqımızla bağlıdır. Onu sevgi ilə səsləşən şeirləri sanki nəğmə çələngidir. Müəllif bu kitabında sevgi, məhəbbətlə bağlı ülvi düşüncələrini, təzətər hisslərini ön plana çəkib. Onun kitabında gah sevib-sevilmə, vüsal, gah da yar həsrətilə qarşılaşırıq. Onun şeirlərində vəfasızlıq, hicran əzabı, intizar yükü, giley, şikayət, ah-nalə canına hopmuş qəmdən, möhnətdən söhbət açılır. Bizə elə gəlir ki, şairin lirik əsərləri bədbinliyin qaçılmazlığını, ayrılığın çarəsizliyini, həsrətin əbədiliyini aşılayır...

Sevgidən danışaq, nəğmələr qoşaq,
Uca dağ başına. Zirvəyə qalxaq.
Sevginin havası ağlımı alsın,
Baxışın qəlbimə adını yazsın!
Və yaxud:
Aylı bir gecədir, dalğalı dəniz.
Qumlu sahildəyəm səndən xəbərsiz.
Ulduzlar sayrışır, göylər danışır.
Sanki məni duyur, birdən alışır.


Qələmə aldığı şeirlər müəllifin şəxsi keyfiyyətləri ilə tanış olmaqda oxucuya kömək edir. Bunlar bir növ ümumbəşəri məziyyətlərə malik olan şerlərdir. Şairin gördüklərini, eşitdiklərini və keçirdiyi hissləri biz görə, eşidə və keçirə bilərik. Buna görədir ki, həmin şeirlər bizə yaxın və doğma görünür. Təranə Kazımova necə gəldi yazmır. “...Ana uşağı öz bətnində bəsləyib böyütdüyü kimi, o da poetik fikrin toxumunu öz qəlbində bəsləyib böyüdür” və sonra oxucusuna təqdim edir. Məhz bu səbəbdən də onun sərf etdiyi əmək, çəkdiyi söz əzabı səmərəsiz qalmir, özünə tez ünvan tapır və oxucusuna sahiblənir. “Baharı gözlədim”, “Sevə-sevə”, “Ulduzlu gecə”, “Şirin yuxu”, “Darıxdım”, “Ürək dostu” və sair belə şeirlərdəndir. Şairə hər bir şey tez təsir edir, onun hissləri çox kövrəkdir, müqəddəs və təmizdir. Oxucuya adi görünən şey ona poetik görünür. M. Şoloxov günəşin şeh damcılarında əks olunmasından təsirlənir. A.S.Puşkin kitabın arasından çıxan saralmış yarpağa şer yazır. S.Vurğun ceyran qaçışında, quş uçuşunda bir şeriyyət, poeziya görür və sair. Təranə xanımı onlarla müqayisə etmək fikrindən uzağam, amma ona da bu ali duyğular yaxındır, doğmadır...
T.Kazımovanın poeziyasında sağlam, həyati bir ruh var. O, ən faciəvi hadisəyə belə nikbin məzmun verə bilir.
“Qanadsız mələk” şairin mənalı və zəngin bir ömür kitabıdır. Bu ömür kitabında həyat bütün ziddiyyətləri ilə verilir. Şair o şeyləri poeziyanın materialına çevirir ki, onun bütün mahiyyətini, daxili qanunauyğunluğunu dərk edir. Həyatın müxtəlif rəngləri, onun nəhayətsiz çalarları var. Kitab bu rənglər qarışığından yaranıb, – desək səhv etmərik. Məhəbbət, vətən torpağının tərənnümü, müxtəlif düşüncələr - bütün bu məfhumlar yeni olmasa da, Təranı xanım onları təzə sözlə, orijinal forma ilə poeziya işığından keçirir.
Bu şeirlər kitabını müəllif yüksək sənətkarlıqla yazıb. O, hər sözü, hər ifadəni yerində və məqamında işlədir. Onun şerlərində dərin bir xalq ruhu, xalq nəfəsi var. Bu şerlərdə dilimizin bütün gözəlliyi və bədiiliyi öz əksini tapıb.
V.Q. Belinski Puşkin yaradıcılığından bəhs edərək yazırdı: “Rus dilinin bütün akustik zənginliyi, bütün qüvvəti burada qəribə bir mükəmməlliklə özünü göstərir; bu şeriyyət incədir, şirindir, dalğa hərəkəti kimi yumşaqdır, şimşək kimi parlaqdır, büllur kimi şəffaf və təmizdir, bahar kimi ətirli və təravətlidir, pəhləvanın əlindəki qılınc zərbəsi kimi möhkəm və qüvvətlidir. Onda dilə gəlməz füsunkar gözəllik və dilbərlik, gözqamaşdırıcı parlaqlıq və incə təravət, dil və qafiyənin melodiya və ahəng zənginliyi, yaradıcılıq xəyalının və şair ifadəsinin bütün naz və gözəlliyi vardır”.
Böyük ilham və məhəbbətlə deyilmiş bu sözləri eynilə T.Kazımova poeziyasının ruhuna aid etmək olar. Azəri dilinin bütün zənginliyi onun “Qanadsız mələk” kitabında tam aydınlığı ilə təzahür edib.
Təranə Kazımova şeirdən-şeirə, kitabdan-kitaba dəyişir, inkişaf edir. Qoy hər yeni kitab onun şair ömrünü daha da zənginləşdirsin.

Daşdəmir ƏJDƏROĞLU

Son xəbərlər

İtaliyanın Baş naziri Corcia Meloni Azərbaycana rəsmi səfərə gəlib

Emi Karlon: Azad edilmiş ərazilərə səfərlər ABŞ-Azərbaycan əməkdaşlığının genişlənməsinə dəstəkdir

Bir qrup xalçaçı "Tərəqqi" medalı ilə təltif edilib - SƏRƏNCAM

BƏƏ XİN: İran Hörmüz boğazında tankerə PUA ilə hücum edib

MƏMMƏD QƏDİR : Bir can saxlamışam sənə əmanət - FOTO

Konsertə yeni sevgilisi ilə qatıldı - Foto

BİR KƏND,YEDDİ ŞAİR”ƏDƏBI MÖCÜZƏSININ BEŞİNCİ SƏSİ–FÜRQANİ FENOMENİ... - FOTOLAR

Prezident İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edib - YENİLƏNİB

Xanımı ilə Zəfər parkını ziyarət etdi - Fotolar

Bakı-Qazax yolunda yük maşınları toqquşdu - Ölən var

“Bakı Gəmiqayırma Zavodu” və “KTZ Express Shipping” arasında müqavilə imzalandı - Fotolar

Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Paşinyan 2028-ci ildə Bakıya səfər edəcəyinə ümid edir

Lənkəranın 2 kəndində qaz olmayacaq

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 10 vaqon gübrə göndəriləcək

Premyer Liqa: "Qarabağ" bu gün "Turan Tovuz"la qarşılaşacaq

Bakıda həftənin ilk günündə sıxlıq olan yollar açıqlanıb

Günün qoroskopu: ağır hisslərin dalğası çəkilir

Prezidentin qızları və gəlini moda həftəsinə qatıldılar - FOTOLAR

Fransız “Rafale” qırıcıları Baltik hava məkanını pozan iki Rusiya təyyarəsinin qarşısını alıb

“Mançester Yunayted” “Liverpul”u məğlub edib, “Tottenhem” vacib qələbə qazanıb

Makron arvadının İrəvana gəlməməsinin səbəbini açıqladı

Tramp İranın təklifini rədd etdi - “Elə şeylər var ki...”

Xalq artisti Bakını tərk edəcək

KƏLBƏCƏRİN İÇ SƏSİ,QOBUSTANIN NƏFƏSİ: Əlövsət Saldaş poeziyasında insan və yaddaş - FOTOLAR

MƏMMƏD QƏDİR : Qocalar evinə atmayın məni - FOTO

Aİ-nin siyasi rəhbərliyi İrəvandadır

"Kayıp zaman"da rol alacaq - FOTO

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031